Məhkəmə qərarları › İş №2(012)-3302/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3302/2020

23.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3302/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehiştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilənin nəticələrinin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pulun və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək,Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və həmin müqavilənin nəticələrinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pulun və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və yapredmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx xxxx 2019-cu il tarixdə 4Ə-606 №-li qeyd ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,02 ha olan torpaq sahəsini müqavilə əsasında almışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə iddiaçı tərəfindən 5800 manat pul məbləği ödənilmişdir. İddiaçı həmin müqaviləyə əsasən çıxarış və torpaq sahəsinin planı və ölçüləri ilə bağlı sənəd almışdır. Torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün alsa da, lakin torpaq sahəsinə giriş və çıxış olmadığından ondan istifadə etmək tam məhdudlaşdırılmışdır. Bu barədə iddiaçı bir sıra aidiyyəti dövlət orqanlarına müraciət etsə də, bir nəticə əldə edə bilməyərək, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh ona torpaq sahəsini satmaqla onu aldatmış və ona satarkən torpaq sahəsinə giriş və çıxış olduğunu demişdir. Eləcə də, iddiaçı tərəfindən həmin əraziyə 3 maşın daş tökülmüş, lakin buna baxmayaraq həmin torpaq sahəsindən istifadə etmək mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın etirafı barədə məhkəməyə xx xxxxxxxx 2020ci il tarixli ərizə təqdim edib, ona qarşı verilmiş “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” barədə iddia tələbini qəbul etdiyini bildirərək göstərdiki,həqiqətən də o, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ərazisindəki kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,02 ha olan torpaq sahəsini müqavilə əsasında satmışdır. Buna görə də, İddiaçıtərəfindən ona qarşı verilmiş “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” barədə iddia tələbi üzrə Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və həmin müqavilənin nəticələrinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pulun və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsinə razıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-c imaddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin etiraf edilməsinə dair cavabdehin xx xxxxxxxx 2020-ci il tarixli ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini 5800 manata İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçıadına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2014-cü il tarixdə, 938 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AN seriyalı, 342205 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********12 olan 0,02 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan xx xxxxx 2019-cu il tarixli **********12 reyestr nömrəli, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin planölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. **********12 reyestr nömrəli, 0,02 ha torpaq sahəsinin planölçüdəki koordinatları belədir: (X-389852.7319 Y-4488859.8769; X-389863.0190 Y- 4488871.2611; X-389873.7414 Y-4488863.8432; X-389863.4474 Y-4488852.4283) İş materiallarında olan pretenziyadan görünür ki, Cavabdeh onun tərəfindən İddiaçı AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmış Abşeron rayonu, Saray qəsəbəsindəki 0,02 ha torpaq sahəsinə iddiaçı tərəfindən daş, qum və sement tökülmüş, lakin həmin əraziyə giriş-çıxış yolunun olmaması səbəbindən həmin torpaq sahəsində tikinti işlərinin aparılması məhdudlaşdırılması və bu məsələnin həlli ilə bağlı 10 iş günü müddətində müqavilə üzrə götürdüyü öhdəliyi tam icra edilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. İş materiallarında olan Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli iddianın etirafı barədə ərizəsindən görünürki, o, həminərizəsində İddiaçıtərəfindənverilmiş“alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” barədə iddia tələbini etiraf etdiyini və qəbul etdiyini bildirərək, həmin iddia tələbinin təmin olunmasınavəİddiaçıtərəfindən ona qarşı verilmiş “alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul” barədə iddia tələbi üzrə Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin və həmin müqavilənin nəticələrinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pulun və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsinə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Mülki Məcəllənin 421.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[362] 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, işin yuxarıda müəyyən edilən hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi və həmin müqavilənin nəticələri kimi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-də qeydiyyatdan keçirilərək verilmiş xx xxxxx 2019cu il tarixli çıxarış ləğv edilməli və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılmalı, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pul və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təminedilsin. Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon 1 saylı xüsusi notarius X1 tərəfindən xx xxxx 2019-cu il tarixdə 4Ə-606 nömrəli qeydi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi və həmin müqavilənin nəticələri kimi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-də qeydiyyatdan keçirilərək verilmiş xx xxxxx 2019-cu il tarixli çıxarış ləğv edilsin və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılsın, həmin müqavilə üzrə ödənilmiş 5800 manat pul və həmin ərazidə tərəfindən aparılmış tikinti işlərinin xərci olaraq və 3 maşın daş materialların pulu 3000 manat olmaqla maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar