Məhkəmə qərarları › İş №2(012)-2611/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2611/2020

14.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2611/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-in nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 019CASA183520004 saylı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-yə 3419,13 manat kredit borcu, 280,83 manat faiz borcu və 132,45 manat penya, ümumi olaraq 3832,41 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiəedərək göstərdi ki, İddiaçı ASC ilə bağlanmış 019CASA183520004 saylı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 18 ay müddətinə illik 23 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 019FİZAM67992501 saylı xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsini şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Kredit müqaviləsinin 2.03-cü bəndinin B yarımbəndinə əsasən, ödəmə vaxt çatmış lakin kreditalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə illik 25 % üstəgəl 5 % gecikdirmə faizi ilə hesablanması nəzərdə tutulmuşdur. Həmçinin həmin müqavilənin 2.03 bəndinin E yarımbəndinə əsasən, borcalan bu müqaviləyə əsasən, verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və bldirişlə müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklərini yerin yetirməmişlər. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçı təşkilata olan borcunu ödəmişdir və borcun tam bağlanması ilə bağlı arayışı poçt vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməyin səbəbləri barədə qabaqcadan xəbər verməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 019CASA183520004 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 (kreditalan) həqiqətən də İddiaçı ASC-nin Memar Əcəmi filialından (Bank) 18 ay müddətinə, illik 23 faiz olmaqla 10000 manat məbləğində kredit almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 019FİZAM67992501 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 (zamin) Cavabdeh1 (borcalan) xx.xx.2018-ci il tarixli, 019CASA183520004 saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4572 №-li arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin Memar Əcəmi filialı arasında xx xxxxxx 2018ci il tarixli 019CASA183520004 saylı kredit müqaviləsinə əsasən 10000 manat məbləğində kredit verilmiş və həmin kredit tam bağlanılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmədiyi üçün iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə İddiaçı ASC-nin Memar Əcəmi filialı ilə kredit müqaviləsi bağlayaraq illik faiz dərəcəsi 36 % olmaqla 18 ay müddətinə 10000 manat məbləğində kredit götürmüş və xx xxxx 2020-ci il tarixinə kimi İddiaçı ASC-nin Memar Əcəmi filialına olan borcunu tam ödəmişdir və hal-hazırda cavabdehlərin iddiaçı qarşısında sözügedən müqavilə üzrə öhdəlikləri mövcud deyildir. Bu iş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 4572 №-li arayışla da öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 019CASA183520004 saylı xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-yə 3419,13 manat kredit borcu, 280,83 manat faiz borcu və 132,45 manat penya, ümumi olaraq 3832,41 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar