Məhkəmə qərarları › İş №2(012)-3864/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3864/2022

04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3864/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh Ziyəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ziyəddin oğluna qarşı aliment tələbinə dair mülki işə 04 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Ziyəddin oğluna qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə ailə həyatindan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X5 ilə 2017-ci ildə qeyrirəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə 7 ay birlikdə yaşadıqdan sonra ayrılmışlar. Birgə ailə heyatından xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdeh xx.xx.2018 ci ildə azyaşlıya öz ataligini vermişdir. Uşaq doğulduqdan sonra sonra, cavabdeh öz övlad ilə maraqlanmamiş və heç bir maddi yardım görsətməmişdir. İddiaçı təkbaşına uşağı böyütdüyü üçün çətinliklər çekir və maddi dəstəyə ehtiyacı var. Bununla bağlı məlum iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, xx.xx.2018-ci il təvəllüdlü X4 hazırda xəstədir. Onun müalicə olunmağa ehtiyacı vardır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında Cavabdeh Ziyəddin oğlu iddia tələbini qismən qəbul etdiyi, işləmədiyini, 120 manat pensiya aldığını, uşağın saxlanılması üçün hər ay 100 manat ödəyə biləcəyini qeyd edərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 336430 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci ildə doğulmuş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Mülki işin materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-cı il tarixli AZ-İV 115450 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, X4 xx.xx.2018-ci il tarixdə Quba rayonunda anadan olmuş, “atası” qrafasında Cavabdeh Ziyəddin oğlu, “anası” qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki nikahından xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaqlar hazırda iddiaçının yanında qalır. iddiaçı onların saxlanması üçün aliment təyin edilməsini iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin izahatlarından göründüyü kimi cavabdehin minimum yaşayış məbləği həddində aliment ödəmək imkanı yoxdur. Bununla belə uşağın diqqətə layiq mənafeləri əsas götürülməklə, məhkəmə hesab edir ki, uşağın saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü Tağıyeva Um gülsüm Ziyad qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Ziyəddin oğlundan hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ziyəddin oğlundan hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar