Məhkəmə qərarları › İş №2(012)-374/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-374/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-374/2021 10.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ödənməmiş alimentin ləğv olunması və yeni ödəniş qrafikinin müəyyən edilməsi» tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yığılıb qalmış 4710 manat aliment qalığının ləğv olunması, bundan sonra ayda 250 manat olmaqla, yeni qrafikin müəyyən olunması, Cavabdeh onun soyadından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı onun oğludur. Oğlu Cavabdeh ilə 2003cü ildə ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2005-ci il təvəllüdlü X6 və xx xxxx 2006-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-250/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Göyçay Rayon İHB-nin şəhadət k/b üzrə nümayəndəliyində 047502 №-li nikah qeydini ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan oğlu xx xxxxxx 2005-ci il təvəllüdlü X3, xx xxxx 2006-cı il X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. Qətnamə çıxdıqdan sonra Cavabdeh pula ehtiyacı olmadığını bildirmişdir. Oğlu isə işsiz olduğu üçün aliment ödəyə bilməmişdir. Bu səbəbdən kifayət qədər aliment borcu yaranmışdır. Hal-hazırda oğlu hər ay 198 manat aliment ödəyir. Oğlu 6160 manat olan məbləğdən 1450 manat ödəmişdir, qalan 4710 manatı isə ödəmək imkanı yoxdur. Oğlunun aylıq əmək haqqı 280 manatdır. Bundan sonra iddiaçı ayda 250 manat aliment ödəyə bilər. Bundan başqa Cavabdeh aralarında olan nikahın pozulmasına baxmayaraq hələ də iddiaçının soyadında qalmaqdadır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə hazırlıq iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. 2018-ci ilin fevral ayında iddiaçı ilə aralarındakı nikah pozulmuşdur. Uşaqların saxlanılması üçün hər uşağa 100 manat olmaqla, ümumilikdə 200 manat aliment tutulmuşdur. Lakin iddiaçı yalnız aya 100 manat aliment ödəyir. Övladlarının birinin 16, digərinin isə 15 yaşı vardır. İddiaçı uşaqlarla görüşmür və ünsiyyət saxlamır. İddia əsassız olduğundan məhkəmədən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-250/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Göyçay Rayon İHB-nin şəhadət k/b üzrə nümayəndəliyində 047502 №li nikah qeydini ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan oğlu xx xxxxxx 2005-ci il təvəllüdlü X3, xx xxxx 2006-cı il X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 352193 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikhın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixində 67 № ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq və prosessual normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Göründüyü kimi iddia tələbi üzrə iddianın əsaslarını sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşsə də, məhkəmədə iddianın təmin olunmasına əsas verən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yığılıb qalmış 4710 manat aliment qalığının ləğv olunması, bundan sonra ayda 250 manat olmaqla, yeni qrafikin müəyyən olunması və cavabdehin onun soyadından çıxarılması tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar