Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-47/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh vəkili-nümayəndəsi X1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, torpaq mülkiyyət sahələrinə qanunsuz girərək, təyinatı bəlli olmayan tikinti işlərini aparan vətəndaş Cavabdeh ailələrinə aid torpaq sahələrinə girməsi ilə mülkiyyət hüquqlarının pozulmasının bərpa olunması, ərazilərində aparılan qanunsuz tikintilərin tam dayandırılması, mülkiyyətlərində olan torpaq sahələrinə qanunsuz girilərək aparılan tikinti-beton fundament inşaat işlərinin tam sökülməsi ilə sahələrinin 2013-cü ildə təyin olunmuş sərhəd koordinat nöqtəsinə qədər sökülməsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,4875 ha torpaq sahəsi onun mülkiyyətindədir. Bu barədə onun adına RX ******* saylı, xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Bu torpaq sahəsinin 0,1060 ha hissəsinə 2021-ci ilin əvvəllərində iki şəxs tərəfindən müdaxilə olunmuş və mülkiyyət hüququ pozulmuşdur. Torpaq sahəsinə çıxarış verilərkən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin X, Y koordinatları müəyyən olunmuşdur. Müdaxilə məhz bu koordinatların daxilindədir. Burada təyinatı bəlli olmayan tikinti işləri görülmüşdür. Müdaxilə torpaq sahəsinin X1 koordinat nöqtəsindən təxminən 13 metr, Y5 koordinat nöqtəsinə doğru 80 metr məsafəni əhatə edir. Cavabdeh bu əraziyə dair sənədinin olduğunu, torpaq sahəsini dəllal (makler) Elman adlı şəxs vasitəsilə əldə etdiyini, torpaq sahəsinin ona DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahənin əməkdaşları tərəfindən ölçülüb verildiyini bildirmişdir. Lakin hər iki tərəfin iştirakı ilə qurumun əmıkdaşlarının sahəyə dəvət edilməsi barədə cavabdeh vədinə əməl etməmişdir. Oradakı tikinti işlərinin dayandırılması barədə müraciət edilsə də, cavabdeh buna məhəl qoymamışdır. Sahənin zəbt edilməsi ilə bağlı bir sıra qurumlara müraciət edilmiş, oradan isə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, iddiaçıya məxsus torpaq sahəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 1100 manat pul və 100 manat dövlət rüsumunun əvəzi, habelə ekspertizalarla bağlı ödənilmiş 595 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının vəkilinümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdiklərini bildirdilər. Nümayəndə qeyd etdi ki, onların faktiki istifadə etdikləri torpaq sahəsi mülkiyyət hüququnu təsdiq edən sənədlərdəki koordinatlara tamamilə uyğundur. Ekspert rəyi ilə razıdırlar, ekspert rəyi də təsdiq edir ki, cavabdehin tikilisi onun mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Cavabdeh onlara məxsus torpaq sahəsinə müdaxilə etdiyindən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirdi. O bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya reyestrdən çıxarışa əsasən məxsus olan torpaq sahəsinə heç bir müdaxilə yoxdur. Bu səbəbdən də iddia təmin oluna bilməz. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X7 bildirdi ki, sözügedən ərazilərdə yerləşən iddiaçıya və cavabdehə məxsus torpaq sahələrinin koordinatlarında, eləcə də qeydiyyata alınmış digər qonşu torpaq sahələrinin koordinatlarında naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunmuşdur. xx.xx.2013-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və xx.xx.2020-ci il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üstə düşmür. Baxış zamanı aparılmış ölçü işləri əsasında müəyyən olunmuşdur ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 0,199 ha təşkil edir. Həmin ərazidə yerləşən qeydiyyata alınmış ərazilərin faktiki vəziyyətə uyğun planlı yerləşməsi zamanı müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan 0.4875 ha torpaq sahəsinin 0,07 ha hissəsi cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisinin, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tikilisinin bir hissəsi yerləşir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə bir-birinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Ekspert Mərkəzin xx.xx.2024-cü il tarixli rəyini təsdiq etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdır. Onun adına xx.xx.2013-cü il tarixli, AA 003402 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. Onun adına xx.xx.2020-ci il tarixli, AA 556836 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada dəqiqləşdirilərək tanıdılmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli elektron müraciətə baxılmışdır. Adıçəkilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və torpaq sahəsi ilə bağlı elektron kadastr bazasının məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Araşdırma nəticəsində İddiaçı mülkiyyətində olan 0,4875 ha torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların faktiki yerləşmə mövqeyi ilə elektron kadastr bazasındakı yerləşmə mövqeləri arasında uyğunsuzluqların olduğu müəyyən edilmiş və bu səbəbdən adıçəkilən torpaq sahəsinin sərhədlərinin və döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Abşeron rayonu, həmçinin Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinə uyğun koordinatları dəqiqləşdirilmişdir. Hazırda həmin məlumatların təhlili və yeni tərtib olunan xəritələrə daxil edilməsi işləri aparılır. Yeni xəritələrin tərtibi işləri başa çatdırıldıqdan və dəqiqləşdirilmiş məlumatlar elektron kadastr bazasına daxil edildikdən sonra torpaq sahəsinin elektron kadastr bazasında göstərilən koordinatları ilə faktiki yerləşmə koordinatları arasındakı mövcud uyğunsuzluqların aradan qaldırılması təmin ediləcək və torpaq sahənizin sərhədləri naturada tanıdılacaqdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işlər aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə köməklik göstərilməsi barədə 07.06 2021-ci il tarixli elektron müraciətə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edılmtş ‘Yerli icra hakimiyyətləri haqqında Əsasnaməmin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icəzə vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq tikinti işləri aparılan hissəsinin ölçülərinin müəyyən edilməsinə və qanunsuz tikilinin qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən və birbaşa daxil olmuş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Adıçəkilən torpaq sahəsinə yerində texniki baxış keçirilmiş və sənəd üzrə torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən olunmamışdır. Texniki baxış zamanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları dəqiqləşdirilərək tanıdılmış və sənəd üzrə torpaq sahəsinin 0,1060 ha hissəsində şəxsiyyətləri məlum olmayan şəxslər tərəfindən tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənnin 4.11.12-ci bəndinə əsasən müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə verməyin yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edildiyi, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığı xx.xx.2021-ci il tarixli **********81 nömrəli məktubla bildirilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X5 mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4675 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt olunaraq kənar şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanlanan 08.07 2021-cı il tarixli elektron müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" X2 10 4-cii maddəsində əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparar müvafiq icra hakimiyyəti orqanıdır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinin həll edilməsi, aparılan qanunsuz tikililərin qarşısının alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricindədir. X6 mülkiyyətində olan adıçəkilən torpaq sahəsinə yerində keçinlrmş texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının tanıdıldığı, digər torpaq sahələri ilə üst-üstə düşmədiyi, sənəd üzrə torpaq sahəsinin 0.1060 ha hıssəsində kənar şəxslər tərəfindən tikinti ışlərinin aparıldığı, həmçinin torpaq mübahisələrinin və qanunsuz aparılan tikinti işlərinin qarşısının alınmasının Daşınmaz Əmlakın Dövtət Reyestri Xidmətinin və onun yerli qurumlarının səlahiyyətləri xaricində olduğu 04 06 2021-ci il tarixli **********44 nömrəli. 22.06 2021-ci il tarixli **********81 nömrəli və 08.07.202i-а il tarixli **********63 nömrəli məktublarla bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-472/2023 saylı mütəxəssis rəyindən görünür ki, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.4875 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarıı ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Həmin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2325 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-472/2023 nömrəli mütəxəssis rəyinə əsasən, dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2013-cü il tarixli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,4875 ha torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********17 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,198 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. - “X8” MMC-nin xx.xx.2023-cü il tarixli, 127 saylı mütəxssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı GPS ölçü aparatı vasitəsilə tədqiq olunan torpaq sahəsinin mövcud vəziyyəti üzrə götürülmüş ölçüləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsünün üst-üstə düşməsi, lakin sənəd (çıxarış) və natura üzrə koordinatlarının üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bu ərazi üzrə verilən bu və ya digər çıxarışlarda naturaya görə 50 metr şərq istiqamətdə və təqribi 9-15 metr şimal istiqamətdə koordinat sürüşməsi xətasının olması müşahidə olunmuşdur. Müəyyənləşdirilən torpaq sahələrinin naturada yerləşməsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan aerofotoplanda aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşməsi, lakin sənəd və natura üzrə koordinatlarının koordinat sürüşməsi xətasının olması səbəbindən üst-üstə düşməməsi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.198 ha torpaq sahəsinin naturada 0.0704 ha hissədə üst-üstə düşməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsi ilə Cavabdeh naturada faktiki istifadəsində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.196 ha torpaq sahəsinin üst-üstə düşən 0.0704 ha hissəsində cavabdeh tərəfindən 12 sıra mişar daşı ilə inşa edilən hasar və 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsinin yerləşməsi müəyyən olunmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9586 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə birbirinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 76 saykl mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu kı, həmin koordinatlar onun naturadakı yeri ilə üst-üstə düşmür, 42 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində 30801306S317 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət huququ əsasında qeydiyyata alınmış çıxarışa əsasən. Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmiş koordinatlar Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, həmin koordinatlar onun naturadakı yeri ilə üst-ustə düşmür, 39 metr kənara, digər şəxslərə məxsus torpaq sahələri və yol ilə üst-üstə düşür. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsi naturada üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı məxsus olan çıxarışda qeyd olunan torpaq sahəsində cavabdehə məxsus tikililər mövcud deyil. Cavabdehin inşa etdiyi daş hasar və tikililər ərazinin ona məxsus xx.xx.2020-ci il tarixli, daşınmaz əmlakın dövlət reyestrində **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış çıxarışın işlənməsinə əsas olmuş pay torpaq sahələrinin bölgü layihəsinə əsasən faktiki istifadəsində və mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsi İddiaçı, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Hər iki torpaq sahəsi sənəd üzrə bir-birinə bitişik yerləşən qonşu torpaq sahələridir. İddiaçı iddia edir ki, mülkiyyətindəki torpaq sahəsinin müəyyən hissəsi Cavabdeh tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti işləri aparmışdır. Hazırda o, məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinə sahiblik etməsinin və həmin torpaq sahəsinin üzərində tikili tikməsinin qanunsuz hesab edilməsi, cavabdeh və digər şəxslərə Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsində hər hansı tikinti-təmir işlərinin görülməsinin qadağan edilməsi, iddiaçıya məxsus torpaq shaəsinin üzərində tikilmiş tikilinin cavabdeh tərəfindən onun öz hesabına sökülməsi, pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 1100 manat pul və 100 manat dövlət rüsumunun əvəzi, habelə ekspertizalarla bağlı ödənilmiş 595 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yaranmış mübahisənin daha obyektiv və ədalətli həll edilməsi məqsədilə məhkəmə tərəfindən bir neçə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,198 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların həmin torpaq sahələrinin natura üzrə koordinatları ilə üst-üstə düşmədiyi müəyyən edilir. İddiaçı adına tərtib olunmuş xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara əsasən tərəflərin mülkiyyətinə verilmiş 0,4875 ha və 0,198 ha torpaq sahələrinin sənəd üzrə bir-birinə bitişik yerləşən qonşu torpaq sahələri olduğu, üst-üstə düşmədiyi müəyyən edilmişdir. Lakin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. İşdə olan rəylərdən və onlara əlavə edilmiş sxemlərdən də görünür ki, hər iki tərəfin sənədlərində (reyestrdən çıxarış və plan-ölçü) əks edilmiş torpaq sahəsi ilə faktiki istifadə etdikləri torpaq sahələri üst-üstə düşmür. Sənəd üzrə torpaq sahələri qonşu mövqedə olmaqla üst-üstə düşməsə də, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.4875 ha torpaq sahəsinin naturada müəyyən olunmuş ölçülərinə əsasən həmin torpaq sahəsinin 0,07 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 0,199ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 0,07 ha hissədə cavabdehə məxsus hasar tikilisi, 1 ədəd kiçik anbar tikilisinin, bir ədəd böyük anbar tiklisinin bir hissəsi yerləşir. Məhkəmə qeyd edir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,4875 ha və 0,198 ha torpaq sahələri ilə bağlı hər iki tərəfin mülkiyyət hüququ qanunla qorunur. Bununla belə, hazırki mübahisə sənəd üzrə deyil, faktiki istifadə edilmiş torpaq sahələrinin kəsişməsi ilə bağlı olduğundan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;
5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. İş materiallarından görünür ki, iddiaçının çıxarışda qeyd edilən 0,4875 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 42 metr, cavabdehin çıxarışda qeyd edilən 0,198 ha torpaq sahəsi onun naturada istifadə etdiyi torpaq sahəsindən 39 metr kənarda yerləşir. Başqa sözlə, torpaq sahələrinin sənədləri ilə onların istifadəsində uyğunsuzluqların mövcud olması iş materiallarındakı rəy və sxemlərlə təsdiq edilir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə sənəddə qeyd edilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsindəki uyğunsuzluğu aradan qaldırmalı, bundan sonra isə zəbt etmə halı varsa, bu barədə iddia qaldırmalıdır. Hazırki mərhələdə isə İddiaçı iddiası təmin edilməməldir, bu nəticəyə gələrkən məhkəmə hər iki tərəfin reyestr çıxarışlarındakı torpaq sahələrinin qonşuluqda yerləşməsini və üst-üstə düşməməsini nəzərə alır. Faktiki istifadə edilən torpaq sahələrindəki kəsişmə və ya zəbt edilmə halı isə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Hazırki halda İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarıla və qanunsuz tikilinin sökülməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edildiyi kimi, mübahisələndirilən (naturada yerləşən) torpaq sahələri tərəflərin faktiki istifadəsindədir. Hazırki halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı özünə məxsus torpaq sahəsinin faktiki ölçüləri ilə hüquq müəyyənedici sənəddə göstərilən ölçülərə uyğunlaşdırmalı və bundan sonra, müdaxilə faktı varsa, onun aradam qaldırılması barədə hüquqi mexanizmlərdən istifadə etməlidir. Hazırkı halda cavabdehin torpaq sahəsi və tikililərin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi sübut olunmur. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə bitişik cavabdehin istifadə etdiyi mübahisəli torpaq sahəsindən çıxarılması və oradakı tikililərin sökülməsi barədə Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, yəni reyestrdən çıxarışda göstərilən torpaq sahəsinə cavabdehin müdaxilə etməsini sübut edə bilməmişdir. Halbuki hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mütəxəssis və ekspertiza tədqiqatlarının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilməli, iddiaçıdan ekspertiza tədqiqatlarının dəyəri tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 (50+50) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Mütəxəssis tədqiqatlarının aparılması üçün ödənilmiş vəsait iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov