Məhkəmə qərarları › İş №2(012)-3328/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3328/2021

01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3328/2021 01.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-atası X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 fevral 2016-cı il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş 160 manat aliment məbləğinin azaldılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-atası X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan onların arasında olan rəsmi nikah pozulmuşdur. Onların ailə münasibətləri pozulduqdan sonra birgə nikahlarından olan 04 fevral 2016-cı il təvəllüdlü X4 anasının yanında qalmış və Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsinə əsasən uşağın saxlanılması üçün hər ay uşağa görə 136,60 manat sabit pul məbləğində aliment tutulmuşdur. Sonradan cavabdeh 2019-cu ildə aliment məbləğinin artırılması barədə iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qeyd edilən aliment məbləğlərini iddiaçı bu günə qədər vaxtlı-vaxtında ödəyir. Lakin hal-hazırda işsizdir. Eləcə də ikinci dəfə ailə həyatı qurmuşdur və ikinci ailəsindən bir azyaşlı uşağı olduğundan aliment məbləğini ödəməkdə çətinlik çəkir. Ona görə də, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş olsa da, sonradan onların arasında olan rəsmi nikah pozulmuşdur. Onların birgə nikahından olan 04 fevral 2016-cı il təvəllüdlü X4 adlı övladı Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)- 1095/2017 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra onunla qalmış və həmin uşağın saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 136,6 manat aliment tutulmuşdur. Sonra o, aliment məbləğinin artırılması barədə iddia ilə 2019-cu ildə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləğinin artırılması barədə qətnamə 2019-cu ildə qəbul edilmiş və həmin vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaq böyümüş və onun saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Buna görə də, cavabdehdən hər ay 160 manat məbləğində tutulan aliment uşağın saxlanılmasına kifayət etmir. Bu baxımdan o, 2021-ci il tarixdə təkrarən Abşeron Rayon Məhkəməsinə aliment məbləğinin artırılması tələbi barədə iddia ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)- 2104/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və cavabdeh İddiaçı onun xeyrinə 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Eləcə də, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-2104/2021 saylı qətnaməsi qəbul edilərkən İddiaçı Cavabdeh iddiasını qəbul etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ona görə də, hazırki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 16 fevral 2021-ci il tarixində “aliment miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 04 fevral 2016-cı il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş 160 manat aliment məbləğinin azaldılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(032)-408/2021 saylı qərardadı ilə 2(032)-408/2021 saylı mülki iş 2(012)- 2104/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 673107 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 04 fevral 2016-cı il təvəllüdlü X2 atası İddiaçı, anası isə Cavabdehdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdehin nikahları pozulmuş, nikah pozulduqdan sonra 04 fevral 2016-cı il təvəllüdlü X4 anası, yəni iddiaçı ilə qalmış və həmin uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 136,6 manat aliment tutulmuşdur. Sonradan iddiaçı Cavabdeh aliment məbləğinin artırılması barədə iddia ilə 2019-cu ildə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)- 1566/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə aliment məbləğinin artırılması tələbi barədə iddia ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)- 2104/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək Abşeron Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və cavabdeh İddiaçı Cavabdeh xeyrinə 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Eləcə də, İddiaçı 19 mart 2021-ci il tarixli ərizəsindən görünür ki, o, “aliment miqdarının artırılması” barədə iddiaçı Cavabdeh iddia tələbini tam şəkildə qəbul edir və o, hər ay uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının azaldılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar