Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3727/2020 10.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında ba-xaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə müraciət edərək, onun “ünvan 1 ünvanında qeydiyyatda olduğunu və orada da yaşadığını,odur ki, 2(012)-3727/2020 nömrəli mülki işin baxılması aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı işin məhkəmə aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçıları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbi barədə iddia ərizəsinə dair 2(012)-3727/2020 nömrəli mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehin ünvanını “ünvan 2 mənzil 31” olaraq qeyd etmiş və bu barədə AR DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli arayışını əlavə etmişdir. Lakin, xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh rəsmi qeydiyyatı “ünvan 1 ünvanındadır və Sumqayıt ASAN Xidmət Mərkəzi tərəfindən ona xx xxxxxx 2020-ci ildə həmin qeydiyyat ünvanının təsbit olunduğu AA ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir ("AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumat). Yəni, cavabdehin rəsmi qeydə alındığı ünvanın Abşeron rayonunun inzibati ərazisinə heç bir aidiyyəti yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, iş üzrə cavabdehin rəsmi qeydə alındığı ünvan Sumqayıt şəhərinin ərazisində olduğu üçün İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə baxılması üçünSumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 44-45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "qətnamə ilə təyin olunmuş alimenti ödəmək öhdəliyindən azad edilməsi" tələbi barədə 2(012)-2153/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3727/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3727/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver