Məhkəmə qərarları › İş №2(012)-2377/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2377/2020

10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2377/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Şabanova (İsgəndərova) Sevincin Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Şabanova (İsgəndərova) Sevinc iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, X4 yetkinlik yaşına çatana qədər cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şabanova (İsgəndərova) Sevinc məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli AZ-İ № 970352 nömrəli nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər cavabdehdən onun xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı Şabanova (İsgəndərova) Sevinc ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixdə Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 566 saylı nikah qeydə alınmışdır. Onların birgə nikahından övladları xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hal-hazırda iddiaçı ilə cavabdeh arasında problemlər yaranmışdır. Cavabdeh ailəsinə baxmır. İddiaçı kirayədə yaşayır. Tərəflər ayrı yaşayırlar. Hal-hazırda iddiaçı azyaşlı övladı ilə birlikdə öz valideynlərinin yanında yaşayır. Ona görə də iddiaçı ilə cavabdeh arasındakı nikahın pozulması, uşağın iddiaçının yanında qalması və birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, boşanmağa razı deyildir. Məhkəmənin onlara 3 ay vaxt verilməsindən xəbəri olmamışdır. Yenə də 3 ay vaxt verilməsini və ailənin bərpasını istəyir. İddiaçı münaqişə zamanı əsəbi olanda onu məhkəməyə vermişdir. Onlar iddiaçı ilə eyni evdə kirayədə yaşayırlar. Hətta iddiaçının ailəsi də boşanmağa razı deyildir. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 970352 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə Şabanova Sevinc arasında xx xxxx 2014-cü il tarixli, 566 nömrəli nikah bağlanmışdır. İş materiallarında olan 2 saylı Bakı “ASAN-Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 541397 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Şabanova Sevincdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Onlar ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpasına ümid yoxdur. Nikah formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə, tərəflərə barışmaları üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. 3 ay vaxt verildikdən sonra da iddiaçı boşanmaqda israrlı olmuşdur. Bu bir daha onu göstərir ki, tərəflər faktiki olaraq ayrılmışlar, ailənin bərpasına ümid yoxdur, nikah formal xarakter daşıyır. Odur ki, Cavabdeh ilə Şabanova (İsgəndərova) Sevinc arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.Uşaqla bağlı mübahisə olmadığından məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X4 anası Şabanova (İsgəndərova) Sevinc ilə qalmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən 2020- ci il üçün uşaqların yaşayış minumumunu nəzərə almaqla hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh Şabanova (İsgəndərova) Sevincin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.Lakin, iş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, məhkəmə qətnaməsi qəbul edilənədək xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən müvəqqəti tutulması qərara alınmış və icraya yönəlmişdir. Ona görə də məhkəmə bu halı nəzərə alaraq hesab edir ki,aliment qətnamə elan olunduğu vaxtdan, yəni xx.xx.2020-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə Şabanova (İsgəndərova) Sevinc dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Şabanova (İsgəndərova) Sevinc ilə Cavabdeh arasında xx xxxx 2014-cü ildə Xətai rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 566 № ilə qeyd edilməklə bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X4 anası Şabanova (İsgəndərova) Sevincin yanında qalsın. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Şabanova (İsgəndərova) Sevincə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar