Məhkəmə qərarları › İş №2(012)-3369/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3369/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3369/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi X1, Azərbaycan Karlar Cəmiyyətinin jest dili tərcüməçisi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat sabit məbləğdə alimentin və mediasiya sessiyası üçün ödənilmiş məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 253 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X6 anadan olmuşdur. Cavabdehlə bir müddət bir yerdə yaşasa da, sonradan ailə münasibətləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-524/2018 saylı qətnaməsi ilə mənim cavabdehə qarşı qaldırdığım iddia təmin edilmiş, tərəflər arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Eyni zamanda sözügedən qətnamə ilə birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 onun yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 1990/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-524/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ilə ailə münasibətləri 2022-ci ildə yenidən yarandığı üçün xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsində 1253 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə bir müddət bir yerdə yaşasalar da sonradan ailə münasibətləri pozulmuşdur. Hazırda birlikdə yaşamırlar və birgə ailə təsərrüfatı aparmırlar. O, 3-cü qrup əlildir, eşitmə və danışma qabiliyyəti yoxdur. Buna baxmayaraq cavabdeh övladlarının saxlanılması üçün ona maddi dəstək göstərmir. O, hazırda valideynlərinin yanında yaşayır. Bir ana kimi bütün bu təminatları əlilliyə görə aldığım müavinətlə və ailə üzvlərinin köməyi ilə həyata keçirməkdədir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X5 iddia tələbini qismən qəbul etdilər. Cavabdeh bildirdi ki, aliment təyin edilərkən onun xəstəliyi və maddi imkansızlığı nəzərə alınmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan AZ-İİ 501860 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsində 1253 saylı akt qeydi ilə nikah bağlamışlar. İşdə olan AZ-İİİ 074992 və AZ-V 084705 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşlar. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)- 1990/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-524/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli, 2(012)-524/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 04 noyabr 2011-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin nikahından doğulmuş 13 mart 2013-cü il təvəllüdlü X4 İddiaçı yanında qalmasının müəyyən edilməsi, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının başlanğıcının 24 oktyabr 2017-ci il tarixdən hesablanması, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin təkrar nikah münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşaq doğulmuşdur. Hazırda ailə faktiki olaraq dağılıb və iddiaçı iki övladı ilə birlikdə ayrı ünvanda yaşayır. Cavabdeh uşağına maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalı və uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,375 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşağın saxlanması məqsədilə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,375 misli həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin nikah münasibətlərindən olan xx.xx.2024-cü il təvəllüdlü X7 adlı uşağın saxlanması məqsədilə hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya sessiyası üçün ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar