Məhkəmə qərarları › İş №2(012)-3558/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3558/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3558/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mövcud aliment borcunun ləğv edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9459/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxx 2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin 2018-ci ilin dekabr ayının 8-dən 2019-cu ilin avqust ayınadək mövcud qalıq 1232 manat borc məbləğinin uşaq iddiaçının himayəsi altında yaşadığı üçün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9459/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx xxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azyaşlı uşaq 2018-ci ilin dekabr ayının 8-dən 2019-cu ilin avqust ayınadək iddiaçının himayəsində yaşamışdır. Buna baxmayaraq həmin zaman kəsimində hesablanmış qalıq aliment borcunu cavabdeh ondan tələb edir. Halbuki həmin tarixdə uşağın bütün xərclərini iddiaçı özü qarşılamışdır. Bu səbəbdən də iddiaçı bunu əsassız hesab etmiş və həmin aliment borcunun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində iştirak edən zaman İddiaçıiddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbləri barədə isə heç bir məlumat vermədi. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib mülki iş materialları ilə birgə tədqiq edərək, işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarından olan Sumqayıt stansıyası və qazpaylayıcı mərkəzin ətraf razilər üzrə 1 saylı məhəllə komitəsi tərəfindən təsdiq edilən xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, Sumqayıt şəhəri, Yeni Yaşayış massivi ünvanında fərdi evdə yaşayan İddiaçı övladı-xx xxx 2013-cü il təvəllüdlü X3 2018-ci ilin dekabr ayının 8dən 2019-cu ilin avqust ayınadək onun himayəsində yaşamışdır. Mülki işin materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9459/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən etibarən xx xxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Beləliklə, məhkəməhesab edir ki, iddiaçının qeyd etdiyi qalıq aliment borcunun ləğv edilməsi barədə iddiaçının dəlilləri əsaslı deyildir. İddiaçının təqdim etdiyi Sumqayıt stansıyası və qazpaylayıcı mərkəzin ətraf razilər üzrə 1 saylı məhəllə komitəsi tərəfindən təsdiq edilən xx.xx.2020-ci il tarixli akt iddia olunan faktı təsdiq etmək üçün mötəbər sübut sayıla biməz. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment borcunun ləğv edilməsina dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar