Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-319/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 24.04.2018-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 76 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahlarından olan 18.09.2019cu il təvəllüdlü X2 və 09.04.2021-ci il təvəllüdlü X1 onun yanında qalmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləği şəklində hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində yetkinlik yaşına çatmayan uşaqların təvəllüdlərində texniki yanlışlığa yol verildiyini və Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 2022-ci il uşaqlar üçün müəyyən edilmiş aliment miqdarının dəyişməsinin nəzərə alınaraq, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, tərəflərin birgə nikahlarından olan 11.06.2018-ci il təvəllüdlü X2 və 02.03.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləği şəklində hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 24.04.2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 11.06.2018-ci il təvəllüdlü X4 və 02.03.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Nikaha daxil olan zaman ilkin vaxtlarda tərəflərin münasibətləri yaxşı olsa da sonradan münasibətləri korlanmış, aralarında tez-tez mübahisələr baş vermiş, normal ailə həyatı sürə bilməmişlər, nəticə etibarı ilə tərəflər hazırda ayrı yaşayırlar. Artıq tərəflərin münasibətləri tamamilə qırılmış, birgə təsərrüfat aparmır, ailə və ər-arvad münasibətlərinin bərpa edilməsi qeyri-mümkündür. Həmçinin, məhkəmə tərəfindən verilmiş 3 aylıq barışıq müddəti ərzində ailə nikah münasibətləri bərpa olunmadığından iddiaçı nikahının pozulmasında israrlıdır. Nikah pozulduqdan sonra cavabdehlə birgə nikahlarından olan uşaqlarının onun himayəsində saxlanılmasını və uşaqların saxlanılması üçün alimentin tutulmasını iddiaçı zəruri hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı ilə 24.04.2018-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 11.06.2018-ci il təvəllüdlü X4 və 02.03.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı ilə xarakterləri uyğun gəlmədiyindən nikahının pozulmasına razıdır. Nikah məhkəmə qaydasında pozulacağı təqdirdə birgə nikahlarından olan azyaşlıların iddiaçının yanında saxlanılmasına etiraz etmir. Lakin aliment məbləği ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 19.1 maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.04.2018-ci il tarixli AZ-İİ № 256661 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 24.04.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 76 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Qaraşixova soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19.09.2018-ci il tarixli AZ-İV № 178722 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 11.06.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 707 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli AZ-İV № 549590 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 02.03.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 187 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Qusar rayonu Aşağı Ləgər kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Ailə Məcəlləsinin: 73.1. maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. 73.2. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17.01.2022-ci il tarixli 12 saylı rəyinə əsasən, Komissiya üzvləri azyaşlıların hüquq və mənafelərini, onlara daha çox ana qayğısı, ana nəvazişi lazım olduğunu, komissiya üzvlərinin fikirlərini əsas götürərək, azyaşlılar 11.06.2018-ci il təvəllüdlü X2 və 02.03.2021ci il təvəllüdlü X1 anası İddiaçı himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Ailə Məcəlləsinin: 20.1. maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirib hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarından, məhkəmə tərəfindən verilmiş 3 aylıq barışıq müddəti ərzində tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, nikaha daxil olmaq könüllü olduğu kimi nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia ərizəsi bu hissədə təmin edilərək, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsini həll etməlidir. Məhkəmə, tərəflərin birgə nikahlarından olan uşaqların yaşını, anaya bağlılığını, eyni zamanda, hal-hazırda anaları ilə birgə yaşamasını, Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17.01.2022-ci il tarixli 12 saylı rəyini, cavabdehin razı olduğunu və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, 11.06.2018-ci il təvəllüdlü X4 və 02.03.2021-ci il təvəllüdlü X3 anasının (iddiaçının) yanında saxlanılmalıdır. Ailə Məcəlləsinin 22.2.2. maddəsinə əsasən məhkəmə boşanmadan sonra aliment məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin: 75.1., 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2021-ci ildə yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını nəzərə аlаrаq, 11.06.2018-ci il təvəllüdlü X2 və 02.03.2021-ci il təvəllüdlü X1 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən alimentin iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan başlayaraq tutulmalı olduğunu nəzərə alaraq, yəni 31.08.2021-ci il tаriхdən bаşlаyаrаq 31.12.2021-ci il tarixədək olan müddətdə 2021-ci il Yaşayış minimumu haqqında Qanunun tələblərinə əsasən, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 175 mаnаt olmaqla, cəmi 350 manat sаbit pul məbləğində аlimеntin, 01.01.2022-ci il tarixdən başlayaraq 2022-ci il Yaşayış minimumu haqqında Qanunun tələblərinə əsasən, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 193 mаnаt olmaqla, cəmi 386 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24.04.2018-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 76 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 11.06.2018-ci il təvəllüdlü X4 və 02.03.2021-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. Cavabdeh İddiaçı xeyrinə 11.06.2018-ci il təvəllüdlü X2 və 02.03.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 31.08.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə 11.06.2018-ci il təvəllüdlü X2 və 02.03.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.01.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-319/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-319/2022
07.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver