Məhkəmə qərarları › İş №2(012)-3013/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3013/2021

21.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3013/2021 21.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi Əsgərova Dilarə Qüdrətovnanın və cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki işə 21 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.06.2016-cı il təvəllüdlü X6, 14.08.2017-ci il təvəllüdlü X7 və 05.09.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 175 manat (bir yüz yetmiş beş) manat məbləğində, cəmi 525 (beş yüz iyirmi beş) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsini, 05.09.2018-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 11.09.2015-cü il tarixdə evlənmişlər. 3 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 2037 nömrəsi ilə nikahları qeydə alınmışdır. Birgə nikahlarından 13.06.2016-cı il təvəllüdlü X9, 14.08.2017ci il təvəllüdlü X10 və 05.09.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Evləndikdən sonra ilk zaman ailə münasibətləri yaxşı olsa da, bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Azyaşlı uşaqları isə iddiaçının himayəsindədirlər. Cavabdeh birgə nikahlarından doğulmuş uşaqlarının saxlanması üçün heç bir maddi kömək göstərmir. Hal-hazırda cavabdehin şəxsi biznesi vardır və bir sexdə işləməsinə baxmayaraq öz uşaqlarını saxlamaqdan boyun qaçırır. Uşağı saxlamaq iddiaçı üçün maddi cəhətdən çətindir. Ona görə də Uşaqların saxlanılması üçün hər ay, hər uşağa görə 175 manat (bir yüz yetmiş beş) manat məbləğində, cəmi 525 (beş yüz iyirmi beş) manat aliment Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Hal-hazırda heç bir yerdə işləmir və 05.09.2018-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Cavabdeh nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, onunla İddiaçı arasında 11.09.2015-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 2037 saylı nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında olan ailə münasibətləri tamamilə pozulmuşdur. Nikahları formal xarakter daşıyır. Hal-hazırda da birgə təsərrüfat aparmırlar. İddiaçı azyaşlı övladları ilə birlikdə atası evində yaşayır. Bir ailə kimi artıq heç bir əlaqələri yoxdur. Ona görə də, məhkəmə tərəfindən nikahları ləğv edilməlidir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında bildirdi ki, qarşılıqlı iddia tələbinin nikahın pozulması hissəsinin təmin edilməsinə etirazı yoxdur. Lakin, qarşılıqlı iddia tələbinin aliment tələbinə dair iddianın qismən təmin edilməsi hissəsi ilə razı deyildir.İddiaçı fərdi sahibkardır, dəmirçi sexi var,yaxşı da qazancı var, ancaq uşaqlarına xərcləmək istəmir. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmənin iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qismən qəbul edib, qarşılıqlı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, o, dəmirçi sexi işlədir. Uşaqların ananın yanında qalmasına etirazı yoxdur. Uşaqların saxlanılması üçün 350-360 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin, qarşılıqlı iddia təmin edilməlidir. Mülki iş materiallarında olan 18 mart 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 035380 №-li nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh və X4 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 11.09.2015-ci il tarixdə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2037 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Zahidova” soyadı verilmişdir. Mülki iş materiallarında olan AZ-T seriyalı 090691 №-li, AZ-T seriyalı 090690 №-li və AZ-İV seriyalı 549579 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 13.06.2016-cı il təvəllüdlü X9, 14.08.2017ci il təvəllüdlü X10 və 05.09.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2-ci maddəsinə əsasən nikah qadınla kişinin könüllülüyü əsasında bağlanılır. Həmin Məcəllənin 14-cü maddəsinin 2-ci hissəsinə əsasən ər-arvaddan hər hansı birinin və ya onların hər ikisinin ərizəsi əsasında məhkəmə qaydasında nikaha xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə Cavabdeh İddiaçı ilə birgə yaşaması və ailənin saxlanmasının qeyrimümkünlüyünü müəyyən edib və tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə azyaşlı uşaqların analarının himayəsində yaşadıqlarını, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş 13.06.2016-cı il təvəllüdlü X9, 14.08.2017-ci il təvəllüdlü X10 və 05.09.2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad keçmiş ərindən aliment almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların yaşayış səviyyəsinin qorunub saxlanması, onların maddi təminatını və ilkin iddia üzrə cavabdehin maddi vəziyyətini nəzərə alıb hesab edir ki, 13.06.2016-cı il təvəllüdlü X9, 14.08.2017-ci il təvəllüdlü X10 və 05.09.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində aliment ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməli və alimentin tutulmasının əvvəli ilkin iddianın məhkəməyə daxil olduğu 13.04.2021-ci il tarixdən etibarən tutulmalı, ilkin iddia 05.09.2018-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması” hissəsində təmin edilməməlidir.Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi aliment tələbinə dair hissədə iddia tam təmin edilmişdir.Cavabdehin zəruri vəsaitə malik olması sübut edilmədiyindən Ailə Məəcəlləsinin 85.1.1 maddəsinə əsasən məhkəmə iddianın bu hissəsinin rədd edilməsi qənaətinə gəlir. Азярбайъан Республикасы Мцлки Просессуал Мяъяллясинин: 14.2-ъи маддясиня ясасян мящкямя йалныз тяряфлярин тягдим етдикляри сцбутлары арашдырмалы вя онлардан истифадя етмялидир; 77.1-ъи маддясиня ясасян щяр бир тяряф юз тялябляринин вя етиразларынын ясасы кими истинад етдийи щаллары сцбут етмялидир; Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ъц маддясиня мцвафиг олараг мящкямя (щаким) юз гятнамясини йалныз мящкямя иъласында тядгиг олунмуш сцбутларла ясасландырыр; 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, Cavabdeh və İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 11.09.2015-ci il tarixli, 2037 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş 13 iyun 2016-cı il təvəllüdlü X9, 14 avqust 2017-ci il təvəllüdlü X10 və 05 sentyabr 2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmalı, 13 iyun 2016-cı il təvəllüdlü X9, 14 avqust 2017-ci il təvəllüdlü X10 və 05 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli və alimentin tutulmasının əvvəli 13.04.2021-ci il tarixdən hesablanılmalıdır. Tərəflərin bir-birinə qarşı əmlak tələbi yoxdur. Азярбайъан Республикасы Мцлки Просессуал Мяъяллясинин 234.2.1-ъи маддясиня ясасян şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh və İddiaçı arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 11.09.2015-ci il tarixli, 2037 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 13 iyun 2016-cı il təvəllüdlü X9, 14 avqust 2017-ci il təvəllüdlü X10 və 05 sentyabr 2018-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılsınlar. 13 iyun 2016-cı il təvəllüdlü X9, 14 avqust 2017-ci il təvəllüdlü X10 və 05 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia digər hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli 13.04.2021-ci il tarixdən hesablanılsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar