Məhkəmə qərarları › İş №2(012)-2699/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2699/2021

10.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2699/2021 10.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 3.000.000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda vəsatət təqdim edərək izahatında göstərdi ki, hazırki mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası MPM-nin 36.6-cı maddəsinə istinad etməklə iddia ərizəsi ilə “ziyan vurma yerinə görə" Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilməlidir ki, hazırki iddia mənəvi zərərin ödənilməsinə dair müstəqil iddiadır və şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddia deyildir. Göstərilən iddia növünün hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” adlı 60-cı fəslində nəzərdə tutulmuşdur. Bu fəsil sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakterini, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsini tənzimləyir və hazırkı iddianın hüquqi əsası kimi bu fəslə istinad edilə bilinmədiyindən, “ziyan vurma yerinə görə” aidiyyət seçimi verən prosessual normaya da istinad edilə bilməz. Həmçinin mənəvi ziyan hallarında “ziyan vurma yeri” özü-özlüyündə yararsız anlayışdır. Hesab edir ki, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməli idi. Odur ki, hazırki işin aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən onun xeyrinə 3.000.000 manat mənəvi zərərin tutulması tələbinə dair 2(012)-2699/2021 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Qanunun tələblərindən də göründüyü kimi, qanunvericilik ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilməsinin mümkünlüyünü nəzərdə tutduğu iddialar şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar olduğu halda, iddiaçı cavabdehdən atasının ölümü ilə bağlı mənəvi zərərə görə pulun tutulmasını xahiş etmişdir. İddiaçının irəli sürdüyü tələb müstəqil iddia olduğundan Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinin təsiri altına düşmür. Bu səbəbdən məhkəmə iddiaçının iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün cavabdeh şirkətin hüquqi ünvanı - ünvan 1rimanov Rayon Məhkəməsinə göndərilməsi barədə cavabdehin vasətətinin təmin edilməsi qərarına gəlir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış hüquqi şəxs barədə məlumatdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ1072 ünvan 3an Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən onun xeyrinə 3.000.000 manat mənəvi zərərin tutulması tələbinə dair 2(012)-2699/2021 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar