Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2644/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşına çatanadək saxlanılması üçün 100 manat pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə ailə nikah münasibətləri əvvəllər yaxşı olsa da, sonradan, münasibətləri pozulmuşdur. Hazırda, faktiki olaraq ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan azyaşlı uşağı isə onunla birlikdə yaşayır. Cavabdeh uşağın saxlanılması üçün heç bir köməklik göstərmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər bir uşaq üçün 193 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını o, çəkir. Uşağın həm təlimtərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. 193 manatla da uşaqların bütün ehtiyaclarını ödəmək mümkün deyil. Buna görə də alimentin müəyyən edilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. O, artıq mart ayında məhkəməyə müraciət etmiş və həmin vaxtdan hazırki müddətə kimi cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. Onun cavabdehlə rəsmi nikah münasibəti pozulmamış, lakin buna baxmayaraq, hazırki tələbi məhkəməyə ilkin iddia tələbidir. İddia ərizəsi verməsinin səbəbi isə cavabdehin ona maddi yardım etməməsidir. Cavabdehin rəsmi iş yeri olmaqla “Of” mağazasında çalışır. Aylıq əmək haqqı bildiyi qədərilə, cavabdeh 600 manat əmək haqqı alır. Dekabr ayında cavabdehlə ayrılsa da, sonradan barışığa cəhd etmişlər. Cavabdehlə birlikdə yaşadığı dövrdə cavabdeh müəyyən qədər yardım etmişdir. Aprel ayında yardım etməmiş, may ayında barışıq olsa da, iyun ayından yenidən yardım etməmişdir. Ümumilikdə isə, birlikdə yaşamağın hər hansı bir önəmi yoxdur. Belə ki, cavabdeh uşağın atası olmaqla uşağın saxlanılması üçün yardım etmək öhdəliyini daşıyır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı izahatında belə cavabdehin aprel ayına qədər maddi yardım etdiyini bildirmiş, may ayında isə tərəflər yenidən birlikdə yaşamağa başlamışlar. Hazırki müddətə qədər iddiaçı və azyaşlı uşağı cavabdehin himayəsində olmaqla cavabdeh müəyyən qədər maddi yardım etmişdir. Cavabdeh mağazada aylıq əmək haqqı 250 manat olmaqla satıcı vəzifəsində çalışır. Cavabdeh uşağın saxlanılması üçün hər ay 193 manat aliment ödəyə bilər, uşağın 3 yaşına çatanadək isə 30 manat pul vəsaiti ödəyə bilər. Əmək haqqı az olduğundan cavabdeh iddia tələbi ilə qalan hissədə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 424811 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Akmanova” soyadı verilmişdir. -3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 663810 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6027 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn azyaşlının mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsinə dair qarşılıqlı razılıq olmamasını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini, eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumunun 193 manat müəyyən edilməsini nəzərə alaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq Cavabdeh İddiaçı хеyrinə hər аy bir uşaq üçün 193 mаnаt sаbit pul məbləğində аlimеnt tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının tərəflərin birgə nikahlarından olan azyaşlı uşağa qulluq etməsi müəyyən olunduğundan, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, eyni zamanda, tərəflərin maddi vəziyyətini nəzərə alaraq məhkəmə iddiaçının uşağının üç yaşına çatanadək cavabdehdən pul tutulması tələbinin qismən təmin edilərək hər ay bu tələb üzrə cavabdehdən 50 manatın iddiaçının xeyrinə tutulmasını tərəflərin maddi və ailə vəziyyətinə uyğun hesab edir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 üç yaşına çatanadək hər ay 50 (əlli) manat pul vəsaiti tutulsun. Qətnamə alimentin və 50 manat pul vəsaitinin tutulması hissəsində dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov