Məhkəmə qərarları › İş №2(012)-3297/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3297/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3297/2021 22.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X17 qarşı qanunsuz şəkildə notariat kontorunda aparılmış sənədlərin etibarsız hesab edilməsi, övladlar arasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X17 qarşı qanunsuz şəkildə notariat kontorunda aparılmış sənədlərin etibarsız hesab edilməsi, övladlar arasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X15 qanunsuz olaraq adına rəsmiləşdirdiyi Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 nömrəli mülkün sənədlərinin etibarsız hesab edilərək ləğv edilməsi, həmin ünvana dair miras əmlak barəsində iddiaçılar tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, onların vərəsə kimi tanınaraq miras mülkə dair mülkiyyət hüquqlarının adlarına qeyd olunması və payların qanuna uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin yaşamış olduğu Bakı şəhəri Nəsimi rayonunda yerləşən ev plana düşdüyündən həmin ev 210 000 manat dəyərində satılmışdır. Onlar beş qardaş və üç bacı olmaqla atası tərəfindən onlara satılmış evin pulundan bölünmüşdür. Belə ki, beş qardaşa hər birinə 20 000 manat, iki bacıya hər birinə 10 000 manat, bir bacıya isə 2000 manat verilmişdir. Bacıları evlənmiş ailə quraraq ayrı–ayrı yerlərdə yaşayıldir. Digər qardaşlar isə hər biri həmin pul vəsaiti hesabına özlərinə ev almış və şərait yaratmışlar. Belə ki, İddiaçı2 Bakı şəhəri Yasamal rayonu ərazisindən, atası X7 isə Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı evi almış və qardaşı X29 ilə birlikdə həmin ünvanda yaşamışdır. Digər qardaşı X25 isə cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilərək cəzaçəkmə müəssisəsinə yerləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı ünvanda yerləşən mülk mərhum atası 1942-ci il təvəllüdlü X3 adına qeyd olunmuşdur. Atası 06 yanvar 2005-ci il tarixdə, X12 isə 1997-ci il tarixdə vəfat etmişdir. 2004-cü ildə mərhum atası X1 rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı mülkü almışdır. Bu vəziyyətdən istifadə edən qardaşı X29 qardaşlarının və bacısının xəbəri olmadan Abşeron rayonu Xırdalan şəhərində yerləşən notariat kontorunda qanunsuz olaraq ailə üzvü olan qardaşlarının və bacısının razılığı, iştirakı və imzaları olmadan mülkü öz adına rəsmiləşdirmişdir. Bu yaxınlarda o, ata mülkünün yerində hündürmərtəbəli bina tikildiyini görmüşdür. O və qardaşı İddiaçı2 balaca qardaşı cavabdeh X29 ilə birlikdə görüşüb bu məsələyə aydınlıq gətirəcəyini tələb etmiş, qardaşı Cavabdeh onları sakitləşdirib işin pozulmaması üçün əldə etdiyi hər hansı bir vəsait və ya mülk olarsa bərabər böləcəyini söz vermişdir. O və digər qardaşı isə bu təkliflə razılaşmışdır. Həmin binanı tikən şəxsin qardaşı Cavabdeh 3 ədəd ayrı-ayrı olan mənzilləri verdiyi məlum olmuş və o, qardaşı Elçinlə birgə cavabdehlə görüşüb onlara da mülk payından verməsini bildirmişdir. Cavabdeh mənzilləri mülkiyyətinə keçirdikdən sonra həmin mənzillərdən onlara pay verməyəcəyini bildirərək mübahisə etmişdir. Belə ki, iddiaçıların övladları artıq yetkinlik yaşına çatdığından, gələcəkdə onları evləndirdikdə eyni evdə yaşamasınlar deyə onlara da ayrıca mülkün verilməsi zəruridir. Ailə üzvü olaraq səkkiz uşaq hüquqi varislərdir, miras mülkün bu səbəbdən də varislər arasında tam bərabər olaraq bölünməsi məqsədəuyğundur. Miras qoyanın vərəsələrinin siyahısı aşağıdakı kimidir: 1. Miras qoyanın qızı 1968-ci il təvəllüdlü X18, 2. miras qoyanın oğlu 1970-ci il təvəllüdlü - İddiaçı1,

3. miras qoyanın oğlu 1972-ci il təvəllüdlü - İddiaçı2, 4. miras qoyanın qızı 1974-cü il təvəllüdlü X19, 5. miras qoyanın qızı 1976-cı il təvəllüdlü X16, 6. miras qoyanın oğlu 1978ci il təvəllüdlü X20, 7. miras qoyanın oğlu 1980-ci il təvəllüdlü X29, 8. miras qoyanın oğlu 1986-cı il təvəllüdlü X25. Hal-hazırda vərəsələrdən o və digər qardaşı İddiaçı2 mirası nə faktiki, nə də ki, rəsmi olaraq qəbul etmişlər, başqa ünvanlarda yaşayırlar və miras mülkdən payları tələb edirlər. Hesab edir ki, miras qoyanın 2005-ci ildə vəfat etməsini nəzərə alaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması məhkəmə qaydasında həll edilməlidir. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Belə ki, miras qalmış həmin ünvan üzrə o və qardaşı İddiaçı2 yaşamamışdır. Həmin miras əmlak X29 tərəfindən satılaraq ünvan üzrə bina evi tikilmiş və həmin binadan qardaşına 180 000 manat dəyərində mənzil veriləcəyi vədi verilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək digər İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat vermis, əlavə olaraq bildirmişdir ki, o və qardaşı Məhərrəm atasına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi 22 saylı evdə daimi olaraq yaşamamışlar və yalnız orada Adil yaşamış, onlar isə atasına görə hərdən bir həmin evə baş çəkmişlər. Bir vərəsə kimi onların da həmin evdən pay haqları vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. 15.07.2021-ci il və 02.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X29 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı ünvanda yerləşən mülk onun mərhum atası 1942-ci il təvəllüdlü X3 adına qeyd olunmuşdur. Atası 06 yanvar 2005-ci il tarixdə, X12 isə 1997-ci il tarixdə vəfat etmişdir. O, X18, X8, İddiaçı2, X19, X16, X20, X25 bacı və qardaş olmaqla miras qoyanın övladlarıdır. İddiaçılardan savayı digər qardaşı X20 ölkə xaricində yaşayır, X25 isə vəfat etmişdir. Torpaq sahəsini o, böyük qardaşının razılığı ilə satmışdır. Belə ki, atasından miras əmlak olaraq qalmış evi öz mülkiyyətinə keçirməsindən, həmçinin vərəsəlik işinin açılmasından iddiaçıların məlumatı olmuşdur. Bacı və qardaşların miras əmlakın onun adına keçirilməsinə etirazları olmamışdır. Etirazları olsaydı 2012-ci ildə etiraz edərdilər, üzərindən 9 il keçəndən sonara deyil. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında 02.09.2021-ci il tarixdə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X26 onun qardaşlarıdır. Onlardan savayı, X18, İddiaçı2, X19, X20 onun bacısı və qardaşları olaraq, miras qoyanın övladlarıdır. X12 1998-ci ildə, atası X7 isə 06.01.2005-ci il tarixdə vəfat etmişdir. Onlar bir ailə kimi əvvəl Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən evdə yaşamışlar. Onların yaşadığı ev plana düşdüyündən, həmin evin satışından əldə olunmuş pulu atası övladları arasında bölmüşdür. Miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı ünvanını isə atası onun kiçik qardaşı X29 ilə birlikdə almış və atası həmin evdə yaşamışdır. Atası vəfat etdikdən sonra bacı-qardaş olaraq onlar hamısı evin qardaşı X13 adına keçirilməsinə razılıq vermişlər. Hətta, evin X13 adına keçirilməsinə İddiaçı1 özü yardım etmişdir. Vərəsəlik işinin açılmasından iddiaçıların hər ikisinin məlumatı olmuşdur. Məhkəmə iclasında 02.09.2021-ci il tarixdə şahid qismində dindirilmiş X27 digər şahid X10 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, onların yaşadığı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən ev plana düşüb satıldıqdan sonra atası evin pulunu övladları arasında bölmüş, lakin o, evləndiyi üçün ona az miqdarda – yəni 2000 manat məbləğində pul verilmişdir. X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, X43 küçəsi ev 22 saylı ünvanını almış və həmin ünvanda atası X17 ev tikmiş və qardaşı da həmin evdə yaşamışdır. Vərəsəlik işinin açılmasından iddiaçıların hər ikisinin məlumatı olmuşdur. Cavabdeh X17 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinə, Abşeron rayon Xırdalan şəhər 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -23.03.1970-ci il tarixli № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında doğum haqqında akt qeydi tərtib olunmuş, atası X7, X12dır. -Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X43 küçəsi ev 7A ünvanı X3 adına ünvan 3unun 19.03.2004-cü il tarixli 4Ə3-295 reyestr nömrəli müqaviləsinə əsasən 23862 saylı reyestr kitabında 2406 nömrəsi ilə qeydə alınmışdır. -Abşeron rayon İcra Hakimiyyəti 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2012-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ünvanında yerləşən 7A saylı evdə qeydiyyatsız yaşamaqla həmin ev onun adına olmuş, 06.08.2015-ci il tarixdə vəfat etmiş və həmin evdə qeydiyyatda heç kim olmamışdır. -Cavabdeh ünvan 4 ünvanladığı ərizədən görünür ki, ünvan 5 yerləşən 20 saylı evin X2 miras qalmış əmlak kimi göstərmiş, ondan savayı vərəsə kimi X27 göstərilmişdir. -X14 ünvan 4 ünvanladığı 11.08.2012-ci il tarixli ərizədən görünür ki, atası X4 məxsus olan ünvan 6 ünvanında yerləşən evin ona düşən payından imtina etmiş, bununla bağlı gələcəkdə heç bir məhkəmə iddia tələbi olmayacağını bildirmişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında 09.09.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon 1 saylı notariat kontorunun notariusu X30 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 06 yanvar 2005-ci ildə vəfat etmiş Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 7A-da yaşamış X3 vərəsələri bunlardır. Qazaxıstan Respublikası, Aktube şəhəri, Pervomavski küçəsi ev 13-də yaşayan Cavabdeh irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron rayon DTİ və MHQİ tərəfindən 23862 № ilə reyestr kitabında yazılmış 2406 №-li inventar işi olan Qeydiyyat Vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində ünvanında yerləşən ümumi sahəsi 74,20 kv.m. olan 3 otaqdan ibarət 20 nömrəli fərdi yaşayış evindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X43 küçəsi ev 20 ünvanı X15 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 46 saylı reyestr kitabının 84 saylı vərəqində qeydiyyata alınmışdır. -Satıcı Cavabdeh ilə alıcı X22 arasında bağlanmış 19.03.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri X43 küçəsi ev 20 ünvanında yerləşən ümumi sahəsi 74.2 kv/m olan fərdi yaşayış evini alıcıya 45000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06.05.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X43 küçəsi ev 20 ünvanı X11 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 46 saylı reyestr kitabının 84 saylı vərəqində qeydiyyata alınmışdır. -Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli 05/Q-552/69 saylı arayışdan görünür ki, X7 06.01.2005-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 103 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 Azərbaycan Respublikasının vətəndaşıdır. -Bakı-Nəsimi RPİ tərəfindən verilmiş 11.06.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 15 saylı evdə qeydiyyatdadır. -Asan1 tərəfindən verilmiş 22.10.2015-ci il tarixli AZE № 15976861 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X29 Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 atası X7 06.01.2005-ci il tarixdə ölmüş, onların atasından miras əmlak olaraq Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 20 saylı ev miras əmlak olaraq qalmışdır. Belə ki, mərhum sağlığında mülkiyyətində olmuş daşınmaz əmlakın satışından əldə olunmuş pul vəsaiti onun övladları arasında bölünmüşdür. İddiaçılar izahatlarında həmin pul vəsaiti hesabına özlərinə ev almaqla miras qalmış əmlakda faktiki olaraq yaşamadıqlarını bildirmişdir. Hazırda, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onların miras əmlakın faktiki olaraq qəbul edilməklə vərəsə kimi tanınmalarını məhkəmədən xahiş etmişlər. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 87.2. maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında şahid qismində dindirilmiş tərəflərin bacıları X10 və X14 ifadələrini tərəflərin izahatları, iş materiallarına əlavə olunmuş sübutlarla paralel qiymətləndərib müəyyən etmişdir ki, iddiaçıların onların atalarından miras qalmış Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 20 saylı evə dair vərəsəliyin açılması barədə məlumatlarının olması, olduğu halda bu barədə notariat qurumuna müraciət etməmələri öz təsdiqini tapmış, nəticə etibarı ilə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürülmüş, həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas olan sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və şahid ifadələrindən iddiaçıların miras əmlakda heç vaxt yaşamadıqları və miras əmlaka faktiki sahiblik etmədikləri, həmçinin, iddiaçıların izahatlarından miras qalmış daşınmaz əmlakın Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 22 saylı ev olduğu bəlli edilsə də, tədqiq olunmuş sənədlərə əsasən həmin ünvanın ünvan 10ğu öz təsdiqini tapmış, həmçinin iddiaçıların izahatları ilə şahidlərin ifadələri arasındakı ziddiyyət də ortaya çıxmışdır. Belə ki, iddiaçılar analarının ölüm tarixini 1997-ci il qeyd etdiyi halda, şahidlər 1998-ci il, iddiaçılar yaşadıqları ünvanın Bakı şəhəri Nəsimi rayonu ərazisi qeyd etdiyi halda, şahidlər Baki şəhəri Nərimanov rayonu ərazisi qeyd etmişdir ki, bununla da iddiaçıların öz tələblərinin əsasını sübuta yetirdiyi faktların doğruluğuna şübhə yaratmış olur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixili Qərarındakı hüququ mövqeyə əsasən, həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüququ mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə Plenum Qərarlarına istinad edərək məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, cavabdeh X29 atası X7 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 20 saylı fərdi yaşayış evi almış, həmin evdə yaşamaqla həmin əmlaka faktiki sahiblik etmiş, atasının ölümündən sonra vərəsəliyin açılması üçün notariat qurumuna ərizə ilə müraciət etməklə miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar təsdiqləmişdir. Bu səbəbdən də, məhkəmə Abşeron rayonu 1 saylı notariat qurumunun 09.12.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsinə əsaslar görmür. Bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçıların miras əmlaka vərəsə kimi tanınaraq, onların həmin əmlaka mülkiyyət hüquqlarının tanınmaqla mülkiyyət hüquqlarının adlarına qeyd olunması və payların bölünməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflərin izahatları və şahid ifadələri ilə iddiaçıların miras əmlakda heç vaxt yaşamadıqları, həmin əmlaka faktiki sahiblik etmədikləri, bu halın isə onların miras əmlakı faktiki qəbul etmək niyyətini təsdiqləyən konkret hərəkətlər olmadığı qənaətinə gəldiyindən iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X6 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X17 qarşı qanunsuz şəkildə notariat kontorunda aparılmış sənədlərin etibarsız hesab edilməsi, övladlar arasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi sübut edilmədiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X17 qarşı qanunsuz şəkildə notariat kontorunda aparılmış sənədlərin etibarsız hesab edilməsi, övladlar arasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəliyin və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar