Məhkəmə qərarları › İş №2(012)-2408/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2408/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2408/2025 16.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və X1 üçün hər ay onun xeyrinə ümumilikdə 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2013-cü il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində 184 saylı nikaha girmişlər. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X2 və X4 adlı əkiz övladları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşməyə başlamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3485/2023 saylı qətnaməsinə əsasən onların arasındakı nikah ləğv olunmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu akt Abşeron rayon Qeydiyyat Şöbəsində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. O vaxtı məhkəmədə Cavabdeh qarşı aliment tələbi irəli sürməmişdir. Ancaq sonradan ailə vəziyyətinin çətinləşməsi səbəbindən qərara almışdır ki, məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırsın. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3485/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan AZ-İİİ 243641 və AZ-İİİ 243642 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X2 və X4 adlı övladları olmuşdur. İşdə olan AZ-İ 469094 saylı nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahının pozulması haqqında akt xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X2 və X4 adlı övladları olmuşdur. Onların arasındakı nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-3485/2023 saylı qətnaməsi ilə son qoyulmuşdur. Hazırda iddiaçı iki övladı ilə birlikdə ayrı ünvanda yaşayır. Cavabdeh uşaqlarına maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi, tərəflərin mübahisə üzrə fikirləri nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər uşaq üçün minimum əmək haqqının 0,25 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqların saxlanması məqsədilə hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin nikah münasibətlərindən olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X4 adlı uşaqların saxlanması məqsədilə xx.xx.2025-ci il tarixdən başlayaraq hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar