Məhkəmə qərarları › İş №2(012)-266/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-266/2021

04.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-266/2021 04.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, iş üzrə İİİ şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 X3 nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli Serya RX ******* saylı mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli Serya RX ******* saylı mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsi qərarına gəlmişdir. İş üzrə İİİ şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 X3 nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X4 mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, Cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlərlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli Serya RX ******* saylı mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar