Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3208/2022 23.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə birgə nikahdan doğulmuş 22 iyul 2005ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1/6 miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə X14 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X8 anadan olmuşdur. Əvvəllər münasibətlər normal olsa da, 2017-ci ildə anadangəlmə xəstə, daima müalicə və müayinəyə ehtiyacı olan - uşaq serebral iflici tetroparetik forma xəstəliyindən əziyyət çəkən qız uşağı doğulandan sonra o, yalnız ona baxmaq və qulluq etmək üçün bütün vaxtını ona sərf etməyə məcbur qalmışdır. Hazırda bu uşağın 4 yaşı olsa da, oturmur, yerimir, başını dik saxlaya bilmir, inkişafdan geri qalır. Bu hallar X11 Mərkəzinin xx.xx.2021-ci il tarixli 907 saylı arayışı və X7 epikrizləri ilə təsdiq olunur. Bu uşağın müalicəsinə çoxlu vəsait tələb olunur. O, cavabdehin birinci həyat yoldaşı olmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-175-2007 saylı məhkəmə əmri ilə xx.xx.2007-ci il tarixdən başlayaraq birinci nikahdan olan oğlu xx.xx.2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan bütün növ qazancının 1/4 hissəsi (işləmədiyi təqdirdə sabit pul məbləğində 20 manat) olmaqla aliment tutulur. Hazırda qeyd olunmuş məhkəmə əmri o vaxtdan icra olunur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2009cu il tarixi 2(059)-36/2008 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2003-cü il tarixli nikah qeydi ləğv edilmiş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X16 anası X2 himayəsində saxlanılmışdır. Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli 13 saylı arayışından göründüyü kimi, o, Siyəzənneft NQÇİ-nin 2 saylı Neft və Qaz çıxarma sahəsində 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir və əmək haqqı 825.79 manat təşkil edir. Göstərilənlərə əsasən hazırda himayəsində olan - anadangəlmə xəstə, daima baxıma, müalicə və müayinəyə ehtiyacı olan uşaq serebral iflici, tetroparetik formada ağır xəstəlikdən əziyyət çəkən xx.xx.2017-ci il təvəllüdlü X4 həm saxlanılması, həm də əziyyət çəkdiyi xəstəliyinin müalicə-müayinə, dərman preparatlarının alınması üçün lazım olan əlavə xərclərin ödənilməsi məqsədilə əmək haqqının 1/4 hissəsində tutulması barədə akt ləğv edilməli, cavabdehin xeyrinə onun əmək haqqının 1/6 hissəsində aliment tutulmalıdır. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X16 doğulmuşdur. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(059)- 36/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2003-cü il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X13 anasının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 2-175/2007 saylı, xx.xx.2007-ci il tarixli əmrindən görünür ki, İddiaçı hər növ qazancının ¼ hissəsi (işləmədiyi halda 20 manat sabit pul məbləğində) xx.xx.2007-ci ildən başlayaraq tutulub birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İ 620218 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X14 xx.xx.2011-ci il tarixdə nikaha girmişlər. Nikahdan sonra arvada Novruzova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında AZ-İV 031279 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 birgə nikahından xx.xx.2017-ci il tarixdə Mehriban adlı uşaq doğulmuşdur. İş materiallarında olan X11 Mərkəzinin xx.xx.2021-ci il tarixli 907 saylı arayışından və X7 epikrizlərindən görünür ki, İddiaçı ilə X6 birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X8 uşaq serebral iflici tetroparetik forma diaqnozu ilə xəstədir. İş materiallarında olan Siyəzənneft Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli 13 saylı arayışından görünür ki, Novruzov X9 NQÇİ-nin 2 saylı Neft və Qaz çıxarma sahəsində 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir və əmək haqqı 825,79 manat təşkil edir. İş materiallarından görünür ki, tərəflər xx.xx.2003-cü il tarixdə nikaha girmişlər və bu nikahdan onların xx.xx.2005-ci il təvəllüdlü X16 adlı uşaqları olmuşdur. Onların nikahı Siyəzən Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(059)-36/2008 saylı qətnaməsi ilə ləğv olunmuş və Camal anası Cavabdeh yanında saxlanılmışdır. Onun saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 2-175/2007 saylı, xx.xx.2007-ci il tarixli əmrilə iddiaçının hər növ qazancının ¼ hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı xx.xx.2011-ci il tarixdə X14 adlı şəxslə təkrar nikaha girmiş, bu nikahdan isə xx.xx.2017-ci il tarixdə Mehriban adlı uşaq doğulmuşdur. Həmin uşaq serebral iflic-tetroparetik forma diaqnozu ilə xəstədir. Hazırda İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə birgə nikahdan doğulmuş 22 iyul 2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1/6 miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mahiyyət etibarilə hazırki tələb alimentin miqdarının dəyişdirilməsi barədədir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından görünür ki, iddiaçı rəsmi işləyir və hazırda 825,79 manat əmək haqqı alır. Məhkəmə əmrinə görə bu məbləğin ¼ hissəsi, yəni 206,44 manat hissəsi birinci nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 üçün tutulur. Bu məbləğin iddiaçının tələbinə əsasən qazancının 1/6 nisbətində azaldılması, yəni 137,63 manata endirilməsi birgə nikahdan doğulmuş Camalın mənafeyinə uyğun deyildir, çünki bu məbləğ ölkə üzrə uşaq minimumundan olduqca azdır. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən, Camal adlı uşağa münasibətdə iddiaçının təqribən 13 aylıq öhdəliyi qalmışdır. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Siyəzən Rayon Məhkəməsinin 2-175/2007 saylı, xx.xx.2007-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı qazancının 1/6 nisbətində aliment tutulmalı olmasını kifayət qədər əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının azaldılması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3208/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3208/2022
23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver