Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2462/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili X3, Cavabdeh nümayəndəsi-anası X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(012)-4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə ödənilməmiş borcun silinməsi və 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan bu nikah pozulmuşdur. Onların birgə nikahından olan 21.01.2004-cü il təvəllüdlü X8 və 11.06.2005-ci il təvəllüdlü X9 adlı övladları isə Abşeron Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli, 2(012)-870/2014 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra cavabdehlə qalmış və uşaqların saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 105 manat aliment tutulmuşdur. Cavabdeh aliment məbləğinin artırılması ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsinə əsasən aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 136,6 manat olmaqla cəmi 273,2 manat məbləğində müəyyən edilmiş və X5 müalicəsi ilə bağlı əlavə xərcin (50 manat) İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan Ağayev X6 Rayon Məhkəməsinə aliment miqdarının azaldılması və əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(012)-2413/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci ildə anadan olmuş X1 üçün İddiaçı tutulan aliment məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində müəyyən edilmiş, X5 müalicəsi ilə bağlı əlavə xərcin (50 manat) ödənilməsi ləğv edilmişdir. Məhkəmə alimenti sabit pul məbləğində hesablamışdır. Həmin vaxt iddiaçının sağlamlığı yerində olduğu üçün aliment məbləğini ödəyə bilirdi. Lakin indiki vəziyyətdə onun vəziyyəti çox çətindir. O, xroniki limfoleykoz (xroniki qan dövranı çatışmazlığı) xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən heç bir yerdə işləyə bilmir. Eləcə də, 16.12.2016-cı ildə yenidən ailə həyatı qurmuş və yeni nikahından 01.09.2018-ci il təvəllüdlü X10 adlı azyaşlı uşağı var. Xəstəliyi səbəbindən ailəsinin dolanışığında çətinlik çəkir. Bundan başqa, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Dövlət Sərhəd Xidməti tərəfindən verilən 27.03.2020-ci il tarixli 33/1644 saylı məktubdan görsənir ki, Cavabdeh 04.10.2019-cu il tarixində uşaqları ilə birlikdə ölkə sərhədlərindən çıxmış və Macarıstan Respublikasına getmişdir. Ölkəyə qayıtmaqları barədə isə heç bir məlumat yoxdur. Aldığı məlumatlara əsasən cavabdeh və azyaşlı uşaqları Macarıstan Respublikasından başqa ölkəyə köçmüşlər. Həmin tarixdən bu yana uşaqlarının harda olması ilə bağlı məlumatı yoxdur. Lakin cavabdehin Azərbaycan Respublikası Beynəlxalq Bankda olan hesabına ödədiyi aliment məbləğləri Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bankomatlardan çıxarılır. Məlum olmuşdur ki, onun ödədiyi aliment məbləğləri uşaqlarına yox, keçmiş qayınatası və qayınanasının xərcləri üçün istifadə olunur. Bu səbəbdən iddiaçının aliment borcları silinməli və iddiaçı aliment ödəməkdən azad edilməlidir. Ona görə də, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(012)-4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə ödənilməmiş borcun silinməsi və 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-anası X4 iddia tələbini qəbul etdiyini və iddiaçının tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(012)- 4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə ödənilməmiş borcun silinməsi və 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçının aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli, 2(012)-870/2014 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehin nikahları pozulmuş, nikah pozulduqdan sonra 21.01.2004-cü il təvəllüdlü X8 və 11.06.2005-ci il təvəllüdlü X9 anası, yəni Cavabdeh ilə qalmış və uşaqların saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 105 manat aliment tutulmuşdur. Cavabdeh aliment məbləğinin artırılması ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsinə əsasən aliment miqdarı artırılaraq hər bir uşaq üçün 136,6 manat olmaqla cəmi 273,2 manat məbləğində alimentin və oğlu X5 müalicəsi ilə bağlı əlavə xərcin (50 manat) İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan Ağayev X6 Rayon Məhkəməsinə aliment miqdarının azaldılması və əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(012)-2413/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(012)-4174/2017 saylı qətnaməsi ilə tutulan aliment məbləği dəyişdirilərək 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci ildə anadan olmuş X1 üçün tutulan aliment məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində müəyyən edilmiş, X5 müalicəsi ilə bağlı əlavə xərcin (50 manat) ödənilməsi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən 27.03.2020-ci il tarixli 33/1644 saylı məktubdan görünür ki, 04.10.2019-cu il tarixində 21.01.2004-cü il təvəllüdlü X8 və 11.06.2005-ci il təvəllüdlü X9 ölkə sərhədlərindən çıxmış və Macarıstan Respublikasına getmişdirlər. İş materiallarında olan Cavabdeh nümayəndəsi-anası X2 15 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, o, “aliment ödəməkdən azad edilmə” barədə İddiaçı iddia tələbini tam şəkildə qəbul edir və İddiaçı aliment tutulmasından və yığılmış aliment borcundan imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(012)-4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə ödənilməmiş borc silinməli və 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı aliment ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(012)-4174/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment üzrə ödənilməmiş borc silinsin və 21.01.2004-cü il tarixdə anadan olmuş X8 və 11.06.2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı aliment ödəməkdən azad edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2462/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2462/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver