Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3502/2024 14.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentdən azad edilmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməkdən azadetmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1735/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bildirir ki, İddiaçı həmin qətnamə qüvvəyə minəndən sonra bu vaxtadək uşaqlara aliment ödəmişdir. Lakin cavabdehin uşaqları uzun müddətdir ki xarici ölkəyə aparması səbəbindən iddiaçının uşaqların harada olmasından, ödənilən alimentin onlara çatıb-çatmamasından xəbəri yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-799/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının uşaqlarla hər həftənin bazar günü səhər saat 10:00-dan axşam saat 20:00-dək ünsiyyətdə olma hüququnun təmin edilməsinə baxmayaraq, iddiaçı uşaqlarla görüşə bilməmişdir. Mülki öhdəliklərin icrasından yayındığı üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu şəxs kimi axtarışa elan olunmuş Cavabdeh barəsində Abşeron RPİ-nin X1 xx.xx.2023-cü il tarixində 270873 nömrəli axtarış işi açılmışdır. Hesab edir ki, bu mübahisənin həllinə nail olmaq üçün dövlət tərəfindən qanuni müdaxiləyə ehtiyac vardır və bu şəraitdə alimentin ödənilməsi məqsədə müvafiq deyil. Cavabdehin öz valideynlik vəzifələrini yerinə yetirməsi məhkəmə tərəfindən təmin edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1735/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı 10 dekabr 2018-ci il tarixdən başlayaraq 14 sentyabr 2011-ci il təvəllüdlü X3 və 11 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 799/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı övladları 14 sentyabr 2011-ci il təvəllüdlü X7 və 11 mart 2014-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan axşam saat 20:00-dək, hər həftənin bazar günü səhər saat 10:00-dan axşam saat 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş AZ-İ № 223430 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 25 aprel 2006-cı il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 956 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ № 194181 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 iyun 2007-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə X4r. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 899859 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 yanvar 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə X4r. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuş, tərəflərin həmin münasibətdən iki övladı - xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1735/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 10 dekabr 2018-ci il tarixdən başlayaraq 14 sentyabr 2011-ci il təvəllüdlü X3 və 11 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsi hesabına ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməkdən azad edilməsini xahiş etmişdir. Hazırda İddiaçı iddia ərizəsində iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmiş, lakin iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 hazırda anaları Cavabdeh yanında xarici ölkədə yaşayırlar və bu hal iddiaçını övladlarının saxlanması üçün aliment ödəmək vəzifəsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. İddiaçı alimentdən azad olunmasına əsas verən halları məhkəmədə sübuta yetirə bilmədiyindən və iddiaçının göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddələrinin tələbinə əsasən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməkdən azad edilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəməkdən azad edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3502/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3502/2024
14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver