Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3683/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 anası Cavabdeh ilə Azərbaycan Respublikasının hududlanndan kənara çıxarılmasına qadağa qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X2 xx xxxx 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nigahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X9 hər həftənin şənbə və bazar günləri saat 10.00-dan 13.00-dək olmaqla Bakı şəhərində əyləncə mərkəzlərinin birində X1 iştirakı ilə, ünsiyyətdə olmağı üçün görüş vaxtı müəyyən edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh azyaşlı uşağını da götürüb xx xxxx 2017-ci il tarixdə Latviya Respublikasının Riqa şəhərinə getmiş və iddiaçının oğlu ilə görüş hüququnu əlindən almışdır. Bununla bağlı Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə rəsmi ərizə ilə müraciət etmiş və bundan sonra cavabdeh və oğlu barədə xx xxxxxx 2017-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icrası Bakı şəhəri Baş Polis İdarəsinə göndərilmişdir. İddiaçı oğlunun Azərbaycan Respublikasına qaytarılmasına köməklik edilməsi üçün Azərbaycanın Latviyadakı səfirliyinə və Azərbaycan XİN-ə yazılı ərizəsinə cavab olaraq Cavabdeh övladı ilə birlikdə Azərbaycana deportasiya edilmişdir. Cavabdehə uşaqla birlikdə bir daha Azərbaycanı iddiaçının razılığı olmadan tərk etməsi qadağan edilmiş, iltizam alınmışdır. Lakin iddiaçıda olan məlumata görə, o, yenidən xarici ölkələrdən birinə getməyə hazırlaşır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, uşağı ilə xarici ölkəyə getmişdir. O xarici ölkəyə iddiaçının uşağın onunla getməsi üçün verdiyi etibarnamə əsasında getmişdir. O xarici ölkədə uzun müddətə getməmişdir. Onu deportasiya etməmişlər. Ölkəyə qayıdandan sonra ona məlum olmuşdur ki, iddiaçı tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir. Bu səbəbdən də ölkədən kənara çıxması mümkün deyildir. 2018-ci ildən heç bir xarici ölkəyə getməmişdir. O özü də ölkədən çıxmaq fikri yoxdur. Odur ki, iddia tələbi əsassızdır, təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan; -ASAN 2 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ № 253914 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. -Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-2450/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı azyaşlı X10 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 13:00-dək olmaqla, Bakı şəhərindəki əyləncə mərkəzlərinin birində, Cavabdeh iştirakı ilə, ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qət edilmişdir. -İş materiallarında olan ərizələrin surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə və Azərbaycanın Latviya Respublikasındakı Səfirliyinə müraciətlər etmişdir. -Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin notariusu X7 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2017-ci il tarixli 1974 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci ildə Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2013-cü il təvəllüdlü övladları X4 X2 ilə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəyə gedib qayıtmasına dair verdiyi 7E-18178 reyestrli razılıq ərizəsi onun xx.xx.2017-ci il tarixli ərizəsi əsasında ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X2 xx xxxx 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxx 2013-cü il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə X9 hər həftənin şənbə və bazar günləri saat 10.00-dan 13.00-dək olmaqla Bakı şəhərində əyləncə mərkəzlərinin birində X1 iştirakı ilə, ünsiyyətdə olmağı üçün görüş vaxtı müəyyən edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdeh azyaşlı uşağını da götürüb xx xxxx 2017-ci il tarixdə Latviya Respublikasının Riqa şəhərinə getmiş və bununla iddiaçının oğlu ilə görüş hüququ pozulmuşdur. İddiaçı oğlunun Azərbaycan Respublikasına qaytarılmasına köməklik edilməsi üçün bir sıra orqanlara şikayət etmişdir. Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunda xx.xx.2013-cü il təvəllüdlü övladları X4 X2 ilə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkəyə gedib qayıtmasına dair verdiyi 7E-18178 reyestrli razılıq ərizəsi onun xx.xx.2017-ci il tarixli ərizəsi əsasında ləğv edilmişdir. İddiaçı cavabdehin uşaqla birlikdə yenidən xarici ölkəyə getmək etimalını nəzərə alaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV bəndlərinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, qanunverici 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, işin araşdırılan hallarından və tərəflərin izahatından məlum olduğu kimi iddiaçı cavabdehə uşağı Şahverənov Natiq ilə xarici olkəyə gedib-gəlməsi üçün notariat qaydasında təsdiq olunmuş etibarnamə vasitəsi ilə razılıq vermişdir. Həmin razılıq əsasında cavabdeh bir müddət Latviya Respublikasının Riqa şəhərinə getsə də ölkəsinə qayıtmışdır. Eyni zamanda iddiaçı tərəfindən etibarnamə ləğv edilmiş, artıq cavabdehin uşaqla xarici ölkəyə gedib gəlmək hüququ məhdudlaşdırılmışdır. Hazırda isə uşağın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin uşaqla xarici ölkəyə gediş-gəliş hüquqlarının məhkəmə qaydasında məhdudlaşdırılmasına lüzum qalmamışdır. Əgər iddia tələbi təmin edilərsə həmin qərar şəxsin onsuzda məhdudlaşdırılmş uşaqla xarici ölkəyə getməsi hüququnun yenidən məhdudlaşdırılması olardı ki, bu isə Konstitusiyasının vətandaşlara vermiş olduğu hüquq və azadlıqların pozulmasıdır. «X12» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin muhafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin xx xxxxxx 1989-cu il tarixli «X12 Konvensiya»sının 9-cu maddəsinin İ bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. İstinad olunan hüquq normalarının məzmunundan aydın olur ki, iddiaçının uşağı ilə birgə yaşayan valideyn kimi öz uşağının maraqlarını üstün tutmaq şərti ilə ona dair qərar qəbul etmək, hazırkı halda onu Azərbaycan Respublikasından xaricə aparıb-gətirmək, onun daha yaxşı təhsil almaq, istirahətini və sağlamlığını təmin etmək üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşağın daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq və beynəlxalq təcrübəyə əsaslanaraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ölkədən getməsinə qadağa qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3683/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3683/2020
26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver