Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5206/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəliyev Ramil Əmirxan oğlunun, cavabdehlər Maraqlı şəxs və Cavabdeh vəkili Vəkil Kamran oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1303/2021 nömrəli iş üzrə 21.04.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Maraqlı şəxs və Cavabdeh tərəf indən verilmiş kassasiya şikayətlərinə dair işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı Cavabdeh ilə 07.08.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi olaraq nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından 11.08.2010cu il təvəllüdlü X6 və 20.03.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İddiaçı evlənən zaman cavabdehin atası Maraqlı şəxs məxsus olan Abşeron rayonu Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmüşdür. Ailə münaqişələri nəticəsində iddiaçının evdə yaşamasına cavabdehlər imkan vermirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs F ərid oğluna qarşı özbaşına tikiliyə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun övladları - 11.08.2010-cu il təvəllüdlü X6 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdehlə nikahından olan övladları mübahisəli ünvanın daxil olduğu sahə poliklinikasında qeydiyyatına alınmış və ərazi üzrə orta məktəbdə təhsil almışdır. Cavabdeh müxtəlif bəhanələrlə söz-söhbət salmış, onu təhqir etmiş, bir neçə dəfə döymüşdür. İddiaçı övladlarının boşanmış ailədə yaşamaması üçün, münasibətlərin düzələcəyinə ümid edərək yoldaşının hərəkətlərinə dözmə yə çalışsa da, nəticəsi olmamışdır. Sonuncu dəfə baş verən şiddətli mübahisədən sonra evdən sadəcə geyim əşyaları ilə birlikdə aranın sakitləşməsi üçün məcbur olub evdən çıxmışdır. Daha sonra nikahın pozulması barədə məhkəməyə müraciət edilmişdir. Cavabdehlərlə birlikdə həmin evin bərpasında, abadlıq işlərində iştirak etməklə birgə təsərrüfat aparmışdır. Əmlakları hazırda həmin evdədir. Həmin ev özbaşına tikili olmaqla mülkiyyətdə deyildir. İddiaçının başqa yaşayış ünvanı yoxdur.
4. Birinci instansiya məhkəməsində iddiaçı ərizə təqdim edərək, Maraqlı şəxs cavabdehlikdən çıxarılmasını xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı faktiki tikiliyə köçürülmə tələbinə dair iddiası təm in edilərək, İddiaçı övladları 11.08.2010-cu il təvəllüdlü X6 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 torpaq sahəsində tikilmiş özbaşına tikiliyə köçürülmələri qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsinin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.
7. Məhkəmə qətnaməsində yalnız Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 191.4-cü maddələrinə istinad edilmiş, heç bir maddi hüquq norması göstərilməmişdir.
8. Cavabdeh F.X1 verdiyi, mülki işin 27-ci vərəqində olan etibarnamədən görünür ki, etibar olunana iddianı etiraf etmə səlahiyyəti verilməmişdir. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat
9. Cavabdeh nümayəndəsi və vəkili X3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1303/2021 saylı, 21.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) cavabdehin nümayəndəsi və vəkili E.İ.Yusifovun verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(012)-3723/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı övladları, 11.08.2010-cu il təvəllüdlü X6 və 11 03.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu, Novxanı bağlar massivi 576 saylı torpaq sahəsində tikilmiş Maraqlı şəxs məxsus yaşayış evinə köçürülməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh F.H.Əliyev ilə evlənərək sonuncunun atası Maraqlı şəxs məxus olan yaşayış evinə gəlin köçərkən, yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq mümkün olmadığından iddiaçı gəlin köçərkən həmin vaxt yaşayış evində yaşayan şəxslər onu ailə üzvü kimi qəbul etmişlər.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Maraqlı şəxs məxsus mübahisəli evə gəlin köçərkən onun ailə üzvlərinin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zam an onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, iddiaçı bütün cehiz əşyalarını həmin evə yerləşdirmiş və hazırda da əmlakının bir hissəsi mübahisəli evdədir. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilməmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərini n dəlilləri
14. Cavabdehlər Maraqlı şəxs və Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmələr iddia tələbinə baxarkən, hazırkı iş üzrə Cavabdeh olmasına baxmayaraq, cavabdehlikdən çıxarılmış Maraqlı şəxs yönələn iddia tələbinin təmin olunması haqqında qərar çıxartmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qətnamə Maraqlı şəxs özünə məxsus olan əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən kobud prosessual pozuntuya yol verilmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməmiş, sübutların qiymətləndirilməsi zamanı obyektivlik və qərəzsizlik meyarı pozulmuş, nəticədə qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
16. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Maraqlı şəxs və Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəliyev Ramil Əmirxan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qə bul edilməsini xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Maraqlı şəxs və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM- in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apar mır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası Maddə
33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə
43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin on unla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətn amə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassas iya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqi zamanı ziddiyyətli mövqe tutmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilir ki, tərəflər arasında olan münasibətlər 07.08.2009-cu ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəll əsinin və Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.
29. Daha sonra apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduğunu qeyd etmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir.
30. Lakin bu maddi hüquq normaları fərqli hüquqi vəziyyəti tənzimləyir. Apellyasiya instansiyasının qətnaməsində də göstərildiyi kimi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən i stifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
32. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsinə 07.08.2009-cu ildə köçməsinə görə, həmin yaşayış sahəsinə hüquqları Mülki Məcəllənin 228-ci maddəsinin dispozisiya şərtləri əsasında müəyyən edilməlidir.
33. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş gen iş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
34. Nəzərə aklınmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeyd-şərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun. 35. 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə bu məsələləri başqa formada tənzimləyir. Həmin müddəalar mülkiyyətçinin hüquqlarını daha çox müdafiə edərək yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə istifadə hüququ arzulayan şəxs arasında notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və eyni zamanda bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir.
36. Lakin iddiaçı ilə evin sahibi arasında bu cür müqavilə bağlanmamışdır.
37. Apellyasiya instansiyası bəhs olunan müqavilənin o lmamasına baxmayaraq iddiaçının evə köçürülməsini onunla izah etmişdir ki, mübahisəli evin üzərində cavabdehin mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu səbədən iddiaçı Maraqlı şəxs məxsus olan yaşayış evinə gəlin köçərkən yaşayış evinin istifadəçisi ilə müqavilə bağlamaq mümkün deyildi. Ona görə də, iddiaçı gəlin köçərkən həmin vaxt yaşayış evində yaşayan şəxslər onu ailə üzvü kimi qəbul etmişlər.
38. Məhkəmənin bu əsaslandırması qəbul edilən deyildir. Əvvəla işdən iddiaçının köçdüyü evin sahibi ilə müqavilə bağlamağa səy göstərməsi müəyyən olunmur. Bundan başqa, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbi imperativ tələbdir və istifadə hüququnu başqa hüquqi əsasla əlaqələndirmir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 123-cü maddə sini tətbiq edərkən cavabdehi mülkiyyətçi statusunda tanıyır. Lakin Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi zamanı onun mülkiyyətçi olmaması əsası ilə həmin normanı cavabdehə şamil etmir.
39. Mülki Məcəllənin 228.5-ci maddəsinin iddiaçıya şamil edilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün MM-in 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmə k ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.
40. Evin hüquqi rejimi ilə bağlı qeyd olunmalıdır ki, həmin evin inşa olunmasına müvafiq icazənin təqdim olunmamasına baxmayaraq, evin yerləşdiyi torpaq sahəsinin Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1988-ci il tarixli, 150/6 saylı qərarına əsasən ayrıldığına dair sübutu təqdim etmişdir. Həmçinin tərəflərin izahatlarından görünür ki, iddiaçı oraya köçürülənədək ev mövcud olmuşdur.
41. İşin bu halı, evin cavabdeh Maraqlı şəxs gözlənilən mülkiyyət hüququnun olmasına dəlalət edir ki, bu da baxılan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları baxımından yanaşılmasını tələb edir. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktik hallarına uyğun nəticəyə gəlməmiş, mübahisəyə maddi hüququ normalarını düzgün tətbiq etməmişdir.
42. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1303/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.