Məhkəmə qərarları › İş №2(012)-2746/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2746/2020

30.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2746/2020 30.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1374/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri Qeydiyyat şöbəsində bağlanmış 322 saylı nikah qeydinin pozulması, birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X1 onun himayəsində saxlanılması və xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli xx xxxx 2015-ci ildən hesablanmaqla xx.xx.1985-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15, mənzil 29-da qeydiyyatda olan Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Nikahları məhkəmə qaydasında ləğv edildikdən sonra ona Şirvan şəhər qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli, 89 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırki vaxtda 100 manat pulla bir uşağın təlabatını ödəmək çox çətindir. Cavabdeh 100 manat puldan əlavə bir manatda olsa doğma övladı üçün pul ödəmir. O da çətinliklə 100 manatla övladının tələbatını ödəyir. Maddi cəhətdən sıxıntılar çəkir. Ona görə də alimentin artırılması ilə bağlı məhkəməyə iddia tələbi vermək qərarına gəlmişdir. Cavabdehin kifayət qədər qazancı var, işləyir və gəlir əldə edir. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq öz doğma övladnın maddi təminatını ödəməkdən boyun qaçırır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclаsında iddia tələbini qismən qəbul etdiyini, cavabdehin onun oğlu olduğunu, oğlunun musiqiçi olduğunu, hal-hazırda işsiz olduğunu, ikinci dəfə ailə həyatı qurduğunu, bu evlilikdən də bir övladının olduğunu, 100 manat alimenti iddiaçıya özü ödədiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -ASAN-Sumqayıt tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -ASAN-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № 18470632 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Şirvan şəhərində anadan olmuş, atası Cavabdeh, anası Aynurə Heybətovadır. -Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 226041 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmiş, X4 Mənəfova soyadı verilişdir. -Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 322 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X5 iddiaçı X2 himayəsində saxlanılması, xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx xxxx 2015-ci ildən hesablanmaqla xx.xx.2015-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2013-cü il tarixdə X5 adlı uşaqları dünyaya gəlmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2012-ci il tarixdə Şirvan şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 322 saylı nikah qeydinin pozulması, onların birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X5 iddiaçı X2 himayəsində saxlanılması, xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx xxxx 2015-ci ildən hesablanmaqla xx.xx.2015-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Hazırda iddiaçı Şirvan Şəhər Məhkəməsinin 2(032)-1374/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 100 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 100 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 100 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq-lar ba-rə-sin-də bü-tün təd-bir-lər-də əsas diqqət uşaq mənafelərinin da-ha yax-şı tə-min edil-mə-si-nə yönəldilir, istər bu tədbirlər sosial tə-mi-nat mə-sə-lə-lə-ri ilə məş-ğul olan döv-lət ida-rə-lə-ri və ya özəl ida-rə-lər tərəfindən görülsün, istərsə də məh-kə-mə-lər, in-zi-ba-ti və ya qa-nun-ve-ri-ci-lik or-qan-la-rı tə-rə-fin-dən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-1374/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar