Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2796/2021 09.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsinə xx xxxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən müəyyən edilir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyat qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə- Nərimanov rayon məhkəməsinə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdeh Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etməsi ona izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2796/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2796/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver