Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2601/2023 06.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Səfərova (Zülfüqarova) Aynur Əli qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 iyun 2023-cü il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səfərova (Zülfüqarova) Aynur Əli qızına qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(012)-3146/2020 saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün Cavabdeh xeyrinə müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləğinin azaldılaraq ayda hər uşağa 80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(012)-3146/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, 17 aprel 2006-cı il təvəllüdlü X6 və 23 fevral 2009-cu il təvəllüdlü X2 Cavabdeh yanında qalması və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 170 manat, ümumilikdə 340 manat sabit pul məbiəğində aliment tutulması qət edilmişdir. Həmin qətnamədən sonra onun ailə və maddi vəziyyəti pisləşməyə doğru dəyişmişdir. Belə ki, o, yeni ailə qurmuş, həmin nikahdan da xx.xx.2021ci il təvəllüdlü bir uşağı olmaqla, arvadı ikinci uşağa 5 aylıq hamilədir. Hamilə arvadını və azyaşlı uşağını da özü saxlayır. Kirayədə yaşayırlar, ayda 350 manat kirayə haqqı olmaqla kommunal xərclərlə birlikdə aylıq xərci 400 manat təşkil edir. Əvvəllər işləsə də, sonradan ixtisara düşmüşdür. Hazırda işsiz olmaqla anasının köməyi ilə dolanır. 5200 manat Bank Respublikaya, 2500 manat Kapitalbanka kredit borcu var. Ürəyində xəstəlik olduğundan işləmək qabiliyyəti demək olar ki, yoxdur. Avtomaşını, evi, başqa heç bir yerdən gəliri yoxdur. Alimentin məbləği çox yüksək məbləğdə müəyyən edildiyindən ödəyə bilmir. Belə ki, hazırda himayəsində bir azyaşlı uşağının və hamilə arvadımın olması, onları maddi cəhətdən saxlamağa borclu olması nəzərə alınmalıdır. Ailə və maddi vəziyyətinin dəyişib ağırlaşması nəzərə alınmaqla alimentin ayda hər uşağa 80 manat müəyyən edilməsi qohumlarının köməyi ilə ödəməyə imkan verər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Səfərova (Zülfüqarova) Aynur Əli qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3146/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Ağdaş RİHB-nın Ləki qəsəbə İƏV üzrə nümayəndəliyində 03 fevral 2005-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddianın təmin edilməsi, 17 aprel 2006-cı il təvəllüdlü X4 və 23 fevral 2009-cu il təvəllüdlü X2 boşanmadan sonra Cavabdeh yanında qalmaları, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 17 aprel 2006-cı il təvəllüdlü X4 və 23 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 14 avqust 2020ci ildən hesablanması qət edilmişdir. İş materiallarında olan İmişli Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 12 mart 2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X5 ilə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 116 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan İmişli Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 07 iyul 2021-ci il tarixdə İmişli rayonunda anadan olmuş, atası İddiaçı, anası X1r. İş materiallarında olan Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 04 fevral 2023-cü il tarixdə verilmiş hamiləliklə bağlı ultra-səs müayinəsi protokolunun surətindən görünür ki, X3 5 həftə, 3 günlük hamilədir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Səfərova (Zülfüqarova) Aynur Əli qızı birgə nikahda olmuşlar və onların birgə nikahdan 17 aprel 2006-cı il təvəllüdlü X9 və 23 fevral 2009-cu il təvəllüdlü X8 adlı övladları vardır. Uşaqlar hazırda Səfərova (Zülfüqarova) Aynur Əli qızının himayəsindədirlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 17 aprel 2006-cı il təvəllüdlü X4 və 23 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ayda hər uşaq üçün 170 manat, cəmi 340 manat miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşaqları cavabdehin himayəsindədir. Uşaqların saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Məhkəmə iddianın dəlili olaraq iddiaçının ikinci nikahından himayəsində 07 iyul 2021-ci təvəllüdlü X7 olması və arvadının ikinci uşağa hamilə olması dəlilinə münasibətdə qeyd edir ki, uşaqların artan təlabatını, alimentin məbləğinin azaldılmasını isə onların əvvəlki həyat səviyyəsinin pisləşməsi kimi qiymətləndirir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçının cavabdehlə nikahdan olan uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin məbləğinin azaldılmasının hüquqi əsası olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Səfərova (Zülfüqarova) Aynur Əli qızına qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2601/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2601/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver