Məhkəmə qərarları › İş №2(012)-2819/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2819/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2819/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların ananın yanında qalması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh öz növbəsində, cavabdeh İddiaçı qarşı nikahın pozulması və uşaqların ananın yanında qalması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 978 nömrəli akt qeydli nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə bir ildən artıq müddətdir ki, ayrı yaşayır. Bu müddət ərzində cavabdeh uşaqlarının maddi, mənəvi durumu və səhhəti ilə maraqlanmamışdır. Cavabdeh işləməklə pulunu yalnız öz maraqlarına sərf edir. Hətta, iddiaçıda olan məlumata görə cavabdeh ikinci dəfə nikaha daxil olmaq istəyir. İddiaçı cavabdehdən uşaqların saxlanılması üçün pul tələb etdikdə cavabdeh pulunun olmadığını bildirir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, aliment tələbinə dair ilk dəfə məhkəməyə müraciət etmiş və onun cavabdehlə ailə nikah münasibətlərinə xitam verilməmişdir. Cavabdeh məhkəmə qərardadı ilə tutulmuş müvəqqəti alimenti də tam şəkildə ödəmir. Artıq cavabdehlə bir ilə yaxın müddətdir ki, birlikdə yaşamır və həmin müddət ərzində cavabdeh uşaqlarla maraqlanmamışdır. Cavabdehlə birgə nikahından dördüncü övladı da dünyaya gəlmiş, iki yaşında vəfat etmiş, hətta cavabdeh uşağının harada dəfn olduğunu belə bilmir. Cavabdeh ilə nikahının pozulmasına razı deyil. Cavabdeh nikahın pozulmasını istəyirsə, məhkəmə iclasına gələrək, həmin ifadələri onun səsləndirilməsi ilə eşitmək istəyir. Faktiki olaraq ayrı yaşasalar da, cavabdeh ilə hələ də əlaqə saxlayır. Bununla belə, hesab edir ki, cavabdeh başqa qadının sözlərini dinləyib, onunla nikahının pozulmasını istəyir. Cavabdeh işləmədiyini qeyd etsə də, qeyri-rəsmi şəkildə maşın servislərində maşınların kimyəvi təmizlikçisi vəzifəsində çalışır. O, özü Bakı şəhəri Xətai rayonunda yerləşən “Bravo” supermarketdə aylıq 400 manat olmaqla, satıcı vəzifəsində çalışır. Cavabdehin hər ay hər bir uşağa görə 150 manat aliment ödəməsinə razıdır, əsas odur ki, cavabdeh tərəfindən mütəmadi olaraq alimentin ödənilməsi təmin edilsin. Ona görə də ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini qismən qəbul edib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilk əvvəl tərəflərin ailə nikah münasibətləri normal olsa da, artıq uzun müddətdir ki, tərəflər ayrı yaşayır, bu səbəbdən də cavabdeh nikahının pozulmasında israrlıdır. Cavabdeh alimentin ödənilməsinə razı olsa da, hüquqlarını müdafiə etdiyi tərəfinin, yəni cavabdehin ona bildirdiyinə görə rəsmi və qeyri-rəsmi iş yeri olmadığından aliment ödənişini ödəyə bilmir. Tərəflər faktiki olaraq 1 il müddətdir ki, bir yerdə yaşamadıqlarından cavabdeh nikahının pozulmasında israrlıdır. Cavabdeh nikah məhkəmə qaydasında pozulacağı təqdirdə uşaqların ananın yanında qalmasına və aliment ödəməyə etiraz etmir. Belə ki, cavabdeh 3 uşağa görə cəmi hər ay 500 manat aliment ödəməyə razıdır. Ona görə də ilk iddia ərizəsinin qismən təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi qismən, qarşılıqlı iddia ərizəsi isə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 19.1 maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-T № 018650 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 978 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Davıdova” soyadı verilmişdir. -Masallı rayon Şərəfə ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 492634 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 12 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 378297 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2500 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 941426 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 281 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Masallı rayonu Şərəfə ərazi dairəsi Şərəfə kəndində, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 6 saylı evin 17 saylı mənzilində qeydiyyatdadır. Ailə Məcəlləsinin: 20-ci maddəsinə əsasən, tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə və məhkəmə tərəfindən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildikdə, tərəflər arasındakı nikah pozulur. 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamaları və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 20.2. maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Beləliklə, məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları tədqiq edib, qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, ilk iddia ərizəsi üzrə cavabdeh nikahının pozulmasını israr etdiyindən, məhkəmə tərəfindən verilmiş 3 aylıq barışıq müddəti ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, nikaha daxil olmaq könüllü olduğu kimi, nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan qarşılıqlı iddia ərizəsi bu hissədə təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsini həll etməlidir. Məhkəmə tərəflərin birgə nikahlarından olan uşaqların yaşını, anaya bağlılığını, eyni zamanda, hal-hazırda, anaları ilə birgə yaşamasını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 analarının (ilkin iddiaçının) yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin: 22.2.2. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra aliment məsələsini həll etməlidir. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını və uşaqların saxlanılması üçün 150 manat alimentin ödənilməsinə dair qarşılıqlı razılıqlarını nəzərə аlаrаq, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 150 mаnаt olmaqla, ümumilikdə, cəmi 450 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 978 nömrəli akt qeydli nikah pozulmalı, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmalı, uşaqların yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, hər аy hər bir uşaq üçün 150 mаnаt olmaqla, ümumilikdə, cəmi 450 manat sаbit pul məbləğində аlimеnt Cavabdeh İddiaçı хеyrinə tutulmаlı, ilk iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 978 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları İddiaçı yanında qalsın. xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, hər аy hər bir uşaq üçün 150 (yüz əlli) mаnаt olmaqla, ümumilikdə, cəmi 450 (dörd yüz əlli) manat sаbit pul məbləğində аlimеnt Cavabdeh İddiaçı хеyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar