Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3122/2020 28.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə xx xxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən tərəflərin hər ikisinin qeydiyyatlarının Bakı şəhərinin Nizami və Binəqədi rayonlarına olduğu müəyyən edilir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə aidiyyat qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3 maddəsinə görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-nin 36.3 maddəsinə görə alimentin alınmasına dair iddialar iddiaçı tərəfindən özünün və ya cavabdehin yaşayış yerinə görə verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və hazırkı iddia ərizəsi ilə iddiaçının özünün qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayon və ya cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3122/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3122/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver