Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3681/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Yusif qızının, onun vəkili və nüayəndəsi X2 iştirakı ilə, İddiaçı Yusif qızının Cavabdeh qarşı «aliment məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Yusif qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı - xx xxxxxx 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə bir uşaq üçün 170 (yüz yetmiş) manat və X1 3 yaşına çatana qədər onun maddi ehtiyaclarını qarşılamağı üçün cavabdehdən hər ay 100 (bir yüz) manat, ümumillikdə 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Yusif qızı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxx 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin hər ay bir uşağa görə 160 (yüz altmış) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 200 (iki yüz) manat, Zeynəb 3 yaşına çatana kimi isə onun maddi ehtiyaclarının qarşılanmasına görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yusif qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onunla Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə el-adəti ilə toyları olmuş və ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Bir müddət normal yaşasalar da, sonradan ailə münasibətləri pisləşmiş və dözülməz həddə çatmışdır. Birgə münasibətlərindən xx xxxxxx 2017-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Qızı Zeynəb bətnində olan zaman ayrılmış və onun bütün doğum xərclərini valideynləri çəkmişdir. Cavabdeh bir dəfə də olsun doğma övladının heç bir təminatını ödəməmişdir. Cavabdeh istədiyi vaxt valideynlərinə məxsus evə gələrək övladını görür və səbəbsiz yerə onu, valideynlərini təhqir edir. Ondan övladının maddi təminatını ödənilməsi üçün aliment tələb etdikdə, ona bir manatda olsa pul verməyəcəyini bildirir. Bir sözlə cavabdeh övladı üçün heç bir atalıq vəzifəsini yetirən yetirmir. Ona övladının saxlanılmasında valideynləri kömək edir. Qızı Zeynəb azyaşlı olduğu üçün heç bir yerdə işləmir və heç bir yerdən gəliri də yoxdur. Cavabdehdən dəfələrlə heç olmasa özü qızının yeməyini və s. təlabatlannı almasını tələb etsə də, o bundan imtina etmişdir. O daha əvvəl də eyni iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün xx.xx.2019cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən sonra onunla barışmaq istədiyini, ailəsinə sahib çıxacağını ona və ailəsinə söz vermişdir. Halbuki cavabdehin ona qarşı niyyəti başqa olmuş, onunla barışaraq alimentdən imtina barədə İcra Şöbəsində ona ərizə yazdırmışdır. O isə ailəsinin dağılmaması üçün cavabdehin hər dediyini etmişdir. Cavabdeh cəmi bır ay ailəsinə yəni, onlara sahib çıxmış, sonra yenə də onları atıb getmiş və bu günə kimi də maraqlanmamışdır. Cavabdehdən aliment pulunu başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPİ tərəfindən xx.xx.2016-cı il tarixli AZE ******** №-li şəxsiyyət vəsiqəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Yusif qızı ünvan 1 ünvanında qeydiyyatdadır. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan Məmmədov X4 şəhəri, S.Vurğun küçəsi, ev 73 ünvanında qeydiyyatdadır. -Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV № ******* seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçı Yusif qızıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2977/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Yusif qızına verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Yusif qızının faktiki nikahlarından xx xxxxxx 2017-ci il tarixdə X3 adlı uşaqları dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2977/2019 saylı qətnaməsinə əsasən xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Yusif qızına verilməsi qət edilmişdir. İddiaçı Yusif qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-2977/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx xxxxxx 2017-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin hər ay bir uşağa görə 160 (yüz altmış) manat alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 200 (iki yüz) manat, Zeynəb 3 yaşına çatana kimi isə onun maddi ehtiyaclarının qarşılanmasına görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. İddiaçı bir uşağa görə hər ay sabit pul məbləğində 200 manat məbləğində alimentin tutulmasını tələb etsə də, həmin məbləğin cavabdeh tərəfindən verməsi iə bağlı maddi imkanının olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2977/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 160 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 160 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin faktiki nikahından olan uşağın mənafeyini nəzərə alaraq, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2977/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Yusif qızının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda iddia tələbinin xx xxxxxx 2017-ci il təvəllüdlü X1 3 yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən 100 (yüz) manat tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbdə qeyd edilən məbləğin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki iddia etdiyi tələbləri sübut etmək vəzifəsi tərəflərin üzərinə düşür. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq-lar ba-rə-sin-də bü-tün təd-bir-lər-də əsas diqqət uşaq mənafelərinin da-ha yax-şı tə-min edil-mə-si-nə yönəldilir, istər bu tədbirlər sosial tə-mi-nat mə-sə-lə-lə-ri ilə məş-ğul olan döv-lət ida-rə-lə-ri və ya özəl ida-rə-lər tərəfindən görülsün, istərsə də məh-kə-mə-lər, in-zi-ba-ti və ya qa-nun-ve-ri-ci-lik or-qan-la-rı tə-rə-fin-dən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2977/2019 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Yusif qızının xeyrinə hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3681/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3681/2020
18.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver