Məhkəmə qərarları › İş №2(012)-3609/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3609/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3609/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsinə 03 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsində iddiaçı Cavabdeh ünvanının ünvan 1yd etmişdir. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Abşeron rayon 1 saylı MKİS tərəfindən verilmiş 17.02.2022-ci il tarixli arayışında Cavabdeh ünvan 2 ünvanında Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Lakin həmin arayış kserosurətdir və oxunmur. Elektron Məhkəmə sistemindən çıxarılmış məlumatlardan görünür ki, cavabdeh Ağdam rayonu, Seyidli Ə/D, Seyidli kəndində qeydiyyatdadır. İddia ərizəsini və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyat qaydalarına əsasən düzgün verilmədiyindən MPM-nin 152.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə - Ağdam rayon məhkəməsinə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Ağdam rayon məhkəməsinə müraciət etməsi ona izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar