Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3732/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı X1 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı X4 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 15 avqust 2017-ci il tarixdə Cəbrayıl rayonu Qeydiyyat Şöbəsində 82 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflərin birgə nikahından heç bir uşaqları olmamışdır. İddia ərizəsinə əlavə edilən sənədlər arasında iddiaçının nikahın pozulması ilə bağlı ilk olaraq müvafiq orqana müraciət etməsini göstərən hər hansı bir sübut yoxdur. Hazırki halda tərəflər arasında nikahın pozulması müvafiq qeydiyyat şöbəsində aparılır, imtina olunduğu halda məhkəməyə müraciət etmək olar. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ailə Məcəlləsinin 17.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Belə olduqda iddiaçı X4 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair işə məhkəmə qaydasında baxılması yolverilməzdir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya ilkin olaraq müvafiq qeydiyyat şöbəsinə müraciət etməsi, imtina olunduğu halda məhkəməyə müraciət etməsi izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinın iddianın yolverilməzliyi ilə əlaqədar imtina edildiyindən, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.2-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1.2 və 153cü maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı X4 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 50 manat məbləğində dövlət rüsumu X3 qaytarılsın. İddiaçıya ilkin olaraq müvafiq qeydiyyat şöbəsinə müraciət etməsi, imtina olunduğu halda məhkəməyə müraciət etməsi hüquqlarının olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3732/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3732/2024
10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver