Məhkəmə qərarları › İş №2(012)-3870/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3870/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3870/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 6900 manat pulun, 6100 manat maddi zərərin və 1000 manat mənəvi zərərin, cəmi 14000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC-də iş yoldaşı olan cavabdehlər pul lazım olduğunu bildirmişlər. Cavabdehlərə kömək məqsədi ilə hisə-hissə olmaqla 2022-ci ilin noyabr ayında digər şəxsdən faizlə 6900 manat pulu cavabdehlərə vermişdir. Cavabdehlər iş yoldaşı olduğu üçün onlara inanıb pulun verilməsi ilə bağlı müqavilə bağlamamış və iltizam almamışdır. Cavabdehlər aralarında olan şifahi razılaşmaya əməl etməmiş və aldıqları pulu geri ödəməmişlər. O bu barədə Bakı şəhəri Binəqədi RPİ-nin 43 Polis Bölməsinə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir və 12 may 2023-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdehlər qərarın təsvir hissəsində pulun alınmasını etiraf etmişlər. Cavabdeh2 6900 manat borcdan 770 manat məbləğini ona qaytarmışdır. Pulu faizə aldığı şəxs isə pulunu və ödəniləcək faiz məbləğini tələb edir. Cavabdehlərə inanaraq pul sahibi qarşısında öhdəlik götürmüş, pul sahibi ondan faiz olaraq 6100 manat pul tələb edir. Qeyd olunmalıdır ki, bu məbləğ də cavabdehlərdən tutulmalıdır. Həmçinin keçirdiyi əsəb və stress nəticəsində ona mənəvi zərər də dəymişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, iddiaçıdan ümumilikdə 6900 manat pul götürmüşdür. Həmin puldan 770 manat məbləğini iddiaçıya qaytarmışdır. Hazırda onun iddiaçıya 6130 manat borcu vardır. Lakin iddiaçının ondan maddi və mənəvi ziyanın tələb etməsini qəbul etmir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2009-cu ildən "xxxx" MMC-də mühafizədə işləmişdir. Övladı Cavabdeh2 iddiaçıdan 6900 manat pul götürmüş və həmin puldan oğlu 770 manatını iddiaçıya qaytarmışdır. İddiaçı onlar barəsində polisə şikayət etmiş, lakin o buraxılmışdır.İddiaçı tərfindən pulun onun oğlu Süleymana verilməsinin ona heç bir aidiyyəti yoxdur, pul onun yanında verilməmiş və onun bu pul məsələsindən sonradan xəbəri olmuşdur.Ona görə də iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh2 ümumilikdə 6900 manat borca pul vermiş, həmin puldan Cavabdeh2 770 manat iddiaçıya qaytardığından, Cavabdeh2 hal-hazırda iddiaçıya 6130 manat məbləğində borcu qalmışdır.Qeyd olunan xüsusatlar məhkəmə iclasında iddiaçı və Cavabdeh2 izahatları və işin digər materialları ilə tam təstiq olunduğundan Cavabdeh2 6130 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 qarşı və iddia tələbinin 6100 manat maddi zərərin və 1000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki,bu hissələrlə bağlı iddiaçının izahatından başqa hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən rədd edilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 6130 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar