Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-235/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə 11 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0391 ha torpaq sahəsinin sol hissəsində ara hasarın üzərinə əlavə edilməklə və bir tərəfi həmin daş hasar olmaqla tikilən tikilinin sökülməsi, Cavabdeh ona məxsus olan torpaq sahəsi ilə tikdiyi tikilinin divarının hündürlüyünün 0,3 hissəsi ölçüsündə ara məsafəsi gözləmədən tikinti işlərinin aparılmasının qadağan edilməsi, həmin tikilinin onun ümumi yola çıxışına mane olan hissəsinin tamamilə sökülməsi, həmin hissədə tikinti işlərinin cavabdehə qadağan edilməsi və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)-4157/2022 saylı qərardadı ilə mülki iş üzrə İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə ekspertizanın rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə aralarında olan mübahisəli məsələni həll etdiklərindən hazırki iş ilə əlaqədar mübahisə olmadığından iddiasından imtian etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(012)-235/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iş üzrə iddiadan imtina etməsi digər tərəflərin hüquq və mənafeyinə zidd olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X1) tikilinin sökülməsi, tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsi tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-235/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-235/2023
11.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver