Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3490/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsənin tanınması və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsənin tanınması və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun mərhum anası X4 qanun üzrə vərəsəsi kimi tanınmaqla, mərhum anası ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili, Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.14 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0.2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evinə payları müəyyən olunaraq mülkiyyət hüququnun əldə edilməsi və əmlakların naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, “Abşeron rayon 1 saylı Notariat Kontoru”nun “maraqlı şəxs” deyil, “üçüncü şəxs” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı mərhum anası X8 xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X9, xx.xx.1991-ci il təvəllüdlü X10 və İddiaçı anadan olmuşdur. Cavabdeh uzun müddət başqa birisi ilə qeyri-rəsmi nikahda olduğu üçün mərhum anasına qarşı aqressiv münasibətdə olmuşdur. Hətta dəfələrlə iddiaçının anasına qarşı ağır küt alətlərdən istifadə edərək müxtəlif ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə 11:30 radələrində yaşadıqları fərdi yaşayış evini satmaq üçün həmin ünvana gələrək əlində küt dəmir alətlə evin həyətinə daxil olmuş və qışqır-bağır salaraq iddiaçının anasını öldürəcəyini bildirmişdir. İddiaçının mərhum anası qapını bağlayıb qorxusundan evin ikinci mərtəbəsinə qalxaraq atasının evə daxil olub-olmamasını izləmək istəyərkən eyvandan yıxılıb dünyasını dəyişmişdir. Cavabdeh həmin gündən bu günə kimi iddiaçını və ailə üzvlərini mərhum ilə birgə nikah dövründə əldə olunmuş əmlaklara buraxmır. Cavabdeh mərhum X8 ilə birgə nikah dövründə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzilini, Daşkəsən rayonu, Bayan kəndində yerləşən 0.14 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0.2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evini əldə etmişlər. İddiaçının mərhum anasının dəfn mərasimi, yas mərasimləri və qəbirüstü abidəsinin götürülməsi onun öz maddi vəsaiti hesabına təşkil edilmişdir. Notariat hərəkətlərinin aparılmasından imtina edildiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, valideynlərinin birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakların heç birində yaşamır, lakin əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Daşınmaz əmlaklar hamısı onun valideynlərinin birgə nikah dövründə əldə edilmişdir. 6 ay müddət keçməmiş o, notariat kontoruna müraciət etmişdir. Cavabdeh onu daşınmaz əmlaklara buraxmadığı üçün o, azyaşlı uşağı və yoldaşı isə evsiz qalmışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh və üçüncü şəxs Abşeron rayon 1 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, mülki iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1117 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Göstərilənlərə əsasən, “Notariat haqqında” Qanunun 40-cı maddəsi rəhbər tutularaq İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. -3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 4308/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixli, **********80 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 82 saylı mənzil xx.xx.2019-cu il tarixli, **********27-05301-093068 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən, Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, **********26-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli, **********23 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli, **********91-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cavabdeh adınadır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 903 saylı reyestr kitabının 85553 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********80 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 0.14 ha torpaq sahəsində inşa edilmiş 77.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 13 saylı reyestr kitabının 55 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********26-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən ümumi sahəsi 0.2 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 126 saylı reyestr kitabının 74 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********23 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 0.16 ha torpaq sahəsində inşa edilmiş 192.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 27 saylı reyestr kitabının 77 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********91-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-T № 222707 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 16 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 318749 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1115 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 895 saylı arayışdan görünür ki, Cavabdeh ilə X11 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. -Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16/8- 3-xx-xx/2023 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X4 əri Cavabdeh, qızı X9, qızı X10 və oğlu İddiaçıdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, mərhum X8 ilə Cavabdeh xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuş, onların birgə nikah münasibətlərindən qızı X9, qızı X10 və oğlu İddiaçı anadan olmuşdur. Cavabdeh mərhum X8 ilə birgə nikah münasibətində olduğu müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili, Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi, Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi və Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlaklarını əldə etmişlər. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, hazırda, İddiaçı mərhum anasından miras qalmış daşınmaz əmlaklara münasibətdə vərəsə kimi tanınmaqla vərəsəlik payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh mərhum X8 ilə xx.xx.1988-ci il tarixdə nikaha daxil olmaqla mərhumun xx.xx.2022-ci il tarixdə vəfat etdiyi günədək rəsmi nikah münasibətində olmuşlar. Tərəflər nikah münasibətində olduğu müddətdə daşınmaz əmlaklar əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 1159.1.1. maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçı mərhum X4 xx.xx.2022-ci il tarixdə vəfatından sonra miras əmlaka vərəsə olmaq hüququnun müəyyən edilməsi üçün aidiyyəti notariat qurumuna müraciət etmiş, mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, hərəkətin aparılması qanuna zidd olduqda notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə əsasən, notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon 1 saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli, 1117 saylı qərarı əsasında İddiaçı xx.xx.2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsini və məhkəməyə müraciət edəcəyini bildirdiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmiş və bununla da, İddiaçı məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Beləliklə, iddiaçının məhkəməyə müraciət etməyə subyektiv hüququ meydana çıxmışdır. Məhkəmə ilkin növbədə, üzərində payın müəyyən edilməsi xahiş olunan mübahisəli əmlakların hüququ rejiminə qiymət verərək qeyd etməyi zəruri hesab edir: Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunduğu kimi, Cavabdeh mərhum X8 ilə xx.xx.1988-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan rəsmi nikah münasibətlərində olduğu müddətdə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili, xx.xx.2018-ci il tarixdə Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi, xx.xx.2018-ci il tarixdə Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakları əldə edilmişdir. Göründüyü kimi, sözügedən daşınmaz əmlaklar cavabdehin mərhumla rəsmi nikah münasibətində olduğu müddətdə alınmışdır ki, qeyd olunan hal daşınmaz əmlaklar onların ümumi birgə əmlak kimi nəzərdən keçirilməsinə əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçir. O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Məhkəmə qanunun tələblərinə, Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, mərhum X1 miras əmlakla bağlı vəsiyyətnamə vermədiyindən, eyni zamanda, sözügedən əmlaklar birgə nikah dövründə əldə olunduğundan miras qalmış daşınmaz əmlaklara münasibətdə Cavabdeh ilə mərhum X4 hər birinin ½ hissədə payı müəyyən edilməlidir, başqa sözlə, cavabdehin ½ hissədə payı ona qanunla çatmalı olan paydır, qalan ½ hissə isə miras əmlakdır. X2 miras qalmış ½ hissədə miras əmlaka münasibətdə isə 4 vərəsənin olması - yəni, Cavabdeh, qızı X7, qızı X5, oğlu-İddiaçı olması müəyyən olunduğundan iddiaçının mərhum anasının payına düşən ½ hissəyə münasibətdə miras qalmış əmlaklara ¼ hissədə payı müəyyən edilməlidir. Ona görə də iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi (xx.xx.2019-cu il tarixli, **********80 reyestr, ********** qeydiyyat nömrəli), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 20 saylı evin, 82 saylı mənzili (xx.xx.2019-cu il tarixli, **********27-05301-093068 reyestr, ********** qeydiyyat nömrəli), Daşkəsən rayonu, Bayan kəndində yerləşən ümumi sahəsi 77.7 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixli, **********26-10301 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Bəhrəmbəy kəndində yerləşən 0.2 ha torpaq sahəsi (xx.xx.2018-ci il tarixli, **********23 reyestr, ********** qeydiyyat nömrəli), Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 192.1 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il tarixli, **********91-10301 reyestr, ********* qeydiyyat nömrəli) daşınmaz əmlaklara münasibətdə mərhum X4 ½ hissədə payı müəyyən edilməklə X3 miras qalmış daşınmaz əmlaklara İddiaçı ¼ hissədə payı müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov