Məhkəmə qərarları › İş №2(012)-3477/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3477/2022

18.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3477/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan tutulan Abşeron rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq (dəyişdirilərək) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4903/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra uşağın yetkinlik yaşına çatanadək anasının yanında qalması müəyyən edilmiş və uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Bayramova (Məmmədova) Nazilə Əlisultan qızına ödənilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4903/2018 saylı qətnaməsinə əsasən tutulan aliment dəyişdirilərək, İddiaçı Cavabdeh xeyrinə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda, X10 ilə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X14 anadan olmuşdur. İddiaçı hazırda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində polkovnik-leytenant rütbəsində, müəllim vəzifəsində xidmət edir. Aylıq əmək haqqı 1006.75 manatdır. Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanılmış 3M-299 reyestr nömrəli kirayə müqaviləsi əsasında iddiaçı aylıq 350 manata kirayədə qalır. X10 ilə birgə nikahlarından anadan olmuş X14 azyaşlıdır, tez-tez sağlamlığında problemlər yaranır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırda, iddiaçı aldığı aylıq əmək haqqı ilə yaşadığı mənzilin aylıq 350 manat kirayə pulunu verir, cavabdehlə birgə nikahlarından anadan olmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimenti böyük çətinliklər içərisində ödəyir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin hazırda, gözəllik salonunda işlədiyini və kifayət qədər yüksək maaş almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, ondan tutulan, Abşeron rayon Məhkəməsinin 2(012)-1754/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq (dəyişdirilərək) hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması qanuni və ədalətli olardı. Yeni doğulan övladının sağlamlığı, təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də əvvəlki nikahından anadan olan övladının maddi tələbatlarını ödəmək, aylıq kirayə pulu vermək ailədə tək çalışan iddiaçı olduğu üçün çox çətindir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahından bir azyaşlı uşağı vardır. Uşağın saxlanılması üçün nəzərdə tutulmuş 580 manat aliment ödənişi şikayət məktubu əsasında müəyyən edilmişdir. Belə ki, həmin məktuba əsasən onun əmək haqqının 70 faizi miqdarında alimentin tutulması qərara alınmışdır. İki il əvvəlki tarixə aid olan Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məktub əsasında ondan təxminən 580 manat aliment ödənişi tutulur. Belə görünür ki, o, haradasa 2000 manat civarında əmək haqqı alır. İcra şöbəsi tərəfindən verilmiş məktubda isə onun nə qədər əmək haqqı alması qeyd olunmamışdır. O, iddiaçı ilə 13 il nikah münasibətində olmuş və bu müddət ərzində cavabdeh bir gün belə olsun, işləməmişdir. Heç bir yerdə yazılmamışdır ki, uşağı ata saxlamalıdır. Bununla belə ailəsini o, özü saxlamış, hətta boşandıqdan sonra belə onun hesabına alınmış mənzilin təmiri noyabrda qərar çıxmasına baxmayaraq, dekabra qədər ailəsini o, saxlamış, evi təmir etdirmişdir. Bu günki gündə onun oğlu ilə üz-üzə gələ bilməməsinin səbəbi oğlunun ona verdiyi suallara cavab verə bilməməsidir. Hazırki müddətə qədər uşağın saxlanılması üçün alimenti ödəmişdirsə, hazırki vəziyyətdə ödəməkdə çətinlik çəkir, belə ki, 200 manatı o, ödəyirsə, 200 manatı da cavabdeh olan anası ödəməlidir. Ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, uşağın saxlanılması üçün o, hazırda, İddiaçı aylıq əmək haqqının ¼ hissəsi miqdarında, yəni, 574 manat aliment alır. Əgər iddiaçı 1000 manat əmək haqqı alırsa, həmin pul vəsaitinin ¼ hissəsi olaraq 574 manat olması mümkün deyildir. Belə görünür ki, iddiaçı uşağının saxlanılması üçün 50 manat əskik ödəmək istəyirsə, bundan ötəri məhkəməyə müraciət etməsi düzgün deyil. Hazırda, uşağın 16 yaşı varsa, iki ildən sonra yetkinlik yaşına çatacaq, aliment ödənilməsi kəsiləcəkdir. Hazırda, oğlu hazırlıqlara, kurslara gedir və məktəb xərcləri kifayət qədər çoxdur. Həmin xərclərin təkbaşına şəkildə onun tərəfindən qarşılanması mümkün deyil. İddiaçı uşağın başqa heç bir problemi ilə maraqlanmır. Əgər iddiaçı dediyi kimi, az miqdarda əmək haqqı alırsa həmin məbləğin ¼ hissəsi 574 manat etməməlidir. İddiaçı onun işləmədiyini əsas gətirir, lakin, o, işləmək istəmiş, iddiaçı özü buna icazə verməmişdir. İddiaçı icra məmurunu görmədiyini qeyd edir. Habuki, 254 manat iddiaçının kartından tutulurdusa, 100 manat da terminal vasitəsilə ödənilirdi. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yeni həyat inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli AZ-İ № 840736 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X3r. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-4903/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Bayramova (nikahdan əvvəl- Məmmədova) Nazilə Əlisultan qızı ilə cavabdeh İddiaçı arasında 08 noyabr 2005-ci ildə bağlanmış və həmin tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Yeni həyat inzibati ərazi dairəsində nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 26 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş hesab edilmiş, 27 avqust 2006-cı il təvəllüdlü X8 boşanmadan sonra iddiaçı Bayramova (Məmmədova) Nazilə Əlisultan qızının yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Bayramova (Məmmədova) Nazilə Əlisultan qızına ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 06 iyul 2018-ci ildən etibarən həyata keçirilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. -Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 317093 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X1 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 451 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1754/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(010)-4903/2018 saylı qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 27 avqust 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında alimentin tutulması, cavabdeh İddiaçı tutulan alimentin dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, cavabdeh İddiaçı dövlət nəfinə 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. -5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 396003 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X13 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1320 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Bayramova soyadı verilmişdir. -6 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 678922 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1185 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X7r. -Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 271 saylı arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı həqiqətən də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xidmət edir, gəlir vergisi və sosial ödənişlər çıxıldıqdan sonra əmək haqqı 1006.75 manat təşkil edir. -Kirayəyə verən X4 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayəyə verən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 45 saylı evin 122 saylı mənzilini xx.xx.2026-cı il tarixədək aylıq 350 manat olmaqla kirayəyə vermişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 73 saylı evin 14 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X12 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pisləşdiyindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-4903/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş uşağın anasının yanında qalmaqla uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1754/2019 saylı qətnaməsinə əsasən isə alimentin miqdarının dəyişdirilərək, uşağın saxlanması üçün iddiaçının hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatından göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)- 1754/2019 saylı qətnaməsi ilə azyaşlının saxlanılması üçün ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmiş və həmin aliment məbləği cavabdehin əmək haqqından tutulmaqla təmin edilmişdir. Hazırda, iddiaçı növbəti dəfə nikaha daxil olmasını, həmin nikahından azyaşlı uşağının olmasını, həmçinin, mənzilə görə kirayə haqqı ödədiyini əsas gətirərək, 574 manat alimentin ödənilməsinin mümkünsüzlüyü səbəbindən aliment məbləğinin azaldılmasını və 200 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə alimentin miqdarının azaldılması azyaşlı uşağın yaşı, təhsili, maddi və digər ehtiyacları nəzərə alınmaqla onun mənafeyinə uyğun deyildir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1754/2019 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilmiş, həmin aliment məbləğinin azaldılması isə X5 mənafeyi ilə ziddiyyət təşkil etməklə yanaşı, qanunvericiliyin tələblərinin də kobud şəkildə pozulması ilə nəticələnmiş olacaqdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı növbəti dəfə nikaha daxil olmuş və həmin nikahdan azyaşlı uşağı olsa da, bu hal iddiaçının birinci nikahından olan uşağın yaşı, təhsili, cavabdehin işləməməsi və diqqətəlayiq digər hallar nəzərə alınmaqla alimentin miqdarının azaldılmasına səbəb olmamalıdır. Eyni zamanda, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli № 98 nömrəli Qərarına əsasən, 1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından. Qanunvericiliyin, eyni zamanda, Nazirlər Kabinetinin Qərarına, həmçinin, mülki iş materiallarına istinad edərək, məhkəmə müəyyən etmişdir ki, iddiaçıdan uşağın saxlanılması üçün tutulan aliment məbləği onun əmək haqqından hesablanmaqla təmin edilmişdir. İddiaçı növbəti dəfə nikaha daxil olmasını, həmin nikahdan azyaşlı uşağının olmasını, mənzilə görə kirayə haqqı ödəməsini, dolanacaq məbləği olaraq yalnız əmək haqqı aldığını qeyd etsə də, bununla belə, məhkəmə bir valideyn olaraq iddiaçının oğlunu saxlamaq üçün müəyyən olunmuş aliment məbləğinin azaldılması üçün heç bir əsas görmədiyindən, eyni zamanda, aliment ödənişinin uşağın təminatı üçün nəzərdə tutulmuş vəsait olmasından irəli gələrək iddiaçının iddia tələbinin əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsini, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbinin əsasını sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən, eyni zamanda, aliment məbləğinin azaldılmasına heç bir əsas olmadığından iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar