Məhkəmə qərarları › İş №2(012)-3372/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3372/2020

12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3372/2020 12.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin adı yanlışlıqla “Xaqani” əvəzinə “Xəqani” yazıldığını göstərmiş, həmçinin cavabdehin rəsmi olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxx” ASC-də işləməsi və 473 manat orta aylıq əmək haqqı aldığına görə alimentin Cavabdeh əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında, həmçinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun tamamlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində tutularaq məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,o, Cavabdeh ilə 2014-cü ildə faktiki olaraq ailə qurmuş və birlikdə yaşamışlar. Lakin nikahları rəsmi şəkildə qeydə alınmamışdır. Aralarında olan faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikahlarının ilk dönəmlərində münasibətləri normal olsa da, sonradan mütəmadi olaraq ailə daxili münaqişələri yaranmışdır. Artıq 5 ildir ki, ayrı yaşayırlar. O, daim ailə problemlərinin həllinə çalışsa da bu mümkün olmamışdır. Ona görə də 2015-ci ildən ata evinə gəlmiş və həmin faktiki nikah münasibətləri də kəsilmişdir. Uşaq onun himayəsində olsa da, cavabdeh uşağın saxlanılmasında, maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X4 da iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İİİ № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış AZ-İ № 284236 saylı atalığın müəyyən haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X5 atası hesab edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqavilşəsi bildirişdən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxx” ASC ilə əmək müqaviləsi bağlamışdır. İşçinin aylıq əmək haqqının məbləği 473 manatdır. Məhkəmə iddiaçını və onun vəkili-nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Məhkəmədə müəyyən edilmişdi ki, cavabdehin rəsmi olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxx” ASC-də işləyir.Ona görə də məhkəmə hesab edi ki, aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci-ci maddəsində göstərilmişdir ki, 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aıiment tutulur. Məhkəmə iddia tələbinin həmçinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun tamamlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində tutulması ilə bağlı qeyd edir ki, cavabdehin həmin məbləği ödəmək iqtidarında olması ilə bağlı məhkəmədə sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, alimentin tutlması xx.xx.2020ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixindən hesablanmaqla xx.xx.2015-ci il il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbinin əlavə olaraq 50 manat sabit pul məbləğində pulun tutulmas hissəsi rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar