Məhkəmə qərarları › İş №2(012)-382/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-382/2022

17.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-382/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı və onun vəkili-nümayəndəsi X2, Cavabdeh və onun vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra şöbəsinə qarşı «pulun qaytarılması və aliment ödəməkdən azad edilmə» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin 2(012)- 476/2021 saylı icra sənədinə əsasən 09.09.2021-ci ildən 09.04.2021-ci il tarixədək onun tələbkara qalmış 735 manat aliment borcundan, 2021-ci ilin aprel ayının 1-dək hal-hazırki vaxtadək artıq hesablanmış 370 manat alimentdən, Abşeron məhkəməsinin hakimi Məlahət Abbasovanın icraatında olan 2(012)-3698 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək alimentin ödənilməsindən azad olunmağı, övladları 01.10.2012-ci il təvəllüdlü X10 və 17.03.2014-cü il təvəllüdlü X7 doğum haqqında şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının, tibbi kartalarının, 01.10.2012-ci il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar pensiya kartının və 01 aprel 2021-ci il tarixdən həmin karta köçürülmüş pul məbləğlərinin cavabdehdən alınıb ona verilməsi barədə xeyrimə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1nədinə əsasən 09.09.2020-ci il tarixdən hal-hazırkı tarixədək ödədiyi alimentin məbləğindən 01.04.2021-ci il tarixədək yaranmış borc məbləğləri 1960 manat çıxıldıqdan sonra həmin tarixdən sonra artıq ödənilmiş dekabr ayı da daxil olmaqla 1435 manat pul məbləğinin Cavabdeh tutularaq ona qaytarılması, Abşeron rayon məhkəməsinin hakimi Məlahət Abbasovanın icraatında olan 2(012)- 3698 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək alimentin ödənilməsindən azad olunmağı, övladları 01.10.2012-ci il təvəllüdlü X10 və 17.03.2014-cü il təvəllüdlü X7 doğum haqqında şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının, tibbi kartalarının, 01.10.2012-ci il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar pensiya kartının və 01 aprel 2021-ci il tarixdən həmin karta köçürülmüş yanvar ayı 2022-ci ii də daxil olmaqla 2000 manat pul məbləğinin cavabdehdən alınıb ona verilməsi barədə xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)- 476/2021 saylı 05.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi ilə) tərəfindən Cavabdeh qarşı "nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, Abşeron rayon Qeydiyyat şöbəsində 13.05.2013-cü il tarixdə bağlanmış nikahları pozulmuş, nikah pozulduqdan sonra övladları 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması müəyyən edilmiş, uşaqların saxlanması üçün ondan 11.09.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. 01.04.2021-ci ildə xəstələndikləri üçün uşaqları anası gətirib onun üstünə atıb getmişdir. Bundan sonra tərəfindən “qətnamənin dəyişdirilməsi, uşaqların atanın yanında olmasının müəyyən edilməsi tələbinə dair" iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladları 01.10.2012-ci il təvəllüdlü X4 şəhər 1 saylı tam orta məktəbin 3 sinfində, 17.03.2014-cü il təvəllüdlü X11 1-ci sinfində təhsil alırlar. Bundan öncə tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində Cavabdeh övladlarının təhsili ilə maraqlanmadığını, səhhətlərinin qeydinə qalmadığını, uşaqlarla kobud rəftar etməsi, incitməsi, X3 respirator virus infeksiyası, kəskin bronxit, sol ağciyərin agenizasiyası, açıq botal axarı xəstəliyindən əziyyət çəkdiyi göstərilmişdir. Uşaqlar məhkəmə qətnaməsi ilə ananın yanında qaldığı müddət ərzində cavabdeh yenə də uşaqların təhsili ilə maraqlanmamamış, səhhətlərinin qeydinə qalmamış, uşaqlarla kobud hərəkətlər etmiş, onları incitmiş, X6 -19 xəstəliyinə tutulmuş, X10 müalicəsi ilə məşğul olmamışdır. Bunun əvəzinə X10 xəstəliyi ilə bağlı aldığı 200 manat pensiya və onun uşaqların saxlanması üçün ödədiyi aliment hesabına çox pul tələb edilən özünə estetik gözəllik cərrahiyyə əməliyyatı etdirmişdir. Sentyabr 2020-ci ildən aprel 2021-ci ilədək uşaqlar analarının yanında qaldıqları dövrdə 22 noyabr 2020-ci il tarixdə Mehdinin döş qəfəsində ciyərlərində kölgələr yarandığından və Mədinədə Kovid-19 yoluxucu, sidik qaçırma ilə xəstələlənmələri səbəbindən dayısı oğlunun vasitəsi ilə onun yanına göndərmişlər və onlar uşaqların xəstəliklərini müalicə etdirmişlər. Uşaqların müalicəsindən 22 noyabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək uşaqlar onun yanında qalmışlar, sonra o uşaqları aparıb analarının yanında qoymuşdur. 01.04.2021-ci ildə cavabdeh uşaqları gətirib ona vermiş və çıxıb getmişdir. Bundan sonra o, uşaqların təhsili, səhhəti və qidalanmaları ilə məşğul olmuşdur, daha doğrusu bununla təkcə o yox, valideyinləri də bununla məşqul olmağa başlamışlar. Uşaqların ananın yanında saxlanması uşaqların mənafeyinə uyğun deyildir. Uşaqlar analarının yanına getmək istəmirlər və onunla qalmaq istəyirlər. Yaşadığı evin şəraiti olduqca yaxşıdır. “Qətnamənin dəyişdirilməsi, uşaqların atanın yanında olmasının müəyyən edilməsi tələbinə dair” iddia üzrə 2(012)-3698/2021 saylı mülki iş Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədovun icraatında düşmüşdür. Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədova tərəfindən etiraz verilmişdir. Etiraz təmin olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, bundan öncə tərəflər arasında “nikahın pozulması və uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair 2(012)- 476/2021 saylı mülki işə məhkəmənin hakimi Məmmədov Elman Tofiq oğlunun sədrliyi ilə baxılmış onun təqdim etdiyi sübutlar, tam, hərtərəfli, obyektiv araşdırılmamış və ziyanına qətnamə qəbul edilmişdir. İş məhkəmənin hakimi Məmmədov Elman Tofiq oğlundan götürülmüş və məhkəmənin hakimi Məlahət Abbasovanın icraatına verilmişdir. 05.08.2021-ci il tarixdə saat 12:30-da təyin edilən məhkəmə iclasında uşaqların rəyləri tərəflərin işrirakı ilə məhkəmədə öyrənilmişdir. Uşaqlar analarını istəmədiklərini, və onlara anaları tərəfindən fiziki ağrılar yetirildiklərini, onunla birlikdə qalmaq istədiklərini bildirmişlər. Mədinə məhkəmədə bildirmişdir ki, anası belinə dəmirlə vurmuş, xəsarət yetirmişdir. Ancaq uşaqlar bu barədə ona heç nə deməmişlər. Bununla bağlı o, Abşeron RPl-nə müraciət etmişdir. Polisdən iş ekspertizaya göndərilmişdir. Ekspertin 1165 saylı 03.06.2021ci il tarixli rəyində 17.03.2014-cü il təvəllüdlü X7 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsasrət-bel büzdüm nahiyəsinin çapıq toxuması cırılmış yaranın izi olmaqla tinli bərk küt əşya təsirindən törənmişdir, törədilmə müddəti müayinədən 1,5 il əvvələ uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərəvurmaya aid olduğu göstərilmişdir. Uşaqların izahatları və ekspertin rəyində yüngül xəsarətin uşaqlara yetirilməsi faktı təsdiq edilsə də təhqiqatçı özünün 12 iyun 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. Bununla bağlı Abşeron rayon prokroruna müraciət edilmiş və Abşeron RPl-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Alqayıt Mikayılovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 iyun 2021-ci il tarixli qərarını ləğv edib, həmin fakt üzrə cinayət işinin başlanması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Hazırda ərizəyə prokrorluqda baxılmaqdadır. İşin yuxarıda təsvir olunan hallarından göründüyü kimi 01.04.2021-ci il tarixdən uşaqlar onunla qalır, 2(012)-476/2021 saylı Abşeron rayon məhkəməsinin icra sənədinə əsasən ondan aliment tutulur, uşaqları o təmin edir, buna baxmaraq Abşeron rayon icra şöbəsi alimentin ödənilməsini dayandırmır. Bununla bağlı icra qurumuna tərəfindən müvafiq sənədlər nümayəndəliyin arayışı təqdim edilmiş, ancaq icra qurumu özünün 27/221226—30 saylı, 02.08.2021-ci il tarixli məktubu ilə bundan ona imtina vermiş, aliment məbləğini hazırkı tarixədək hesablamış, borcun tutulması əmək haqqına yönəldilmiş və aliment məbləğindən azad olunma barədə məhkəməyə müraciət etməyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Hazırda o, “Divan” ekspres otelində aşpaz vəzifəsində işləyir, aylıq əmək haqqı 700 manat təşkil edir. İşə mühiyyəti üzrə baxılıb qurtarmamışdır. Hesab edir ki, göstərilən hallar AM-in 107.2-maddəsinin təsiri altına düşür. Hər ay ondan 443 manat aliment tutulur. Qətnamədə alimentin 09.09.2020-ci ildən tutulması qeyd edilmişdir. Uşaqlar isə 01.04.2021-ci il tarixdən onunla qalır. Hazırda onun aliment borcu yoxdur. Ondan 1435 manat artıq pul tutulmuşdur. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı onun vəkili-nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. 01.04.2021-ci il tarixdən uşaqlar atalarının yanında qalır və iddiaçı qərəzli olaraq uşaqları ondan almışdır. Uşaqlar onunla qalmaq istəmirlər. Övladı 01.10.2012-ci il təvəllüdlü X12 xəstə olduğundan əlilliklə əlaqədar 200 manat məbləğində pensiya alır. İddiaçı bir kart açdırmış və onun adına həmin kartdan pul çıxarmışdır. Bu səbəbdən də o, Vahabzadə Mehdiyə məxsus pensiya kartını iddiaçıya vermək istəmir. İddiaçının ona aliment borcu vardır. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili X13 iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, o, iddiaçının Cavabdeh qarşı iddia tələbi ilə qəti şəkildə razılaşmır. İddiaçı aliment pulunun alınıb Cavabdeh verilməsi işi Abşeron rayon İcra və X15 adlı icra məmurunun icraatına verilmişdir. Buna görə də düşünür ki, Orxan adlı icra məmuru 2(012)-3588/2021 saylı mülki işə cəlb edilməli və İddiaçı əmək haqqından tutulan aliment məbləğlərinin çıxarışını almaq və məhkəməyə təqdim etmək üçün onun iş yerinə sorğu göndərilməsi vacibdir. Belə olan halda məlum olacaq ki, İddiaçı Cavabdeh qarşı iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıdakıları nəzərinizə çatdıraraq, İddiaçı Cavabdeh qarşı alimentdən azad olunma tələbinə dair iddia tələbinin rədd edilməsi, Abşeron rayon İcra və X15 adlı icra məmurunun 2(012)-3588/2021 saylı mülki işə cəlb edib, nə qədər alimentin Cavabdeh xeyrinə tutulması barədə sənədlərin təqdim edilməsi, İddiaçı alimentə görə əmək haqqından tutulan pul məbləğləri barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün onun iş yerinə sorğu verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Abşeron rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-476/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanan 13 may 2013-cü il tarixli, 297 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması, 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı 11.09.2020ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-476/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanan 13 may 2013-cü il tarixli, 297 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması, 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014cü il təvəllüdlü X1 üçün İddiaçı 11.09.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X11 anaları Cavabdeh himayəsinə verilməsinə baxmayaraq, 01.04.2021-ci il tarixdən sonra 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X11 ataları İddiaçı yanında qalmışlar. Lakin uşaqlar atalarının himayəsində olmasına baxmayaraq, İddiaçı aliment tutularaq Cavabdeh ödənilmişdir. Ona görə də, artıq ödənilmiş 1435 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinin hüquqi əsasları müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Bundan əlavə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin hakimi Məlahət Abbasovanın icraatına 22.05.2021-ci ildə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra şöbəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-476/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, övladları 01.10.2012-ci il təvəllüdlü X12 və 17.03.2014-cü il təvəllüdlü X7 atalarının yanında olmasının müəyyən edilməsini xahiş etmiş və hal-hazırda həmin tələblə bağlı məhkəmə qərarı qəbul edilməmişdir.Ona görə də məhkəmə işin faktiki hallarına istinad edərək hesab edir ki, Abşeron Rayon Məhkəməsində olan 2(012)-220/2022 saylı mülki iş yekunlaşmadığı üçün, digər tərəfdən uşaqların anasının himayəsində qalması və aliment tutulması ilə bağlı qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)-476/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinin mövcudluğu iddia tələbinin Abşeron rayon məhkəməsinin hakimi Məlahət Abbasovanın icraatında olan 2(012)-3698 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçının alimentin ödənilməsindən azad olunmağı, övladları 01.10.2012-ci il təvəllüdlü X10 və 17.03.2014-cü il təvəllüdlü X7 doğum haqqında şəhadətnamələrinin, şəxsiyyət vəsiqələrinin, xarici pasportlarının, tibbi kartalarının, 01.10.2012-ci il təvəllüdlü X10 xəstəliyi ilə əlaqədar pensiya kartının və 01 aprel 2021-ci il tarixdən həmin karta köçürülmüş yanvar ayı 2022-ci ii də daxil olmaqla 2000 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində iddianın rədd edilməsinə məhkəməyə əsas verdiyindən,məhkəmə yuxarıda qeyd olunan hissədə iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3, 216-220, 235.1.1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1nədinə əsasən artıq ödənilmiş 1435 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnama rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar