Məhkəmə qərarları › İş №2(012)-2643/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2643/2020

18.11.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2643/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1248.A №-li alqı-satqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) ədəd GAC GA 5 AT markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi boz, dövlət qeydiyyat nişanı ** AG *** olan minik avtomaşınına görə cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 müştərək qaydada müqavilə üzrə qalmış 4590 (dörd min beş yüz doxsan) manat ümumi borc, 6 ay (180 gün) dövründə ödənilmədiyi hər gecikdirilən günə görə 1683 (bi min iki yüz doxsan bir) manat cərimə cəmi: 6273 (altı min iki yüz yetmiş üç) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 1248.A №xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 1(bir) ədəd GAC GA 5 AT markalı, 2014-ci buraxılış ili, tipi sedan, rəngi boz, dövlət qeydiyyat nişanı ** AG *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış Müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 10200 (on min iki yüz) manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödənişsiz ümumi məbləği 20 ay bərabər hissələrə bölünərək hər ay üzrə 510 (beş yüz on) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2020-ci il tarixini müəyyən etmişlər. İddiaçı Müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomaşını cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla Müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. 5.1.4 yarımbəndinə görə “Alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin “Alıcı” nm əmlakına yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1 yarımbəndinə görə “Alıcı” maşının tam dəyərini alqısatqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3 yarımbəndinə görə “Alıcı” alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 (on beş) gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 (on beş) gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşını təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomaşına görə ödənilmiş pulun “Satıcı” tərəfindən geri qaytarılmaması tələbini qəbul edir. Cavabdeh müqavilə öhdəliklərinin demək olar ki, hamsını pozmuşdur və iddiaçıya böyük zərər vurmuşdur. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 5610 (beş min altı yüz on) manat ödəniş etmişdir. O da ümumi 11 ay dövrü əhatə edir. (2019-ci ilin yanvar- noyabr ayları) 2019 ilin dekabr ayından etibarən cavabdeh İddiaçı MMC ödəniş üzrə borcu yaranmışdır və bununlada İddiaçıya 4590 (dörd min beş yüz doxsan) manat əsas borcu qalmışdır. Cavabdeh 6 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş yəni aylıq nəzərdə tutulmuş 510 (beş yüz on) manat məbləği cəmi 3060 (üç min altmış) manatı ödəməmişdir. Cavabdehə dəfələrlə müxtəlif vaxtlarda telefon zənglər edilsədə, ödəniş etməkdən yayınır. Cavabdehə müqavilə şərtinə riayət etmək aylıq ödənişləri ödəmək yəni müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmək təklif olunmuşdur. Lakin o öhdəlikləri yerinə yetirməkdən imtina edir. Cavabdeh avtomaşını aldığı gündən bu günədək İddiaçı MMC-nə 3060 (üç min altmış) manat gecikmə borcu vardır. Beləliklə cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək ziyan vurmaqda davam edir. Eyni zamanda cavabdeh həmin gecikdirilmiş məbləğə görə əlavə 1% hər gün üçün 30 günə görə 153 (yüz əlli üç) manat qalan 150 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 1530 (min beş yüz otuz) manat cəmi, 4743 (dörd min yeddi yüz qırx üç) manat ödəməlidir. Eyni zamanda 1248 A saylı xx.xx.2018-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh1 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “Zaminlik müqaviləsinə” əsasən XXX Cavabdeh2 “Satıcı” qarşısında öhdəlik daşıyır. Borcun ödənilməsi tələbi ilə cavabdehə Cavabdeh1 müraciət olunmasına, məsələni məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin qörülməsinə baxmayaraq, cavabdeh müqavilə ilə müəyyən edilən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd materialıdır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 1248.A №-xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı 1 ədəd GAC GA 5 AT markalı, 2014-ci buraxılış ili, tipi sedan, rəngi boz, dövlət qeydiyyat nişanı ** AG *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. -Eyni zamanda, alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 qalan 10200 (on min iki yüz) manat məbləği 10 (on) aya, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixinədək bərabər hissələrə bölünməklə hər ay üzrə 510 (beş yüz on) manat ödəməklə qaytarmalıdır. -İddiaçı ilə XXX Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 1248.A.1 №-li Zaminlik müqaviləsindən görünür ki, 1248 A saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə borc öhdəliklərinin icrasının təmin edilməsini zamin öz üzərinə götürür. -AC 689573 №-li Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, GAC minik markalı, **-AG-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. -İddiaçı xx xxxxxx 2020-ci il tarixli pretenziya məktublarından və poçt qəbzlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 5 gün müddətinə zərərin əvəzinin ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin şərtinə əsasən məbləğin və digər ziyanın ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-cui il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-6 RPİ ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında işin arşdırılan hallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 1248.A №-xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı l(bir) ədəd GAC GA 5 AT markalı, 2014-ci buraxılış ili, tipi sedan, rəngi boz, dövlət qeydiyyat nişanı ** AG *** olan nəqliyyat vasitəsini cavabdehə satmışdır. Bağlanmış Müqavilənin 4.1-ci bəndinə görə satılan minik avtomaşınının qiyməti 10200 (on min iki yüz) manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödənişsiz ümumi məbləği 20 ay bərabər hissələrə bölünərək hər ay üzrə 510 (beş yüz on) manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü xx.xx.2020-ci il tarixini müəyyən etmişlər. Cavabdeh müqavilə öhdəliklərinin pozmuş və müqavilə bağlandığı gündən cəmi 5610 (beş min altı yüz on) manat ödəniş etmiş və bununla da İddiaçıya 4590 (dörd min beş yüz doxsan) manat əsas borcu qalmışdır. Eyni zamanda 1248 A saylı xx.xx.2018-ci il tarixli müqavilə imzalanarkən “Alıcı” Cavabdeh1 zamin durmuş tərəflər arasında eyni tarixdə bağlanmış “Zaminlik müqaviləsi”nə əsasən XXX Cavabdeh2 “Satıcı” qarşısında öhdəlik daşıyır. Hazırda isə İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1248.A №-li alqısatqı müqaviləsinin ləğv edilməsinə, 1 (bir) ədəd GAC GA 5 AT markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi boz, dövlət qeydiyyat nişanı ** AG *** olan minik avtomaşınına görə cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 müştərək qaydada müqavilə üzrə qalmış 4590 (dörd min beş yüz doxsan) manat ümumi borc, 6 ay (180 gün) dövründə ödənilmədiyi hər gecikdirilən günə görə 1683 (min iki yüz doxsan bir) manat cərimə cəmi: 6273 (altı min iki yüz yetmiş üç) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətləri müqavilə hüququndan irəli gələn münasibətlərdir. Tərəflər arasında bağlanmş müqavilədən məlum olur ki, onlar arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsidir. Avtomobilin alqı-satqısı müqaviləsi isə o halda qanunla nəzərdə tutulmuş qaydada bağlanmış ola bilər ki, həmin avtomobil satılarkən dövlət qeydiyyatına alınsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) ; 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 139.2. maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan 5 bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Qanundan və Fərmandan göründüyü kimi avtomobil alqı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada dövlət reyesterindən qeydiyyatdan keçirilməlidir. Qeydiyyata alınmasyan avtomobilin alqı-satqı müqaviləsinin hüquqi qüvvəsi yoxdur və bağlandığı andan etibarsızdır. Əqdin etibarsızdığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Mülki Məcəllənin; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qanunvericilikdən göründüyü kimi əhəmiyyətsiz müqavilə etibarsız sayılıbsayılmamasından asılı olaraq bağlandığı andan əhəmiyyətsiz müqavilədir. Ona görə də məhkmə həmin müqaviləni etibarsız hesab edir. İddia tələbində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn zaminlik müqaviləsinə əsasən, əsas borclu ilə yanaşı zamin Cavabdeh2 borc tələb olunur. Məhkəmə hesab edir ki, əsas müqavilə olan alqı-satqı müqaviləsi etibarsız olduğundan zaminlik müqaviləsinə xitam verilməlidir. Mülki Məcəllənin 477.0.1. maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Eyni zamanda iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə təqdim etdiyi əsas sübutlardan alqı-satqı, zaminlik müqaviləsi və maliyyə arayışı olmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 6273 manat borcu vardır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona borcunun olmasını maliyyə arayışı formasında təqdim etmiş, lakin tələbin əsaslığını sübut edən digər sübutları (cavabdeh tərəfindən ödənilən pul məbləğinin kassa mədaxil qəbzləri və yaxud hesabdan çıxarış və s. sübutlar) məhkəməyə təqdim etməmişdir. Tək sübut kimi maliyyə arayışı məhkəməyə təqdim edilmişdir ki, digər sübutlarla müqaisəli qaydada araşdırılması mümkün olmadığından həmin arayışı məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X7 Məhkəməsi "X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərindən ibarətdir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, işin müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və XXX Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair» iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar