Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2309/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi-əri X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş məbləğ qaytarılmaqla müqavilənin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı ödənilmiş məbləğ qaytarılmaqla müqavilənin ləğvi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin 31158 manat pulun cavabdehə qaytarılmaqla ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzilin tikintisi haqqında xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən, mənzilin hər kv.m-nin dəyəri 600 manat olmaqla, ümumilikdə 72414 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-yə 2017-ci ildə ilkin olaraq 26000 manat, 2018-ci ildə isə 5158 manat olmaqla, cəmi 31158 manat vəsait ödənilmişdir. Həmin vəsaitin ödənilməsi barədə cavabdehə xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli kassa mədaxil orderinin qəbzləri verilmişdir. Müqavilənin 3.5-ci və 3.6-cı bəndlərinə əsasən, cavabdeh mənzilin dəyərinin qalan hissəsini hər ay 2579 manat olmaqla 18 ay müddətinə İddiaçı MMC-yə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh mənzilin dəyərinin qalan hissəsi olan 41256 manat pulu iddiaçıya ödəməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bununla da cavabdeh müqavilə şərtlərini pozmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-əri X2 cavabdehə qarşı verilmiş “ödənilmiş məbləğ qaytarılmaqla müqavilənin ləğvi” barədə iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, həqiqətən də cavabdehlə İddiaçı MMC arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzilin tikintisi haqqında xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilə bağlanmış və mənzilin hər kv.m-nin dəyəri 600 manat olmaqla, ümumilikdə 72414 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh İddiaçı MMC-yə 2017-ci ildə ilkin olaraq 26000 manat, 2018-ci ildə isə 5158 manat olmaqla, cəmi 31158 manat ödəniş etmişdir. Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən ödənişləri edə bilməmişdir. Buna görə də iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş “ödənilmiş məbləğin qaytarılmaqla müqavilənin ləğvi” barədə iddia tələbi üzrə cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilənin və kassa mədaxil orderinin qəbzlərinin həmin qəbzlərlə müəyyən edilən 31158 manat pulun cavabdehə qaytarılmaqla ləğv edilməsi barədə qətnamə qəbul edilməsinə cavabdeh etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqaviləyə əsasən İddiaçı MMC qiyməti 72414 (yetmiş iki min dörd yüz on dörd) manat məbləğində müəyyən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzili Cavabdeh verməyi, Cavabdeh isə həmin mənzil üçün 18 ay müddətinə 2579 manat məbləğində aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli kassa mədaxil orderi qəbzlərinin surətindən görünür ki, Cavabdeh ümumilikdə İddiaçı MMC-yə 31158 manat məbləğində ödəniş etmişdir. İş materiallarından görünür ki, cavabdehə İddiaçı MMC-yə qalan borcunu ödəməsi barədə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 004 №-li müqaviləyə əsasən İddiaçı MMC qiyməti 72414 (yetmiş iki min dörd yüz on dörd) manat məbləğində müəyyən olunan ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzili Cavabdeh verməyi, Cavabdeh isə həmin mənzilin hər kv.metri üçün 600 manat olmaqla aylıq ödəniş etməyi öhdəsinə götürmüş, ilkin olaraq həmin mənzil üçün 26000 (iyirmi altı min) manat ödəniş etmiş, qalan borcunu isə 18 ay müddətində ayda 2579 (iki min beş yüz yetmiş doqquz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya cəmi 31158 manat ödəniş etmiş, lakin sonradan maddi vəziyyəti pisləşdiyindən ödəniş edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra еdilməməsi dеdikdə, оnun pоzulması və ya lazımınca icra еdilməməsi başa düşülür. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilə ləğv edilməli və Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmiş 31158 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh geri qaytarılmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(012)- 2309/2021 saylı qərardadı ilə ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blokunun 15-ci mərtəbəsində ümumi sahəsi 120,69 kv.m olan 3 otaqlı 272 №-li mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağa edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə görülmüş iddianın təmini tədbiri məhkəmə aktının icrasına qədər qüvvədə qalmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 004 №-li müqavilə və kassa mədaxil orderinin qəbzləri ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilmiş 31158 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh geri qaytarılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumuna görə pul tutulub İddiaçı MMC-yə ödənilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(012)-2309/2021 saylı qərardadı ilə iddianı təmin etmə tədbiri qətnamə icra edilənədək qüvvədə saxlanılsın. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2309/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2309/2021
05.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver