Məhkəmə qərarları › İş №2(012)-3197/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3197/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3197/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 05 iyul 2008-ci il təvəllüdlü X5 və 30 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2024 saylı mülki iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, cavabdehin əmək haqqı və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun bacısıdır və 22 sentyabr 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından 17 sentyabr 2006-cı il təvəllüdlü X6, 05 iyul 2008-ci il təvəllüdlü X5 və 30 yanvar 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı ilə Cavabdeh bir müddət mehriban yaşasalar da sonradan aralarındaki münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2024 saylı mülki iş üzrə 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Xaçmaz rayon Dədəli İnzibati Ərazi Vahidində xx.xx.2005-ci il tarixdə bağlanmış, 20 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2008-сi il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərci İddiaçı Mübəariz qızının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, məhkəmə qətnaməsinin alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Qeyd edir ki, qətnamədən sonra respublika üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, iddiaçı uşağın maddi təminatında əziyyət çəkir. Belə ki, birgə nikahdan anadan olmuş X6 yetkinlik yaşına çatdığından ona görə tutulan aliment dayandırılmışdır. Bildirir ki, alimentin məbləğinin indeksasiya qaydasında dəyişdirilməsi ilə bağlı iddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edilsə də Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-207/2025 saylı mülki iş üzrə 10 mart 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, müraciətə indeksasiya qaydasında yox, adi icraat qaydasında baxılmalıdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məlumat üçün bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinə müraciət zamanı xahiş edirəm hissəsində səhvən 1/3 əvəzinə, ¼ olaraq qeyd edilmişdir. Bildirir ki, cavabdehin kifayət qədər yüksək əmək haqqısı vardır. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Günü-gündən uşaqların geyim, təhsil və digər xərcləri artmaqdadır. Hesab edir ki, hazırki mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Əlavə olaraq qeyd edir ki, cavabdehin uşaqlar ilə əlaqəsi yoxdur, lakin arada bir bayram vaxtlarında birbirləri ilə əlaqə saxlayırlar. İddiaçı xəstələndiyi üçün hazırda heç bir yerdə işləmir, cavabdehin maaşı 1983 manat təşkil edir. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Xaçmaz rayon Dədəli İnzibati Ərazi Vahidində xx.xx.2005-ci il tarixdə bağlanmış, 20 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, 05 iyul 2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2006-cı il təvəllüdlü X1, 05 iyul 2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu və 25 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması və məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 76.1.2-ci və 112.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, 05 iyul 2008-ci il təvəllüdlü X5 və 30 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-281/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq 05 iyul 2008-ci il təvəllüdlü X5 və 30 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar