Məhkəmə qərarları › İş №2(012)-3865/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3865/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3865/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş və həmin nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı qətnaməsi ilə onun cavabdeh ilə bağladığı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş azyaşlı uşaqların cavabdehin yanında qalması və uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırki müddətədək uşaqların saxlanılması üçün bütün xərclər onun tərəfindən təmin edilmiş, cavabdeh isə uşaqların saxlanılması üçün xərclər ödəmədiyi təqdirdə ondan aliment tələb etmişdir. Abşeron rayon Məhkəməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə uşaqların onun himayəsinə verilməsi üçün müraciət etsə də, şikayətləri təmin olunmamış və uşaqların cavabdehin himayəsinə verilməsi barədə məhkəmə qətnaməsi qüvvədə qalmışdır. Cavabdeh tərəfindən Abşeron rayon Məhkəməsinə boşanma ərizəsi verildiyi gündən indiyədək uşaqlar faktiki olaraq onun himayəsində qalmış, onların saxlanılması üçün çəkilən bütün xərclər onun tərəfindən qarşılanmışdır. Bu səbəbdən də, alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh ilə birgə nikahlarından anadan olmuş uşaqlar hazırda, onun yanındadır, lakin uşaqların onun yanında qalması məhkəmə qətnaməsi ilə olmamışdır. Uşaqlar əvvəl gündən onun yanındadır, analarının yanında qalmamışlar. İndiyə kimi o, cavabdehdən aliment tələb etməmişdir. Bir valideyn kimi uşaqları saxlamaq hər iki valideynin borcudur. O və uşaqları Qəbələ rayonunda yaşayır, uşaqları 4-cü, 6-cı və 8-ci sinifdə oxuyurlar. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, onun İddiaçı ilə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013cü il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı öz iddia ərizəsini təqdim etməklə, real olmayan, obyektivlikdən qəsdən yayınmaqla, qanuni qüvvəsini almış məhkəmə aktlarını nəzərə almadan qanunsuz, məntiqə sığmayan şəkildə aliment tələb etmişdir. İddia tələbi qanunsuz və əsassızdır. O, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1065/2018 saylı qətnaməsi ilə iddiaçı ilə bağladığı nikah pozulmuş, uşaqların onun yanında qalması və yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-782/2019 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-6409/2019 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1065/2018 saylı qətnaməsi ilə uşaqların iddiaçıdan alınaraq onun himayəsinə verilməsi qət edilsə də, hazırki vaxtadək uşaqlar onun himayəsinə verilməmiş və iddiaçı uşaqları verməkdən də imtina etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı onu üç azyaşlı övladı ilə birgə aldadaraq ondan izahat alınacağı adı ilə Abşeron rayon Polis İdarəsinin xidməti otağına dəvət etmiş, onu tək otağa saldıqdan sonra uşaqların üçünü də dəhlizdə saxlamış, həmin danışılmış vəziyyətdən istifadə edən İddiaçı uşaqları çölə çıxararaq avtomobilinə otuzdurmuş və övladlarını oğurlayaraq öz valideynlərinin yaşadığı Qəbələ rayonunun Bum kəndinə aparmışdır. İddiaçı indiyədək uşaqları orada anası X2 yanında qanunsuz olaraq saxlayır və övladlarının onunla əlaqə saxlamağına heç bir imkan vermir. Bununla bağlı, o, aidiyyəti qurumlara ərizə ilə müraciət etmiş, lakin qanuni və obyektiv tədbir görülməmişdir. Hazırda, uşaqları iddiaçının valideynləri Salmanov Məzahir Soltanəli oğlunun və X2 yaşadığı Qəbələ rayonu, Bum kəndində yerləşən evdə qalırlar. Azyaşlı uşaqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanıldığına görə uşaqların qanun çərçivəsində və məhkəmə qətnaməsi əsasında iddiaçıdan alınıb ona verilməsi uşaqların hüquq və mənafeyi baxımından zəruridir. İddiaçının anası uşaqları ona qaytarmaqdan imtina etməsinin səbəbi kimi onu bildirir ki, uşaqlar böyüyüb ona baxmalıdır. Həmçinin, qaynatası içki aludəçisi olmaqla uşaqların onun yanında olması onların sağlamlığı və normal böyümələri üçün təhlükəlidir. Bundan başqa, cavabdehin qardaşı Anar Salmanov ruhi xəstədir və öz hərəkətlərini idarə edə bilmir. X16 eyni evdə yaşayır. Bu baxımdan, uşaqların həyatı təhlükədədir. Uşaqların ruhi xəstə olan şəxslə eyni evdə yaşamaları hər an faciə ilə nəticələnə bilər. Buna görə də o, dəfələrlə müvafiq orqanlara müraciətlər etmiş, lakin müraciətlərə heç bir cavab verilməmişdir. Bu işin icrası ilə əvvəlcə Abşeron rayon İcra və Probasiya şöbəsi məşğul olmuş, indi isə Qəbələ rayon İcra və Probasiya şöbəsinin Sənan adlı icra məmuru 2 ildir ki, məşğuldur. O, həmin icra məmuru ilə dəfələrlə telefon əlaqəsi saxlayaraq məhkəmə qətnaməsinin icra olunmasını xahiş və tələb etmiş, lakin övladlarının alınıb ona verilməsindən ötrü heç bir cəhd göstərilməmişdir. İddiaçı tərəfindən mütəmadi olaraq alçaldılıb-döyüldüyünə, təhqir olunduğuna, onu təpikləyərək evdən qovulduğuna və övladlarını qorxudaraq yaxın buraxmadıqları üçün onlardan ayrı qalmağa məcbur olmuşdur. Sözügedən məhkəmə qərarının icra məmuru tərəfindən qəsdən icra edilməməsi, həm onun bir ana kimi, həm övladlarının hüquqlarını kobud şəkildə pozur. İddiaçı ona aliment ödəməməkdən ötrü belə ədalətsizliyə, haqsızlığa yol verir, nəticə etibarı ilə icra məmuru da ona havadarlıq edir və övladlarını heç göstərməyə belə cəhd etmir. Bu hal isə uzun müddətdir ki, onu sarsıdır, üzür və həyatına qəsd etmək həddinə çatdırır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, nə Qəbələ rayon İcra şöbəsinə getmiş, nə də xahiş etmişdir. Sözügedən sənəd barışıq ərizəsi adı altında döyülərək, təhqir edilərək ona imzalatdırılmışdır. Üç il çalışsa da, o, uşaqları ala bilməmişdir. O, Qəbələ rayonunun Həmzəli kəndinə uşaqlarının oxuduğu məktəbə getmiş, keçmiş yoldaşı və qaynanası ona uşaqlarının onu görmək istəmədiyini bildirmişlər və ona evə getməyi tövsiyyə etmişlər. O, razılaşmış, uşaqları ilk növbədə, onu görmək istəməmiş, sonradan, iddiaçı uşaqları öyrətmiş, bir neçə saatdan sonra isə uşaqları onunla ünsiyyətə girmişlər. Beləliklə, iddiaçının əsl niyyəti barışıq əldə etməklə həmin sənədin imzalatdırılmasına nail olmaq idi. İddiaçının hazırda da, onunla prinsipi vardır. O, uşaqlarına görə barışığa getmiş, lakin barışıq 5 ay müddət çəkmişdir. İddiaçı əvvəlki pis davranışlarından əl çəkməmişdir. İddiaçı onu daima təhqir etmiş, fiziki təzyiq göstərmişdir. Həmin sənəd İcra şöbəsində deyil, evdə məcburi şəkildə ona imzalatdırılmışdır. Onun ümumiyyətlə, həmin sənəddən heç bir məlumatı olmamışdır. O, Qəbələ rayon deyil, Abşeron rayon İcra şöbəsinə müraciət etmişdir. Onun uşaqlarından qəti şəkildə imtina etmək niyyəti yoxdur. İddiaçı könüllü şəkildə uşaqlarını ona versin, o, özü usaqlarını saxlayacaqdır. Uşaqları 5 ildir ki, nənəsi və babasıgildə yaşayır. İddiaçı isə hazırda, Abşeron rayonu Xırdalan şəhərində Nazlı Petrolun yanında yerləşən evində yaşamaqla uşaqları həftə sonundan-sonuna görür. Uşaqları iddiaçı və onun ailə üzvləri tərəfindən öyrədilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X14 Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşıdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında 09 noyabr 2007-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə İƏV üzrə nümayəndəliyində bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü təvəllüdlü X6 atası İddiaçı alınaraq iddiaçı X3 himayəsinə verilməsi, onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər bir uşaq üçün 154 manat, ümumilikdə 462 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, alimentin tutulmasının azyaşlı uşaqların atası İddiaçı anası X3 himayəsinə verildiyi vaxtdan hesablanması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-782/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 6409/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-782/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. -Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı icra sənədinə xitam verilmişdir. Qərardan daha sonra görünür ki, icra sənədi üzrə tələbkar X7 ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Abşeron rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 271 saylı arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi ünvan ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağdam rayonu Pərioğullar sahəsində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Ağdam rayonu Pərioğullar kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olmuş və tərəflərin həmin nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013cü il təvəllüdlü X10 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və birgə nikahlarından olan uşağın iddiaçıdan alınaraq cavabdehin yanında saxlanılması və uşaqların cavabdehin himayəsində verildiyi gündən hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı tərəfindən sözügedən qətnamədən apelyasiya və kassasiya şikayətləri verilmiş və yuxarı instansiya məhkəmələrinin qərarları ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1065/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda, İddiaçı onun himayəsində qalan azyaşlı uşaqlarının saxlanılması və onların maddi təminatının təmin edilməsi məqsədilə, cavabdehdən alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.1. maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. 20.2. maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.5. maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, tərəflərin nikahının pozulmasına, uşaqların atadan alınaraq anaya verilməsinə və uşaqların saxlanılması üçün alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə aktı olsa da, sözügedən qətnamə əsasında verilmiş icra sənədinə tələbkarın, yəni hazırki iş üzrə Cavabdeh ərizəsi ilə “İcra haqqında Qanun”un 20.1.1. maddəsinə əsasən, icraata xitam verilmişdir. Məhkəmə iclasında cavabdeh həmin sənədin məcburiyyət altında imzalanaraq, sözügedən ərizənin mövcud olmasından məlumatı olmadığını bildirsə də, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmiş, Qanunvericiliyin ona verdiyi qərardan 10 gün müddətində şikayət vermək hüququndan yararlanmayaraq xx.xx.2020-ci il tarixdə qəbul olunmuş icraata xitam verilməsi qərarından şikayət verməmişdir. Göründüyü kimi, cavabdehin ərizəsi əsasında uşaqların atadan alınaraq anaya verilməsi, həmçinin, alimentin tutulması barədə qətnamə əsasında verilmiş icra sənədinə xitam verilmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında Qəbələ rayonu deyil, Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət etdiyini bildirsə də, iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsində Qəbələ rayon İcra və Probasiya şöbəsinə müraciət etdiyini, lakin zəruri tədbirlərin görülmədiyini qeyd etmişdir. Başqa sözlə, cavabdeh İcra şöbəsinə müraciət etməklə icraata xitam verilməsi barədə qərarın təqdim edilməklə ondan şikayət vermək hüququnu həyata keçirə bilərdi. Beləliklə də, iddia tələbindən göründüyü kimi, icra sənədi ləğv olunduğundan İddiaçı onun yanında qalan azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı əsasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X10 hazırda, İddiaçı ilə birlikdə Qəbələ şəhərində yaşayır. Ailə Məcəlləsinin: 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qanunun tələblərindən göründüyü kimi, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə azyaşlı uşaqların yaşı, təhsili, maddi və digər ehtiyacları nəzərə alınmaqla uşaqların saxlanılması üçün aliment məbləğinin tutulması, uşaqları saxlamaq, onların ehtiyacının təmin edilməsi hər iki valideynin vəzifəsi olduğundan məhkəmə uşaqların saxlanılması üçün alimentin tutulmasını zəruri hesab edir. Beləliklə də, məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar, həmçinin, iddiaçının cavabdehin rəsmi gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsi nəzərə alınmaqla xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq, Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 80 mаnаt olmaqla, cəmi 240 manat sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar