Məhkəmə qərarları › İş №2(012)-3682/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3682/2020

19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3682/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx xxxx 2006-cı il təvəllüdlü X1 üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdehin xx xxx 2005-ci il tarixdə Fatmayı kəndi üzrə nümayəndəlik tərəfindən 05 saylı nikahları qeydə alınmışdır. Birgə nikahdan xx xxxx 2006-cı il tarixdə X5 dünyaya gəlmişdir. Tərəflərin birlikdə yaşaması qeyri-mümkündür. Boşanmama səbəbi isə övladının gələcəyini düşünməsidir. O, hazırda övladı ilə birgə atasının evində yaşayır. İddiaçı qeyd edir ki, cavabdeh ailəsinə baxmır, övladının minimal ehtiyaclarını ödəmir. Belə ki, 3 il ərzində cəmi 300 manata yaxın pul vermişdir. Övladının tələbatı günü-gündən artır və bu səbəbdən də cavabdeh ailəsinə maddi köməklik göstərməyə borcludur. Məhkəmə prosesində iştirak edən zamanCavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahat verdi ki, iddiaçı 3 ilə yaxındır ki evinə qayıtmır və ailəsinə baxmır. O, məişət işləri üçün ayrıca pul xərcləmək məcburiyyətində qalıb. Alimenti isə yalnız boşandığı zaman ödəyə bilər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. AzərbaycanRespublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarından olan 138197 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh və X2 xx xxx 2005-ci il tarixdə Fatmayı kəndi üzrə nümayəndəlik nikah bağlamış, bu barədə nikahın akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. Mülki işin materiallarından olan 783793 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx xxxx 2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiatəmin edilməli və iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Eləcə də, aşağıda qeyd olunanlara əsasən Cavabdehdövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiatəmin edilsin. Cavabdeh İddiaçı xeyrinəxx xxxx 2006-cı il təvəllüdlü X4yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 170 manat miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumuna görə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar