Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2839/2020 18.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2812/2014 saylı,xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxx 2009-cu il təvəllüdlü İbrahimova Könül Xaqani qızının və xx xxxxx 2011-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İmaməli oğlundan hər ay hər uşağa görə 103(yüz üç) manat olmaqla,cəmi 206(iki yüz altı) manat təyin olunmuş alimentin miqdarının dəyişdirilərək ,cavabdehdən hər ay hər uşağa görə 170(yüz yetmiş) manat olmaqla,cəmi 340(üç yüz qırx) manat alimentə görə pul məbləğinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,Cavabdeh İmaməli oğlu ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur.Birgə nikahlarından xx xxx 2009-cu il təvəllüdlü İbrahimova Könül Xaqani qızı və xx xxxxx 2011-ci təvəllüdlü Cavabdeh dünyaya gəlmişdir.Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətlər pisləşmişdir.Abşeron Rayon Məhkəməsinin 2(012)-2812/2014 saylı,xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş,Cavabdeh ilə aralarında bağlanan nikah qeydi ləğv edilmiş,birgə nikahlarından olan xx xxx 2009-cu il təvəllüdlü İbrahimova Könül Xaqani qızının və xx xxxxx 2011ci il təvəllüdlü X1 onun himayəsində qalması müəyyən edilmiş və cavabdehdən hər ay hər uşağa görə 103( yüz üç) manat olmaqla,cəmi 206( iki yüz altı) manat alimentin tutulması qət edilmişdir.Qətnamə icraya yönəlməsinə baxmayaraq cavabdeh indiyədək alimenti ödəməkdən boyun qaçırmışdır və xeyli miqdarda borcu yaranmışdır. Cavabdeh ona 6 ildir ki,1 manatda olsa aliment ödəməyib.İcra məmurları işini icra etmirlər.Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2812/2014 saylı,xx xxxxxxxx 2014-cü il saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan iki azyaşlı uşaqlarının saxlanması üçün cəmi 206 manat məbləğində alimentin tutulması qət edilmiş, həmin qətnamənin icrası ilə bağlı iddiaçı izahatında göstərmişdir ki, cavabdeh hər hansı bir ödəniş etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2812/2014 saylı,xx xxxxxxxx 2014-cü il saylı qətnaməsi üzrə aliment tələbi icra olunmadan alimentin müəyyən olunmuş miqdarının artırilması işin faktiki halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Lakin, məhkəmədə sübutların tədqiqatı zamanı alimentin artırılması ilə bağlı AR AM-in 112-ci maddəsi ilə müəyən edilmiş hallar müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2839/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2839/2020
18.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver