Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2845/2020 05.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 onun yanında qalmasının müəyyən edilməsi və uşağın saxlanması üçün Cavabdeh hər ay uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki,o, Cavabdeh ilə 2012-ci ildə tanış olmuş və 2013-cü ildə qeyri-rəsmi nikahından xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı övladı vardır. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan onların münasibətləri pozulmuşdur. Cavabdeh bu günə qədər uşağı ilə maraqlanmamış və ayrı yaşadıqları gündən maddi yardım da göstərməmişdir. Ona görə də, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 özünün yanında qalması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçünhər ay uşağa görə 170 (yüz yetmiş) manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdehiddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, o, İddiaçı ilə 2013-cü ildə qeyri-rəsmi nikaha daxil olaraq bir yerdə yaşamışlar. Onlarınqeyri-rəsmi nikahından xx xxxxxx 2014-cü il təvəllüdlü X3 adlı övladı vardır. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan onların münasibətləri pozulmuşdur. Buna görə də, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 İddiaçı ilə qalması və ondan hər ay uşağa görə 170 (yüz yetmiş) manat alimentinİddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasınarazıdır. Məhkəməproses iştirakçılarının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir . Mülki işin materiallarında olan AZE-İİİ seriyalı, 443318 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 – atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan AZE-İ seriyalı, 269077 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin kserosurətindən müəyyən edilir ki, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 atası Cavabdehdur. Mülki işin materiallarında olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir, yetkinlik yaşına çatmayan övladı - xx xxxxxx 2014-cü il təvəllüdlü X2 İddiaçı yanında qalmasına etiraz etmir və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 ötrü ondan hər ay uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə uşağın yaşını, ana nəvazişinə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, qeyri-rəsmi nikahdan anadan olmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X2 anası, yəni İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə işin materiallarını tədqiq edərək iddia tələbinin aliment tələbinə dair hissəsində də əsaslı olması və tam təmin edilməli olması nəticəsinə gəlir. Belə ki, Cavabdeh əmək qabiliyyətli olub fərdi işlərlə məşğul olmaqla qazanc əldə etmək qabiliyyətinə malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Məhkəmə,azyaşlı xx xxxxxx 2014-cü il təvəllüdlü X2 mənafeyini, onun normal qidalanmasını və fiziki cəhətdən inkişafını, minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment tələbinə dair hissədə də əsaslı olmaqla təmin edilməli, hər ay uşağa görə 170 (yüz yetmiş) manat aliment tutulmalı, alimentin tutulmasının əvvəli xx xxxx 2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındaqətnamələr dərhal icra olunur. Ona görə də qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir. Eləcə də, aşağıda qeyd olunanlara əsasən, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən,iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxxxxx 2014-cü il təvəllüdlü X2 anası, yəni İddiaçı yanında qalması müəyyən edilsin. xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay uşağa görə 170 (yüz yetmiş) manat aliment tutulsun. Alimentin tutulmasnın əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx xxxx 2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2845/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2845/2020
05.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver