Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3723/2020 28.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun, övladlarıxx.xx.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Abşeron rayonu VVADQ şöbəsində qeydiyyata alınmış və bu haqda 474 saylı qeyd aparılmışdır. Birgə nikah dövründə xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşaqları olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra cavabdehin atası, Məhərrəm Əliyevə məxsus Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Birgə nikahdan olan övladları həmin ünvanın sahə daxilində poliklinika qeydiyyatına alınmış və ərazi üzrə orta məktəbdə təhsil almışdır. Cavabdehlə ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdeh müxtəlif bəhanələrdən evə söz söhbət salmış, onu təhqir etmiş, bir neçə dəfə döymüşdür. Övladlarının boşanmış ailədə yaşamaması üçün düzələcəyinə ümid edərək yoldaşının hərəkətlərinə dözməyə çalışsa da, nəticəsi olmamışdır. Sonuncu dəfə baş verən şiddətli mübahisəyə ailəsinin məlumatı olduğundan onun döyülməməyindən ötrü evdən sadəcə geyim əşyaları ilə birlikdə aranın sakitləşməsi üçün məcbur olub çıxarmışlar. Daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir. O, cavabdehlərlə birlikdə həmin evin bərpasında abadlıq işlərində iştirak etməklə birgə təsərrüfat aparmışdır. Əmlakları hazırda həmin evdədir. Həmin mənzil özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. Onun başqa yaşayış ünvanı yoxdur. Dəfələrlə övladları ilə birlikdə əmlaklarının olduğu evə qayıtmaq istəsə də, cavabdehlər onu evə buraxmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Sonradan İddiaçı ərizə təqdim edərək, iddia tələbində X3 cavabdehlikdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirdi. Qeyd etdi ki, iddiaçı onlarla birlikdə 12 il Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş evdə yaşamışdır. İddiaçının uşaqları ilə birlikdə həmin evə köçürülməsinə etiraz etmir. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X7 rayonu, Xırdalan şəhəri, Xətai küçəsi, ev 1 A ünvanında qeydiyyatdadır. -Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 19 ünvanında qeydiyyatdadır. -Nikah haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2009-cu ildə rəsmi nikah bağlanmış, X5 Əliyeva soyadı verilmişdir. -Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. İşin məhkəmə iclasında araşdırılan mübahisələndirilməyən hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı cavabdehin atası, Məhərrəm Əliyevə məxsus Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə cehiz əmlakları ilə birlikdə köçürülmüşdür. Cavabdehlə ailə münasibətləri pozulmağa başlamışdır. Sonuncu dəfə baş verən mübahisədən evi tərk edib getmişdir. Dəfələrlə övladları ilə birlikdə əmlaklarının olduğu evə qayıtmaq istəsə də, cavabdeh onu evə buraxmaqdan imtina etmiş, ona görə də iddiasının təmin edilməsini, övladları ilə birlikdə evə köçürülməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 isə məhkəməyə iddianın etirafı barədə ərizə təqdim edərək Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş evə iddiaçının uşaqları ilə birlikdə köçürülməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etiraf edərək onu qəbul etmələri qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qanunun qeyd edilən normasını əsas tutub, cavabdehin iddia ərizəsini etiraf edərək qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı övladları-xx.xx.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları, xx.xx.2010-cu il təvəllüdlü X10 və 11 03.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülsünlər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3723/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3723/2020
28.10.2020 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver