Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3573/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçıCavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehoğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Mehdiabad qəsəbəsi Qarant şəhərciyi ərazisində 220 kv-lıq 1,2-ci Zabrat hava xəttinin 96-97 saylı dayaqlarının mühafizə zonasında inşa edilmiş Aptekə verilən lisenziyanın ləğv edilməsi və aptekin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, aptekə verilən lisenziyanın ləğv edilməsi səlahiyyəti ümumi məhkəmələrə aid deyildir.Ona görə də, bu hissədə iddia tələbinə baxmaq mümkün deyildir. Digər iddia tələbi ilə iddiaçı ayrıca iddia ilə məhkəməyə mürüciəət edə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3573/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3573/2021
27.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver