Məhkəmə qərarları › İş №2(012)-3725/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3725/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3725/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsi) qarşı aliment üzrə borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsi) qarşı aliment üzrə borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, yığılan 17975 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-503/2009 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, iddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızı ilə aralarında olan xx.xx.2007-ci il tarixdə bağlanmış nikahlarına xitam verilmişdir və övladı xx.xx.2007-ci il təvəllüdlü X7 onun yanında qalması qət edilmişdir. İlkin iddia üzrə cavabdeh Əmiraslanova (Karagöz) Gülnar Məmmədşəfi qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına şikayət verərək, Abşeron rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin qismən-azyaşlı uşağı xx.xx.2007-ci il təvəllüdlü X7 onun himayəsində saxlanması və məndən alınıb ona verilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir və bu şikayət də məhkəmə tərəfindən qəbul edilərək xx.xx.2007-ci il təvəllüdlü X7 anası Əmiraslanova (Karagöz) Gülnar Məmmədşəfi qızının himayəsində qalmasına dair tələbini xx.xx.2010-cu il tarixli, 2(105)-34/2010 saylı qətnaməyə əsasən təmin etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(012)-1266/2010 saylı icra əmrinə əsasən, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X10 görə xx.xx.2010-cu il tarixdən bir uşağın yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay qazancımın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Əmiraslanova (Karagöz) Gülnar Məmmədşəfi qızına ödənilməsi qərara alınmışdır. Əmiraslanova (Karagöz) Gülnar Məmmədşəfi qızı 2010-cu il tarixdən Azərbaycan Respublikasını tərk edərək, oğlunu ana nənəsinin himayəsinə buraxıb Türkiyə Respublikasına getmişdir. Orada Türk vətəndaşı ilə ailə qurmuş və hal-hazıradək onunla və ya qohumlarıyla heç bir əlaqə saxlamamışdır. Bir müddətdən sonra 2010-cu ilin axırlarında ana nənəsi, onun evinə gəlmiş qızının daha Türkiyədən gəlməyəcəyini xəbər verərək, nəvəsi X10 baxmaq iqtidarında olmadığını bəyan etmişdir. Həmin andan etibarən ana nənəsi oğlunu ona təhvil vermiş, bundan sonra oğlu onunla yaşamağa başlamışdır. Əmiraslanova (Karagöz) Gülnar Məmmədşəfi qızının ölkədə olmadığı müddət ərzində o, oğluna 14 yaşına çatanadək hər bir vicdanlı atanın göstərdiyi qayğını, maddi-mənəvi dayağı göstərmişəm, onun tərbiyəsində və yaxşı təhsil alımasında yaxından iştirak etmiş, yuxarıda qeyd etdiklərini məhkəmə prosesi zamanı bütün sübutlarla təqdim etməyə hazırdır. Bu dövrədək o, Xalıqov Xaliqin saxlanılması üçün nə anasından, nə də başqa bir qohumundan yardım istəməmiş, həmçinin qarşı tərəf də ona hər hansı bir maddi yardımı göstərməmişlər. Onu da qeyd edir ki, oğlu üçün bu illər ərzində bütün məktəb ləvazimatlarının alınmasını, gəzinti-idman, təhsil-məşğələ xərclərini ödəmiş, nümunəvi bir insan kimi öz atalıq borcunu layiqincə yerinə yetirmişdir. X7 yanında qaldığı illər ərzində sağlamlığının da keşiyində durmuş, ölkəsinə layiqli bir vətəndaş kimi yetişməsində, gələcəkdə möhkəm iradəyə malik, vətəninə mətin bir əsgər yetişdirilməsində onun böyük rolu olmuş, həmçinin əxlaqi tərbiyəsində də yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli xxxxxxx0002 saylı müayinə barədə məlumat sistemində İddiaçı dair sağ budun yuxarı 1/3-nin sınığı, sol diz oynağının sınığı və sağ baldır sümüklərinin aşağı 1/3-nin sınığı diaqnozu qoyulmuş və ikinci dərəcəli əlillik statusunda olduğu təsdiqini tapmışdır. Əlil olmağı oğluna aid ehtiyacların qarşılanmamasına dəlalət etməmiş, ailəməişət zəminində ona və ailəsinə heç bir maddi sıxıntı çəkdirməmişdir. X3 onun himayəsində qaldığı üçün bu dövrədək heç bir aliment ödəməmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2010-cu il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1266/2010 saylı xx.xx.2010-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında və alimentin tutulmasını könüllü icra edilməsi barədə bildirş borcluya-ona 2024-cü il tarixdə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli 8(012)-76/2024 saylı Abşeron rayon Məhkəməsinin qərardadına əsasən yığılmış 17400 manat borcun təmin olunmaması səbəbindən İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilmiş və inzibati tənbeh olunaraq 8 sutka həbs edilmişdir. Odur ki, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-503/2009 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, iddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızı ilə İddiaçı arasında 18 iyun 2008-ci il tarixdə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X8 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(105)-34/2010 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-503/2009 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızının cavabdeh İddiaçı qarşı birgə nikahdan doğulmuş azyaşlı uşağı X8 onun himayəsində saxlanılması və 04 iyul 2007-ci il təvəllüdlü X8 cavabdehdən alınıb ona verilməsi barədə iddiasının təmin edilməsi, 04 iyul 2007-ci il təvəllüdlü X1 Gülnar Məmmədşəfi qızının himayəsində saxlanılması və 04 iyul 2007-ci il təvəllüdlü X2 Zöhrab Vaqif oğlundan alınıb Əmiraslanova Gülnar Məmmədşəfi qızına verilməsi, İddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızına qarşı azyaşlı uşağın onun himayəsində qalması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin 2(012)-1266/2010 saylı xx.xx.2010-cü il tarixli icra sənədindən görünür ki, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub Əmiraslanova Gülnar Məmmədşəfi qızına ödənilməsi qərara alınmışdır. -Abşeron Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 17/75 2927-1Q saylı sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012) - 1266/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 5075,16 manat, xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək 2051.98 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3710.70 manat məbləğində olmaqla cəmi 10837,84 manat məbləğində ödənilməmiş aliment borcu vardır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş X5, X6 və X9 tərəfindən öz imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsində yaşayan qonşuları İddiaçı övladı xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il tarixdən - xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən - xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək atasına məxsus evdə atasının himayəsində yaşamışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(012)-76/2024 saylı qərardadından görünür ki, hazırda İddiaçı Cavabdeh 17400 manat məbləğində borcu yığılmışdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-503/2009 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızı ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikahın pozulması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X8 atası İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(105)-34/2010 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-503/2009 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızının cavabdeh İddiaçı qarşı birgə nikahdan doğulmuş azyaşlı uşağı X8 onun himayəsində saxlanılması və 04 iyul 2007-ci il təvəllüdlü X8 cavabdehdən alınıb ona verilməsi barədə iddiasının təmin edilməsi, 04 iyul 2007-ci il təvəllüdlü X1 Gülnar Məmmədşəfi qızının himayəsində saxlanılması və 04 iyul 2007-ci il təvəllüdlü X2 Zöhrab Vaqif oğlundan alınıb Əmiraslanova Gülnar Məmmədşəfi qızına verilməsi, İddiaçı Əmiraslanova Gülnar Məmmədşəfi qızına qarşı azyaşlı uşağın onun himayəsində qalması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1266/2010 saylı, xx.xx.2010-cü il tarixli icra sənədi ilə İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub Əmiraslanova Gülnar Məmmədşəfi qızına ödənilməsi qərara alınmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, yığılan 17975 manat aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 17/75 2927-1Q saylı sorğuya cavab məktubuna əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-1266/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 5075,16 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 2051,98 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3710,70 manat məbləğində olmaqla cəmi 10837,84 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Lakin Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş X5, X6 və X9 tərəfindən öz imzaları ilə təsdiq edilmiş aktdan göründüyü kimi Abşeron rayonu, Qobu qəsəbəsi, Ağamalıoğlu küçəsində yaşayan qonşuları İddiaçı övladı xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən - xx.xx.2019-cu il tarixədək, xx.xx.2021ci il tarixdən - xx.xx.2023-cü il tarixədək atasına məxsus evdə atasının himayəsində yaşamışdır. Odur ki, iş materiallarından da göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladı xx.xx.2007-ci il təvəllüdlü X14 xx.xx.2009-cu il tarixdən - xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən-xx.xx.2019-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək atası İddiaçı yanında yaşadığından, eyni zamanda uşağın bütün maddi təminatı, xərcləri iddiaçı tərəfindən qarşılandığından, məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan dövrdə aliment ödəməkdən azad edilməli və qeyd İddiaçı hesablanmış 10837.84 manat məbləğində aliment borcu silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcun silinməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-1266/2010 saylı, xx.xx.2010-cü il tarixli icra sənədi üzrə İddiaçı ona hesablanmış 10837.84 manat məbləğində aliment borcundan azad edilərək, həmin borc silinsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar