Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3202/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun pozulması, sahəyə iki vətəndaşın müdaxilə etməsi ilə əlaqədar qanunsuz tikinti işlərinin aparılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun pozulması, sahəyə iki vətəndaşın müdaxilə etməsi ilə əlaqədar qanunsuz tikinti işlərinin aparılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsinə qanunsuz girərək, təyinatı bəlli olmayan tikinti işlərini aparan hər iki şəxslərin, bu işdə onlara vasitəçilik edən şəxslərin dəqiq təyin olunması ilə torpaq üzərində mülkiyyət hüququnun bərpa olunması, ərazidə aparılan qanunsuz tikintilərin tam dayandırılması ilə mülkiyyətdə olan torpaq sahəsinə qanunsuz girilərək aparılan tikinti-beton fundament inşaat işlərinin tam sökdürülməsi ilə 2013-cü ildə təyin olunmuş sərhəd koordinat nöqtəsinə qədər sökülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2. maddəsinə əsasən, ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. 149.2.3. maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbindən görünür ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində mülkiyyət hüququnu pozduğunu iddia etdiyi, cavabdehlər qismində qoyduğu, başqa sözlə, “sahəyə müdaxilə etməklə kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh satan Elmar adlı makler və həmin torpaq sahəsində Elmar adlı makler tərəfindən dayandırılmış, tikinti işlərini aparan tanımadığı “2-ci şəxs””i cavabdehlər qismində qeyd etsə də, həmin şəxslərin konkret olaraq kim olduğunu, onların adı, soyadı, ata adını, şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərməmiş, həmçinin, iddia ərizəsinin “Xahiş edirəm” hissəsində tələbini konkret olaraq göstərməyərək sözügedən cavabdehlərə qarşı nə tələb irəli sürdüyünü qeyd etməmişdir. Beləliklə də, iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib iddia ərizəsini qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdehlər Cavabdeh və digərlərinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun pozulması, sahəyə iki vətəndaşın müdaxilə etməsi ilə əlaqədar qanunsuz tikinti işlərinin aparılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3202/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3202/2022
10.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver