Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3375/2020 27.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, ödənilmiş təhsil haqqının geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə xx xxxxxx 2020-ci il tarixdə , Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, ödənilmiş təhsil haqqının geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Belə ki, iddia ərizəsindən və tərəflər arasında bağlanan müqavilədən və əlavə olunan digər sənədlərdən cavabdeh MMC-nin hüquqi ünvanının Abşeron rayonu Hövsan südçülük sovxozu olduğu görünür. Məhkəmə qeyd edir ki, Hövsan südçülük sovxozunun torpaq sahələri Abşeron rayon Məhkəməsinin ərazisi olub,yalnız həmin ərazilərin torpaq mübahisələri Abşeron rayon məhkəməsinə aiddir, həmin sovxoz inzibati ərazi vahidi kimi Abşeron rayonunun əraziləri olmadığından torpaq mübahisələrindən başqa, digər mülki mübahisələr, o cümlədən hazırkı iddia ərizəsi üzrə olan mübahisələrin məhkəmə ərazi aidiyyatı Abşeron rayon Məhkəməsi yox, Bakı şəhərinin Suraxanı rayon məhkəməsinə aiddir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, ödənilmiş təhsil haqqının geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhərinin Suraxanı rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi, ödənilmiş təhsil haqqının geri qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhərinin Suraxanı rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3375/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3375/2020
27.08.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver