Məhkəmə qərarları › İş №2(012)-3186/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3186/2020

04.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3186/2020 04.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdehnə qarşı qəyyumluq barədə iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı qəyyumluq barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı 03.03. 2002-ci il təvəllüdlü X1 xidmət göstərmək məqsədi ilə və onun dövlət idarələrində yaranan problemlərini həll etmək məqsədi ilə iddiaçının ona qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia yolverməzliyinə görə MPM-nin 153.2.1 maddəsinə görə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçinin görünür ki, ərizəçinin qızı X2 yataq zəstəsi olmaqla kənar xidmətə ehtiyacı vardır.Buna görə də ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 33.1.maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi şəxsin üzərində qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Ona görə də, ərizəçi ilkin olaraq 03.03. 2002-ci il təvəllüdlü X2 adlı qızının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli olmasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, bu kateqoriyadan olan işlər xüsusi icraat qaydasında baxılan işlər olduğundan ərizəçi və maraqlı şəxsin iştirakı ilə işə baxılır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı qəyyumluq barədə iddia ərizəsi ona əlavə edilən sənədlərdə birlikdə geri qayatrılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar