Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3612/2020 20.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx xxxxx 2012-ci il təvəllüdlü X5, xx xxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxx 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat miqdarında alimentin, X8 üç yaşına çatana qədər maddi ehtiyaclarını qarşılaması üçün hər ay 200 manat miqdarında maddi yardım olmaqla, cəmi 880 manat miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onunla Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə Abşeron rayon İHB-ın Qobu qəsəbə nümayəndəliyində 52 saylı nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından 4 övladları xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X12 dünyaya gəlmişdir.Oğlu Hüseyn ürək qüsurludur və dovşan dodaqdır. Cavabdehin məsuliyyətsizliyi səbəbindən oğlu müayinə və müalicə oluna bilmir. Sonuncu dəfə oğlunu 6 aylıq olan zaman həkimə aparmışdır. Həkim oğlunun hələ çox körpə olduğunu, 8 aylıq olan zaman yenidən müayinəyə gətirməsini və müayinə zamanı əməliyyat üçün dəqiq söz deyə biləcəyini bildirmişdir. Artıq oğlunun 1 yaşı vardır, cavabdeh övladının qayğısına qalmır və bir ata kimi çox məsuliyyətsizdir.Oğlu ana südü ilə qidalanır və dovşan dodaq olduğu üçün çox əziyyət çəkir. Oğlunun hazırki vəziyyətdə olmasının səbəbi cavabdehdir. Çünki, o, hamilə olduğu zaman dəfələrlə sonuncu tərəfindən şiddətə məruz qalmış və vəhşicəsinə döyülmüşdür. Buna görə də oğlu ürək qüsurlu və dovşan dodaq kimi dünyaya gəlmişdir.O, dörd övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır və övladlarının bütün təminatını valideynləri ödəyir. Cavabdeh isə bütün qazancını özü və başqa işləri üçün xərcləyir, ailəsinə biganə yanaşır, övladlarının maddi təminatını ödəməkdən boyun qaçırır. Özü isə himayəsində körpə övladları olduğu üçün işləyə bilmir, heç bir yerdən gəliri yoxdur və valideynlərinin köməyi ilə 4 uşağının təlabatını ödəməyə çalışır. Cavabdeh isə onların heç bir xərcini ödəmir və kifayət qədər qazancı vardır. Cavabdeh bir neçə müddətdir ki, onlarla əlaqəni kəsmişdir. O, da məcbur olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Odur ki,birgə nikahlarından anadan olmuş xx xxxxx 2012-ci il təvəllüdlü X5, xx xxxxxx 2014-cü il təvəllüdlü X6, xx xxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxx 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat miqdarında alimentin, X8 üç yaşına çatana qədər maddi ehtiyaclarını qarşılaması üçün hər ay 200 manat miqdarında maddi yardım olmaqla, cəmi 880 manat miqdarında alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia ərizəsinə dəqiqləşmə təqdim edərək bildirdi ki, xx xxxxx 2012-ci il təvəllüdlü X5, xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxxxx 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 170 manat olmaqla, cəmi 510 manat miqdarında müəyyən edilməsi, xx xxxx 2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında, X8 üç yaşına çatana qədər maddi ehtiyaclarını qarşılaması üçün hər ay 200 manat miqdarında maddi yardım olmaqla, cəmi 370 manat miqdarında alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərdi ki, o, İİ qrup gözdən əlildir və iddia ərizəsində qeyd olunan miqdarda alimenti ödəmək iqtidarında deyildir. O, işləmir, maddi vəziyyəti pisdir və özü valideynlərinin köməkliyi ilə yaşayır. O, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Cavabdeh ilə X13 xx xxxxxxx 2010-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə nümayəndəliyində rəsmi qaydada nikah bağlamaqla evlənmiş, ərə Hacıəliyev, arvada Hacıəliyeva soyadı verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, tərəflərin birgə nikahlarından xx xxxxx 2012-ci il tarixdə X9 anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2014-cü il tarixdə X10 anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, tərəflərin birgə nikahlarından xx xxxxx 2017-ci il tarixdə X11 anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, tərəflərin birgə nikahlarından xx xxxx 2019-cu il tarixdə X12 anadan olmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat və xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X3 üçün İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 60 (altmış) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında alimentin tutulması, xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X11 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 manat alimentin tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanununvericiliyin sadalanan normalarının mənasına görə alimentin müəyyən edilməsi birinci növbədə uşaqların mənafeləri təmin edilməklə, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına cəlb olunmasından ibarətdir. Alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alınır, lakin bu zaman əsasən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmalıdır və bu məqsədlə hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: Tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan sabit pul məbləğində alimentin miqdarı X9, X10 və X11 hissəsində artırılmalı, X8 hissəsində isə aliment məbləği müəyyən edilməlidir.İddia tələbinə münasibətdə cavabdehin rəsmi olaraq işləməməsi, gəlir (əlavə gəlirlərinin) olmasına dair sübutların olmaması, cavabdehin İİ qrup gözdən əlil olması və diqqətəlayiq digər halların araşdırılması nəticəsində məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, hazırki halda hər bir uşaq üçün 170 manat alimentin cavabdehdən tutulması onun maddi durumunun əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, habelə cavabdehin dörd uşağa görə aliment miqdarını ödəmək qabiliyyətininəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği artırılaraq xx xxxxx 2012-ci il təvəllüdlü X1 üçün 160 manat, xx xxxxxx 2014-cü il təvəllüdlü X2 üçün 100 manat, xx xxxxx 2017-ci il təvəllüdlü X3 üçün 80 manat müəyyən edilməli və xx xxxx 2019-cu il təvəllüdlü X4 üçün hər ay sabit pul məbləğində 80 manat olmaqla, cəmi 420 manat məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə xx xxxx 2019-cu il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılması üçün maddi yardım kimi 200 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdehdən iddiaçının xeyrinə maddi yardım kimi hər ay 200 manat tutulması cavabdehin maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər, habelə iddiaçı cavabdehin həmin məbləğdə maddi yardımı ödəmək imkanında olduğuna dair yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə cavabdehdən iddiaçının xeyrinə maddi yardım kimi hər ay 40 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, xx xxxx 2019-cu il təvəllüdlü X12 hissəsində alimentin tutulması xx xxxxxxxx 2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbihəmin hissədə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360, 362-ci maddələrinirəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat, xx xxxxx 2017-ci il tarixdə anadan olmuş X3 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat və xx xxxx 2019-cu il təvəllüdlü X4 üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat miqdarında aliment İddiaçı xeyrinə tutulsun. xx xxxx 2019-cu il tarixdə anadan olmuş X12 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 40 (qırx) manat aliment tutulsun. Hazırki miqdarda alimentin tutulmasının əvvəli xx xxxx 2019-cu il təvəllüdlü X12 hissəsində xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə həmin hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində AbşeronRayon Məhkəməsi vasitəsi iləSumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-3612/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3612/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver